Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəb
Bakı şəhəri Qaradağ rayonu Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəb 1963-cü ildə istifadəyə verilmişdir.Məktəbimiz Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşir.
Məktəbimizin 2 korpusu (əsas və ibtidai), geniş ərazisi, böyük futbol meydançası, idman zalı mövcuddur.
2012-ci ildə əsaslı təmir olunan məktəbdə təlim-tədris üçün hər cür şərait yaradılıb.Məktəbin fəaliyyətinin əsasını keyfiyyətli tədris təşkil edir. Tədris prosesinin müasir tələblər səviyyəsində təşkili hər bir şagirdin dövlət standartları səviyyəsində bilik və bacarıqlar əldə etməsinə zəmin yaradır. Məktəbdə tədris 2 dildə - Azərbaycan və rus dillərində aparılır.
Azərbaycan və rus bölmələrindən ibarət olan məktəbimizdə 1245 şagird təhsil alır. 127 müəllim və 25 inzibati-texniki heyət çalışır. Ənənəvi təhsil ilə yanaşı, məktəbimizdə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi təhsil proqramı (evdə təhsil) və xüsusi sinif fəaliyyət göstərir. Xüsusi təhsil proqramı (evdə təhsil) üzrə məktəbimiz Qaradağ rayonunda mərkəz-məktəb kimi müəyyən olunub.Şagirdlərin bədii ədəbiyyata marağını artırmaq məqsədilə mütəmadi olaraq şair və yazıçılarla görüşlər keçirir, şagirdlərin iştirakı ilə səhnələşdirilmiş tamaşalar, kütləvi kitabxanalara ekskursiyalar təşkil edilir.
Məktəbimizdə, habelə, məktəbəhazırlıq, günüuzadılmış qrupları, dərnəklər də fəaliyyət göstərir. Məktəbin kimya, biologiya, fizika, Azərbaycan dili və ədəbiyyatı, ingilis dili, Rus dili və ədəbiyyatı, iki informatika, iki əmək,iki ingilis dili (linqafonlu), hərbi rəhbər, psixoloq, uşaq birliyi rəhbəri, tibb bacısı, "Açıq dərs" kabinetləri, idman zalı, akt zalı, bufet şagirdlərimizin və müəllimlərimizin istifadəsində və xidmətindədir.
Məktəbimizidə şagirdlərin liderlik və yaradıcı təfəkkürünü inkişaf etdirən “Kiçik Akademiya” fəaliyyət göstərir.
Məktəbin tədris və iş rejimi həftənin beş günündən ibarətdir.Hədəfimiz və missiyamız,1963-ci ildə yaranan və vaxtilə Sahil qəsəbəsində ən nüfuzlu məktəblərdən olan məktəbimizi Qaradağ rayonunun ən nümunəvi, Bakı şəhərinin ən nüfuzlu məktəblər sırasına qatmaq, tədrisin keyfiyyəti və buraxdığımız məzunlarımızın nəticələrinə görə Azərbaycanın qabaqcıl məktəbləri sırasında görməkdir!