Axtardığınızı bizdə tapın
Kurslar, Tədris mərkəzləri, Bağçalar, Məktəblər, Təlimlər, Kolleclər...
Kursa yazıl
İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi
Missiya, məqsəd və dəyərlərimiz:
Missiyamız sürətlə dəyişən texnologiyalar dövründə İnformasiya-Kommunikasiya Texnologiyalarından (İKT) səmərəli istifadəni insanlara öyrətmək və bütün fəaliyyət sahələrində texnologiyaların geniş tətbiqinə nail olmaqdır.
Məqsədimiz əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin, biznes və sahibkarlıq subyektlərinin İKT-dən istifadə üzrə hazırlıqlarının və elektron idarəçilik bacarıqlarının inkişaf etdirilməsi, İKT sahəsi üzrə mütəxəssislərin peşəkar səviyyəsinin artırılması və İKT-nin tətbiqi üzrə layihələrin həyata keçirilməsidir. Məqsədimiz yalnız öyrətmək deyil, eyni zamanda öyrənilən biliklərin tətbiqini tədris və təbliğ etməkdir. Bu yolla insanların həyatında İKT-nin səmərəli tətbiqinə və biznesin rəqəmli transformasiyasına dəstək veriləcəkdir. Mərkəzin əsas məqsədi bilik və təcrübəni yalnız Bakı şəhərində deyil, geniş regional mərkəzlər şəbəkəsi vasitəsilə bütün ölkə üzrə təqdim etməkdir.
Missiya və məqsədimizə nail olmaq üçün aşağıdakı dəyərləri özümüzə əsas götürmüşük:
Peşəkarların, innovatorların və yenilikçi adamların çalışdığı bir məkan olaraq, öz bilik və təcrübəmizi insanlarla paylaşmaq və qazanılan biliyi real həyatda dəyərə çevirməkdə onlara kömək etmək.
Bir çox real tədris laboratoriyalarımız əsasında həqiqi İKT LAB kimi fəaliyyət göstərməklə təcrübə, təhsil və tətbiq ünvanı olmaq.
Öz imkanlarını dövlət, biznes və vətəndaşlar üçün açıq etməklə dövlət, özəl və vətəndaş cəmiyyəti tərəfdaşlığına töhvə vermək.
Tariximiz:
2013-cü il 18 aprel tarixində Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Koreya Respublikasının Xarici İşlər Nazirliyi arasında imzalanmış Qrant Razılaşmasına əsasən KOİCA təşkilatının investisiyası ilə "Elektron Hökumət Təlim-Tədris Mərkəzi"-nin yaradılması layihəsinə start verilmiş və 2015-ci ildə layihə uğurla yekunlaşdırılaraq eyni adlı Mərkəzin əsası qoyulmuşdur.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 dekabr 2015-ci il tarixli 389 saylı Qərarı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Elektron Hökumət Təlim-Tədris Mərkəzi" MMC yaradılmışdır. Nazirlər Kabinetinin 12 iyul 2018-ci il tarixli 292 nömrəli digər Qərarı ilə “Elektron Hökumət Təlim Tədris Mərkəzi” MMC-nin adı dəyişdirilərək “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi müəyyən edilmişdir.
Fəaliyyətimiz:
Mərkəz İKT və digər sahələr üzrə peşəkar təlimlərin keçirilməsi, əhalinin rəqəmsal maarifləndirilməsi üzrə layihələrin təşkili və İKT-nin bütün sahələrdə geniş tətbiqi üzrə xidmətlərin təqdim edilməsi istiqamətlərində fəaliyyət göstərir.
Mərkəzin mənzil qərargahı Bakı şəhərində yerləşir, o cümlədən ölkə üzrə 17 regionda cəmi 19 mərkəz (Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Qusar, Şəki, Ağdaş və Cəlilabad) fəaliyyət göstərir. Bütün mərkəzlər haqqında sağ paneldə olan sürətli keçid linkləri vasitəsilə məlumat ala bilərsiz.
Mərkəz müasir texnologiyalar ilə təmin edilmiş tədris infrastrukturuna malikdir. Mərkəzdə HD multimedia studiyası, “Cisco” şəbəkə laboratoriyası, innovasiyalar üzrə Micrsosoft laboratoriya, sistem inzibatçılığı, qrafika və dizayn üzrə kompüter laboratoriyaları və Pearson VUE beynəlxalq kompüter imtahan mərkəzi fəaliyyət göstərir.
Mərkəzdə yalnız sinif təlimləri deyil, Onlayn Təhsil Portalı vasitəsilə bütün regional mərkəzlər üçün real vaxt rejimində distant və onlayn təlimlər keçirilir.
