1930-1933-cü illərdə Bakının mərkəzində ucaldılmış kilsə sökülərək, onun yerində yeni məktəb binası inşa edildi. 1937-ci ildə artıq tikintisi başa çatmış binada 189 №-li məktəb tədris ocağı kimi fəaliyyətə başladı. Böyük Vətən Müharibəsi illərində məktəb binasında 1546 №-li təxliyə hospitalı yerləşdirildi. 1947-ci ildən isə 189 №-li məktəb tədris müəssisəsi kimi yenidən öz ocağına qayıtdı. Bu tədris ocağının fəaliyyətinə rəhbərlik etmiş direktorlardan Nina Alekseyevna, Əziz Qafaroviç, Taisa Petrovna və Bella Cəlilovanın məktəbin uğurlarında böyük əməyi olmuşdur. Məktəbimiz uzun illər Bakı şəhərində özünəməxsus dəsti-xətti ilə seçilən məşhur məktəblər sırasında olmuşdur. Hər bir məktəbin fəaliyyətini dəyərləndirən onun məzunlarının cəmiyyətdəki mövqeyidir. Hər birimiz Ulu Öndərimizin təbirincə desək -“Həyatda qazandığımız uğurlara görə məktəbə, müəllimə borcluyuq”. 189 №-li məktəbin məzunları arasında da müstəqil Azərbaycanı ləyaqətlə təmsil edən, onun çiçəklənməsinə öz fəaliyyətləri ilə töhfə verənlər çoxdur. 2014-cü ilin sentyabrında təhsil nazirinin əmri ilə, yanaşı binalarda yerləşən 189 və 190 №-li məktəblər birləşdirildi.190 №-li məktəb barədə də təhsil müəssisəsi kimi xoş sözlər söyləmək olar. 1945-ci ildə fəaliyyətə başlayan 190 №-li məktəbin ilk direktoru Sona xanım Tağıyeva olmuş və o, 59 il bu məktəbə rəhbərlik etmişdir. 1957-ci ildə məktəb üçün yeni bina inşa edilmişdir. Bütün fəaliyyəti boyunca təhsil Azərbaycan dilində həyata keçirilən 190 №-li məktəb özünəməxsus ənənələri ilə seçilmiş, uzun illər şəhərin ən nüfuzlu, qabaqcıl məktəbləri sırasında olmuşdur. Sona xanımın vəfatından sonra məktəbə Əməkdar müəllim Afət xanım Bakıxanova rəhbərlik etmişdir. Hər iki məktəb “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuşdur. 190 №-li məktəbin məzunları arasında da Azərbaycanın nüfuzlu, adlı-sanlı ziyalıları, alim və yazıçıları, bəstəkar və şairləri, bir sözlə, Azərbaycanı ləyaqətlə təmsil edənlər çoxdur. Hazırda 189-190 №-li məktəbə Respublikanın Əməkdar müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Ceyran Kuliyeva rəhbərlik edir. Məktəbdə tədris rus və Azərbaycan dillərində həyata keçirilir. Məktəbimiz Təhsil Nazirliyinin və British Council təşkilatının birgə layihəsi olan “Fun English” layihəsinə, eləcə də, “Elektron məktəb” layihələrinə qoşulub. 2016-2017-ci tədris ilində 56 sinifdə 1424 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 135 müəllim məşğul olur. Müəllimlər arasında təcrübəli, peşəkar, öz fənnini dərindən bilən, müasir təhsilin nəbzini tutanlar çoxdur. Onların arasında “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibləri, “Əməkdar müəllim”lər, “Qabaqcıl təhsil işçiləri”, müxtəlif elm sahələri üzrə fəlsəfə doktorları, “Tərəqqi” medalına təltif olunanlar, dərslik müəllifləri var. Məktəbin şagirdləri müxtəlif şəhər və Respublika olimpiadalarında, Beynəlxalq idman, musiqi, rəsm yarışlarında iştirak edir və uğur qazanırlar. Şagirdlərimizin “İnepo”, “Sabahın alimləri” müsabiqə və olimpiadalarındakı uğurları da bizi sevindirir. Məktəbimiz ötən dərs ilində bir çox nailiyyətlərə imza atdı, bir çox layihələrdə iştirak etdi və qaliblər arasında yer aldı. Ən böyük uğurumuz isə orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının nəticələrinə görə Bakı şəhər məktəbləri arasında onluqda yer almamız oldu. Bu ilki məzunlarımızın ali məktəblərə qəbul göstəriciləri də ürəkaçan oldu. Belə ki, məktəbimizin məzunundan 55 - i respublikada, 4-ü isə xaricdə ali təhsil müəsisələrinə daxil olublar. Məzunlardan 5 nəfəri 600-dən, 14 nəfəri 500-dən yüksək bal toplayıblar. Bu nəticələr hələ bizim son hədəfimiz deyil. Qarşıdakı dərs ilində müəllim, şagird və valideynlərin birgə gərgin əməyi sayəsində daha böyük uğurlar əldə etməyə çalışacağıq! Bu dərs ilində məktəbimizdə keçən illərdə olduğu kimi “Elektron məktəb”, “Globallab”, “Leap”, “Məktəblərdə futbol və şahmat dərsləri”, layihələri, həmçinin, bu ildən “Məktəblinin dostu” pilot layihəsi həyata keçiriləcək. Təhsilalanların təhlükəsiz və harmonik inkişafını təmin edən təhsil mühitinin formalaşdırılması ilə bağlı həyata keçiriləcək bu layihə əminik ki, məktəbdə tədris prosesinin şəffaf və səriştəli idarə olunması, eləcə də, şagird nailiyyətinin yüksəlməsinə öz töhfəsini verəcək. Məqsədimiz “Hər gün, hər saat, hər an mükəmməlliyə doğru” - devizi ilə Bakı şəhərinin nüfuzlu və qabaqcıl məktəbləri sırasında olmaqdır.
2016/2017-ci tədris ili arxada qaldı. Bu tədris ilində məktəbin XI sinfini 63, IX sinfini isə 58 şagird bitirib.
XI sinfi bitirən 63 məzundan ali məktəblərə qəbul üçün 61-i sənəd vermiş və onlardan 51-i respublikanın müxtəlif ali tədris ocaqlarına daxil olmuşlar. 4 nəfər məzunumuz xarici ölkə ali məktəblərinə daxil olmuşdur. Məzunlarımızdan 5 nəfəri 600-dən, 9 nəfəri isə 500-dən yüksək bal toplamışdır.
2014/2015 və 2015/2016-cı tədris illərində IX siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən yüksək nailiyyət əldə etdiyimizə görə TN və BŞTİ-nin, 2016/2017-ci dərs ilində isə təlim tərbiyə prosesinin təşkili və idarə edil
Reytinq və Şərhlər
5.0
5
4
3
2
1
Şərh əlavə et
Ahmedbeyli Sevinc
19-05-2020
En gozel mekteb,gozel,qaygikes direktor,gozel ,insanperver muellim kollektivi ,her bir sagirde oz dogma ovladi kimi munasibet gosteren muellimler bu mektebdediler menim 3ovladim bu mektebde oxuyur men bir valideyin kimi cox raziyam bu mektebden bu cetin gunlerdede muellimlerimiz cox eziyyet cekmelerine baxmayaraq usaqlarin dersden geri qalmamalari ucun ellerinden geleni edirler Allah sizleri qorusun her seye gore cox Sagolun