Bakı şəhəri R. Əliyev adına 3 saylı tam orta məktəb 1977-1978-ci tədris ilindən fəaliyyət göstərir. Bu müddət ərzində məktəbimiz bir sıra müvəffəqiyyətlərə imza atmışdır. Amma 2009-cu və 2015-ci illər məktəbimiz üçün xüsusən uğurlu il hesab etmək olar. Həmin il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Təhsil nazirliyi tərəfindən həyata keçirilən “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Son zamanlar respublika rəhbərliyinin təhsilə, nazirliyimizin isə orta təhsilə göstərdikləri diqqət və qayğı nəticəsində məktəbimizdə yaradılan şərait bizi yeni-yeni uğurlar qazanmağa ruhlandırır. Belə ki,R.Əliyev adına 3 saylı tam orta məktəb 2015-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən 2014-2015-ci tədris ilinin ən yaxşı təhsil müəssisəsi adına layiq görülmüşdür.İkinci dəfə bu adın qazanılması bizə böyük sevinc bəxş etməklə yanaşı daha məsuliyyətlə,əzmlə işləməyə sövq etmişdir. Hal hazırda məktəbimizdə təhsil alan şagirdlərin sayı artıq 1286 nəfərə çatmışdır. Təhsil ocağımızda müasir tələblərə cavab verən kimya və fizika fənləri üzrə laboratoriyalar, müasir tələblərə cavab verən idman zalı və hərbi kabinet, 2 informatika və 2 linqofon otağı, “Sağlam təhsil-sağlam millət” layihəsi əsasında hazırlanmış xüsusi sinif otağı, İKT avadanlığı ilə təmin olunmuş akt zalı, kitabxana, həkim otağı ilə yanaşı ulu öndər H.Əliyevin və şəhid R.Əliyevin həyat və fəaliyətini əks etdirən guşələr də fəaliyyət göstərir.Təhsildə yeni uğurlar qazanmaq məqsədi ilə dövlətimizin təhsil müəssisələrinə diqqəti yüksək səviyyədə özünü göstərməkdədir. Belə ki,məktəbimizdə İKT avadanlıqları ilə təchiz olunmuş otaqlar, 11 ağıllı lövhə, 58 kompüter, 8 proyektor mövcuddur. Belə ki,ibtidai siniflər üçün 4 dərnək, 2 günüuzadılmış və 3 məktəbə hazırlıq qrupları fəaliyyət göstərir.Pilot layihə əsasında I-IX siniflərdə rus dili intensiv tədris edilir.Məktəbimiz 2015- 2016-cı ildə birinci siniflərdə “Sağlam təhsil - sağlam millət”, I-IX siniflərdə rus dili üzrə intensiv tədris,”Təhsilin təmayüllər üzrə təşkili ”, Məktəb İcma Qurumlarının məktəblərdə təşkili layihələrinə qoşulmuşdur. Hazırda şagirdlərin təhsili və təlim-tərbiyəsi ilə böyük potensiala malik 139 nəfərdən ibarət müəllim kollektivi məşğul olur. Kollektivin 92%-i ali təhsillidirlər. Bunlardan iki nəfəri isə fəlsəfə doktorları - Əsədova Natəvan Şükür qızı riyaziyyat üzrə, Həsənova Sevinc Mirzağa qızı fizika üzrə fəlsəfə doktorları, bir nəfəri - Möhbalıyeva Aidə Mehman qızı Respublikanın əməkdar müəllimi, bir nəfəri Abbasov Ziyafət Sabir oğlu Təhsil Problemləri İnstitutunun dissertantıdır. İki müəllimimiz - coğrafiya müəllimi İsgəndərova Şahsənəm Veysəl qızı və biologiya müəllimi Elyazova Məhsəti Cəfər qızı TQDK-nın ekspert qrupunun üzvüdür. Ş.İsgəndərova,İ.Nəbiyeva kurikulum islahatının həyata keçirilməsi istiqamətində birbaşa mentorluq fəaliyyəti ilə yanaşı eyni zamanda dərsliklərin hazırlanmasında rəyçidir.İki nəfər Hüseynova Mayisə Ağababa qızı və Əliyeva Afət Nəriman qızı “ İlin ən yaxşı ” müəllimi adına layiq görülmüşlər. Son illər ərzində məktəbimizi bitirən istedadlı məzunların imtahandan əldə etdikləri uğurlu nəticələr daha ürək açandır. Məktəbin məzunları Azərbaycan Respublikası ilə yanaşı Kanadanın, Böyük Britaniya və Şimali İrlandiya Krallığının, Rusiyanın, Polşanın, Türkiyənin, Koreyanın, Litvanın və digər dövlətlərin nüfuzlu universitetlərində təhsil alırlar. 2012-2013-cü tədris illərində məktəbimizi bitirən 96 məzundan 58 nəfəri tələbə adına layiq görülmüşlər ki, onlardan da 13 nəfəri 500-700 bal toplamışlar. Məzunlardan Şərifov İbrahim Azər oğlu 698 bal toplayaraq Bakı Ali Neft Məktəbinə daxil olmuşdur, Prezident təqaüdçüsüdür. Növbəti 2013-2014-cü tədris ilində məktəbimizin 112 məzunundan 72 nəfəri tələbə adına layiq görülmüşlər. 11 məzun 500-700 bal toplamışlar. Məzunlardan Şərifov Ayaz Azər oğlu 696 bal toplayaraq Bakı Ali Neft Məktəbinə daxil olmuşdur, Prezident təqaüdçüsüdür. Ötən 2014-2015-cü tədris ilində isə məktəbimizi 88 məzun bitirmişdir ki, bunların da 64 nəfəri tələbə adına layiq görülmüşdür. Məzunların 15 nəfəri 500-700 bal toplamışlar. İsmayılov Təhmasib Ceyhun oğlu 657 balla Kanadanın Toronto Univarsitetinə daxil olmuşdur.İmanov Eşqin Bəhriş 627 bal toplayıb ATU-inin tələbəsi olmuşdur.Hər iki tələbə əldə etdikləri nailiyyətə görə İcra hakimiyyəti və məktəb rəhbərliyi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Son 3 il ərzində məktəbimizin abituriyentlərinin 80,94% tələbə adı qazanmışdır.Ümumilikdə 3 il ərzində buraxılış imtahanında IX sinif üzrə 86,43%,XI siniflər üzrə 92,23% şagird müvəffəq qiymətlər almışlar. Müəllimlərimiz şagirdlərin hərtərəfli inkişafına da qayğı ilə yanaşırlar. Bədən tərbiyəsi və fiziki hazırlığın möhkəmləndirilməsi, həmçinin yüksək səviyyəli idmançıların hazırlanması istiqamətində görülən işlərimiz də öz bəhrəsini vermişdir. Dünyada və Respublika miqyasında keçirilən bir sıra yarışlarda şagirdlərimiz fəxri kürsünün pillələrində yer almışlar. Onlardan Zülfüqarlı Niyaz Ömər oğlu,Məhizadə