Mərkəzin beynəlxalq statusları:
Tədrisin keyfiyyətini yüksəltmək və təlimlərdə beynəlxalq təcrübəni tətbiq etmək məqsədilə Mərkəz tərəfindən beynəlxalq statuslar əldə edilmişdir. Mərkəz “Cisco Network Academy” - Cisco Şəbəkə Akademiyası, “CompTIA Academy” - CompTIA Rəsmi Akademiyası və "Pearson VUE" imtahan mərkəzi beynəlxalq statuslarına malikdir.
Cisco Şəbəkə Akademiyası və CompTIA Rəsmi Akademiyası: Mərkəz bu statuslara 2017-ci ildə layiq görülmüşdür. Bu statuslar İKT sahəsi üzrə keçirilən təlimlərin Cisco və CompTİA şirkətlərinin rəsmi proqramına əsasən keçirilməsinə imkan verir. Təlim kurslarında iştirak etməklə tələbələr yeni texnologiyaları öyrənir, real və virtual sistemlərdən istifadə edərək biliklərini artırırlar. Bu statuslar sayəsində təlimləri uğurla bitirən tələbələrə Akademiyaların beynəlxalq sertifikatları təqdim olunur.
Pearson VUE İmtahan Mərkəzi: Mərkəz 2018-ci ildə beynəlxalq imtahan mərkəzi statusuna layiq görülmüşdür. Pearson VUE imtahan mərkəzində Microsoft, CompTIA, Cisco və digər nüfuzlü beynəlxalq şirkətlərin rəsmi sertifikatlarını imtahan verərək əldə etmək mümkündür. Eyni zamanda "British Council"-un təşkilatçılığı ilə maliyyə sahəsi üzrə ACCA beynəlxalq sertifikasiya imtahanları da Mərkəzdə keçirilir.
Laboratoriyalar:
Microsoft - Əşyaların İnterneti laboratoriyası:
Bu laboratoriyada perspektivli innovasiya və tətbiqi layihələrin icrası, müxtəlif biznes həllər və real prototiplərin hazırlanması mümkündür. Lab-ın əsas prioritet istiqaməti Əşyaların interneti (İoT) sahəsidir. Lab-da bu sahə üzrə müxtəlif həllər hazırlamaq mümkün olacaqdır. Gələcəkdə digər innovativ sahələr laboratoriyada inkişaf etdiriləcəkdir.
Cisco Şəbəkə laboratoriyası:
Cisco Şəbəkə laboratoriyasında tələbələr şəbəkə inzibatçılığı, şəbəkə təhlükəsizliyi, telefoniya və "bulud" texnologiyaları üzrə real avadanlıq və sistemlər quraşdırılmışdır.
Sistem İnzibatçılığı laboratoriyası:
Mərkəzin Sistem İnzibatçılığı üzrə laboratoriyasında tələbələr real və virtual olaraq serverdə işləmə bacarıqlarını öyrənir. Bu laboratoriyada Microsoft Windows Server və Redhat Linux təlimləri real server və avadanlıq üzərində keçirilir. Bundan əlavə ölkədə Redhat linux üzrə beynəlxalq sertifikasiya imtahanı mərkəzin sistem inzibatçılığı laboratoriyasında keçirilir.
İT Texniklik laboratoriyası:
İT Texniklik laboratoriyasında tələbələr kompüterlərin daxili komponentləri ilə tanış olurlar, kompüterlərə əməliyyat sistemləri yükləyir, kompüterdə baş verəcək müxtəlif tipli problemləri real və virtual olaraq həll edirlər.
Multimedia studiyası:
Mərkəzdə qurulmuş xromokey studiya «Full HD» keyfiyyətdə virtual fonlu verilişlərin hazırlanması, elektron dərsliklərin hazırlanması, maarifləndirici video materialların hazırlanması, yüksək səviyyədə video montaj işləri, səs yazma və s. üçün nəzərdə tutulmuşdur.
Layihələr:
"Rəqəmsal Qızlar" - Milli təlim proqramı
"İnnEduTech" - Onlayn təhsil portalı
"Robopark"
Avropa Birliyinin "TAİEX" proqramı
"Hamı üçün İKT" - sosial layihəsi
"Gənclər üçün Elektron Hökumət"
Reytinq və Şərhlər
Şərh əlavə et
EduList - Onlayn təhsil
Axtardığınızı bizdə tapın
Axtarış
Bazada olan məktəb, bağça, təlim, kurs və digər bölmələrdə axtarış.
Məlumat
Kurslara "EDULİST"-dən onlayn yazılın.
Rahat seçim
Şəhər və rayonlar üzrə.