70 №-li məktəb-lisey 1967-ci ildən, lisey kimi isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09.09.1996-cı il tarixli 447 saylı əmri ilə fəaliyyət göstərir.Məktəb öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Təhsil Qanununu müvafiq qanunvericilik aktlarını, ümumtəhsil məktəblərinin nümunəvi əsasnaməsini, bu Nizamnaməni və digər aidiyyatı normativ sənədləri rəhbər tutur.Məktəb 964 yerlik əsas korpusdan və 840 yerlik II korpusdan ibarətdir. Məktəb bir növbəli və altıgünlük iş həftəsi ilə işləyir və 2014/2015-ci tədris ilindən 75 sinifdən (1770 şagird), 3 ödənişli məktəbəhazırlıq sinfindən (52 şagird) ibarətdir. Müəllimlərin sayı 168, şagirdlərin sayı 1770 nəfərdir. Ali təhsilli müəllimlərin sayı (faizlə) 159 (86%) , fənn müəllimlərinin komplektləşdirmə faizi 100 %-dir. Məktəb liseydə 1-9-cu siniflərdə rus dili fənni intensiv tədris olunur. 3 profil üzrə - təbiət, texniki və humanitar fənlər üzrə lisey sinifləri fəaliyyət göstərir. 2007-2008-ci tədris ilində məktəb Azərbaycan Respublikasının Prezidentinin “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibləri haqqında verdiyi sərəncamdan artıq beş il keçmişdir.Bu illərdə məktəbdə 42 sinif, 840 nəfərlik yeni 3 mərtəbəli tədris korpusu istifadəyə verilmişdir. Hal-hazırda məktəb1-6-ci siniflərdə 5 günlük, 7-11-ci siniflərdə isə 6 günlük və 1 növbəli iş rejimində işləyir. 2012-ci ildə məktəbin əsas korpusu dövlət proqramı əsasında tam əsaslı təmir olundu və yüksək səviyyədə şagirdlərə, müəllimlərə və valideynlərə təhvil verildi.14.09.2012-ci ildə təmirdən sonra hörmətli Prezidentimiz İlham Əliyev cənabları məktəbdə oldu və görülmüş işlərə yüksək səviyyədə qiymət verdi. Son 5 ildə məktəbdə bütün sahələrdə işlərimiz dinamik inkişaf edir. Keçən il Ulu öndərimiz Heydər Əliyevin 91 illiyi ilə əlaqədar tərtib olunmuş tədbirlər planına əsasən bütün fənlər üzrə yanvar, fevral, mart, aprel və may aylarında hər ayın II ongünlüyündə innovativ dərslər keçirilməsi nəzərdə tutulmuşdur. Bütün tədbirlərdə MİMİO qurğularından, proyeksiya qurğularından, bəzi siniflərdə ağıllı yazı lövhəsindən istifadə etməklə İKT tətbiq olunmuşdur. I-V siniflərdə şagirdlərin qiymətləndirilməsi ilə bağlı hər həftə seminarlar keçirilir və Təhsil Nazirliyinin qüvvədə olan təlimatına uyğun izahat işi aparılır və müəllimlər bu tədbirlərin keçirilməsindən çox razı qalırlar. İlk dəfə olaraq Bakı şəhəri üzrə 700 bal toplayan məzun bizim məktəbdən olmuşdur. (Babayev Rüfət Yaşar) Məktəb fəaliyyət göstərdiyi illər ərzində 12 nəfər qızıl medala, 17 nəfər isə gümüş medala layiq görülmüşlər. Mütəmadi olaraq məktəbin fəaliyyətini təmin edən inkişafetdirici rejimdə işləməsinə zəmin yaradan, keyfiyyət göstəricilərinin yüksədilməsinə xidmət edən təşkilati – pedaqoji kompleks tədbirlər həyata keçirilir. Son 5 ildə məktəbin pedaqoji kollektivinin hər bir üzvü, ölkədə gedən quruculuq işlərində, eləcə də dövlət rəhbərinin məktəblərə göstərdiyi diqqət və qayğıya cavab olaraq bütün yerli və Beynəlxalq treninqlərdə, konfranslarda, sərgilərdə, kurikulum islahatının uğurla həyata keçməsində yaxından iştirak edir. Metodiki işin müasir tələblər səviyyəsində qurulması, qabaqcıl təcrübənin öyrənilməsi, yayılması və işdə tətbiq edilməsi il ərzində həyata keçirilir. Bu baxımdan fənn aylıqları, açıq dərslər, nümunəvi elektron dərslərin hazırlanması və respublika səviyyəsində yayılması diqqət mərkəzində olur. Məktəbin ibtidai sinif müəllimlərindən 10 nəfəri, digər fənnlərdən isə 35 nəfərə yaxını, günün tələblərinə cavab verə bilən, müasir təhsil rejimində işləməyi bacarırlar. Bu müəllimlər “Öyrədənlərin öyrədəni” kursunu məktəbdə təşkil edərək digər müəllimlərə də Yeni Pedaqoji Texnologiyaların elementlərini əyani şəkildə öyrədirlər. Məktəbin müəllimlərinin İKT – dən istifadə bacarıqlarının artırılması məqsədilə onların tam əksəriyyətinin “İntel”, “Mədəd” kurslarına cəlb olunması işlərinin səmərəsini artırmışdır. Müəllimlər mütəmadi olaraq ixtisasartırma və kurikulum kurslarında iştirak edirlər. 2010-cu ildən İEARN (International Education and Resource Network) BTVRŞ (Beynəlxalq Təhsil və Resurs Şəbəkəsi) ilə birgə yeni layihə üzərində işə başlanılmışdır. BTVRŞ İspaniyada Beynəlxalq Qeyri Hökümət Təşkilatı (QHT) kimi qeydiyyatdan keçib və İspaniyanın Callus şəhərində beynəlxalq ofisi var. BTVRŞ ( Beynəlxalq Təhsil və Resurs Şəbəkəsi ) dünyanın ən geniş qlobal şəbəkəsidir ki, bu müəllimlərə və şagirdlərə internet və digər texnologiyalardan istifadə etməklə öyrənməni artıracaq və dünyada dəyişiklik edəcək layihələrlə bağlı əməkdaşlıq etməyə imkan yaradacaq. 2001-ci ildən “Qiymətləndirmə mexanizminin hazırlanması üzrə fəaliyyət istiqamətləri barədə” Təhsil Nazirinin əmrinin nəticələrinə görə məktəb 70 pilot məktəblər arasında özünəməxsus nüfuz qazanmışdır. 1998-ci ildən Bakı şəhəri üzrə “Təhsilin humanisləşdirilməsi ili”nin yekununa görə 1999-cu ildə Heydər Əliyev adına Respublika sarayında yekun nəticələrə görə 70 №-li məktəb-lisey Bakı şəhəri miqyasında “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuşdur. 2003/2004-cü tədr