Bakı şəhəri Xətai rayonu R.Məmmədov adına 269 nömrəli tam orta məktəbin əsası 1984 cü ildə qoyulmuşdur. Həmin ildən tədris ocağı kimi fəaliyyətə başlamışdır. Hal hazırda məktəbimizdə 112 müəllim çalışır. 62 sinifdə şagirdərin sayı 1674 nəfərdir. Məktəb ikinövbəli iş rejimində fəaliyyət göstərir. O, Bakı şəhərində sayılıb-seçilən elm ocaqlarından biridir. Məktəbin direktoru Alla xanım Vəzirova , təlim –tərbiyə işləri üzrə direktor müavinləri Abdullayeva Xalidə Rzaqulu qızı, Mirbabayeva Elmira Məmməd qızı, tərbiyə işləri üzrə direktor müavini Orucov Qəhrəman Camal oğludur. Xətai rayonundakı 269 №-li tam orta məktəbin direktoru Alla İqoryevna Vəzirova 48 ildir ki, fasiləsiz olaraq təhsil sahəsində çalışır. Bu məktəbdəki iş stajı isə 1984-cü ildəndir, yəni artıq 33 ildir. Azərbaycan təhsilinin inkişafı üçün indiyədək əlindən gələn hər şeyi etmişdir. Təsadüfi deyildir ki, həm təhsildə, həm də məktəbin idman həyatında o, öz işi və rəhbərliyi ilə çox böyük irəliləyişlərə nail olmuşdur. Hərbi – vətənpərvərlik sahəsində məktəb həmişə qalib yerləri tutmuşdur. Fənn olimpiadaları , müxtəlif festivallar, ədəbi-bədii tədbirlər, müsabiqələr, disputlar, görkəmli şəxsiyyətlərlə görüşlər, siyasi tədbirlər və s. Bu illər ərzində məktəbin qaynar həyatını bəzəmişdir. Əlbəttə ki, onun rəhbərliyi ilə təhsil sahəsindəki uzun illər ərzində göstərdiyi xidmətlər əbəs yerə getməmişdir. 10 il əvvəl ölkə Prezidenti cənab İlham Əliyev əməyini yüksək qiymətləndirərək ona ,,Əməkdar müəllim” fəxri adını vermişdir. Budur, 03 oktyabr 2017-ci il daha bir xoş xəbər eşitdik. Prezidentin Sərəncamına əsasən o, ,,Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu “ ilə təltif edildi. Bu, tək Alla xanımın deyil, bizim bütün kollektiv üzvlərinin sevincinə səbəb oldu. Biz hamımız ona can sağlığı arzulayır və ürəkdən təbrik edir, gələcək işlərində daha böyük müvəffəqiyyətlər diləyirik. Məktəbimizin pedaqoji kollektivi də həmişə fədakarlıqla çalışmış, öz bilik və bacarıqlarını gənc nəslin nümayəndələrinə ötürmək üçün əllərindən gələni etmişlər. Bu təhsil ocağını fərqləndirən cəhətlərdən biri də "Sağlam bədəndə sağlam ruh olar" şüarını əldə tutaraq idman sahəsinə üstünlük verilməsidir. Dəfələrlə basketbol və voleybol üzrə keçirilən məktəblərarası yarışlarda birincilik əldə edilmişdir. Yüksək bal toplamış bir çox məzunlarımız xarici ölkələrdə təhsil alırlar. Məktəbimizdə son əsaslı təmir işləri 2012-ci ildə aparılmışdır. Şagirdlərimiz müxtəlif şəhər və Respublika olimpiadalarında , musiqi, rəsm və s. yarışlarda iştirak edərək uğur qazanmışlar. Şagirdlərin idman sahəsindəki qələbələri bizi çox sevindirir. Məktəbimiz ötən dərs ilində bir çox nailiyyətlərə imza atdi, müxtəlif layihələrdə iştirak etdi və qaliblər arasında yer aldı. Məktəbimizin kollektivi öz işinə vicdanla , böyük məsuliyyətlə yanaşır, şagirdlərin daha çox bilik və bacarıq qazanması üçün əlavə üsul və vasitələrdən istifadə edir, təhsillərini artırır, öz üzərlərində müntəzəm olaraq çalışırlar. Ümidvarıq ki, dövlətin təhsil sahəsində qarşımıza qoyduğu bütün vəzifələrin öhdəsindən kollektivimiz bundan sonra da öhdəsindən müvəffəqiyyətlə gələcəkdir.