Axtardığınızı bizdə tapın

Kurslar, Tədris mərkəzləri, Bağçalar, Məktəblər, Təlimlər, Kolleclər...

Məktəblər Cəmi: 507

Ətraflı
Məktəblər

"Zəngi" liseyi

 Tel: (+99412) 421 24 13

  •   1
1 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

1 nömrəli tam orta məktəb

 Tel: (+994 186) 55-98-41

  •   1
13 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

13 nömrəli tam orta məktəb

 Tel: (+994 186) 42-23-44

  •   1
Gəncə şəhər 24 №-li tam orta məktəb
Ətraflı
Məktəblər

Gəncə şəhər 24 №-li tam orta məktəb

 Tel: (+994 222) 55-75-25

  •   1
R.Abidov adına 85 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

R.Abidov adına 85 nömrəli tam orta məktəb

 Tel: (+994 12) 452-14-07

  •   1
M.Bayramov adına 196 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

M.Bayramov adına 196 nömrəli tam orta məktəb

 Tel: (+994 12) 457-91-85

  •   1
N.Fərəczadə adına 100 nömrəli məktəb
Ətraflı
Məktəblər

N.Fərəczadə adına 100 nömrəli məktəb

 Tel: (+994 12) 412-43-25

  •   1
Sabunçu rayon 81 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Sabunçu rayon 81 nömrəli tam orta məktəb

 Bakı Şəhəri, Sabunçu rayonu, S.Ə.Şirvani 18 ünvanında yerləşən 81 № li tam orta məktəb 1920 – ci il tarixdən fəaliyyət göstərir. Məktəb 650 tutumludur, 2 növbəli, 6 günlükdür, tədris həm Azərbaycan, həm də Rus bölmələri üzrə aparılır. Məktəbdə 1181 şagirdin təlim – tərbiyəsi ilə 83 müəllim məşğul olur. Məktəb “Yüksək keyfiyyət uğrunda” devizi altında ibtidai (I – IV siniflər), ümumi orta (V – VII siniflər) 5 günlük, tam orta (VIII – XI siniflər) 6 günlük iş rejimi ilə fəaliyyət göstərir. Məktəbdə xarici dil kimi ingilis və rus dilləri tədris olunur. 81 № li tam orta məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan məqsədyönlü işlərdən biri də fənlərin tədrisi vəziyyətinin müasir tələblərə cavab verən interaktiv, İKT əsaslı təlim metodlarına uzlaşdırılmasından ibarətdir. Məktəbin bir çox müəllimləri yuxarıda qeyd olunanları həyata keçirmək üçün Təhsil Nazirliyi bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən təşkil olunmuş treninq və kurslarda iştirak edirlər. 81

  •   0
Cavid Nurməmmədov adına 108 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Cavid Nurməmmədov adına 108 nömrəli tam orta məktəb

 Cavid Nurməmmədov adına 108 nömrəli tam orta məktəb Maştağa qəsəbəsində yerləşir. Məktəbin binası 1934-cü ildə tikilərək ilk dəfə uşaq evi kimi fəaliyyətə başlamışdır. 1955-ci ildən bina 8 illik məktəb fəaliyyətinə uyğunlaşdırılmış, 1992-ci ildən isə orta məktəb statusunu almışdır. Məktəb 1996-cı ildən məzunumuz şəhid Cavid Nadir oğlu Nurməmmədovun adını daşıyır. 2006-cı ildə Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında 3 mərtəbəli yardımçı bina inşa edilmişdir. 2011-ci ildə isə Təhsil Nazirliyinin "Məktəblərin 2010-2015-ci illərdə əsaslı təmir etdirilməsi" layihəsi əsasında məktəb əsaslı təmir olunmuşdur. Müasir tədris vasitələri ilə təmin olunmuş bu təhsil ocağında 612 şagird yerlik və 28 sinif otağı var. Hazırda məktəbdə 40 sinif komplektində 1041 şagird təhsil alır. Pedaqoji işçi heyətinin sayı 63 nəfərdir. Dərslər Azərbaycan dilində tədris olunur. Məktəb 2 növbəli, dərslər 5 günlük tədris həftəsi üzrə keçirilir. Məktəbin pedaqoji və texniki işçi hey

  •   1
Aslan Ağaverdiyevin adına  31 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Aslan Ağaverdiyevin adına 31 nömrəli tam orta məktəb

 Yasamal rayonundakı 31№-li tam orta məktəb Fuad İbrahimbəyov 17 ünvanında yerləşir. 1934-cü ildən fəaliyyət göstərir. 1936-cı ildə oğlanlar üçün ixtisaslaşdırılmış məktəb kimi fəaliyyət göstərmişdir. 1941-1945-ci illərdə Təxliyyə hospitalı olmuşdur. 1994-cü ildən 20 Yanvar şəhidi Aslan Ağaverdiyevin adını daşıyır. Məktəb 5 günlük iş rejimində, 1 növbədə işləyir. 2016-2017-ci tədris ilində məktəb üzrə 658 şagird 27 sinif üzrə komplektləşdirilmişdir. Şagirdlərin təlim-tərbiyəsi ilə 59 müəllim məşğul olur. Məktəbin 1 nəfər müəllimi “İlin müəllimi", 1 nəfəri elmlər namizədi, 1 nəfər isə "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülmüşdür. Məktəbdə İki xarici dil – ingilis və rus dilləri tədris edilir. 2011-ci ildən etibarən məktəbdə ibtidai siniflərdə ingilis dili fənninin tədrisi "British Council" un pilot layihəsi əsasında keçirilir. 2012-2013-cü illərdə məktəbdə əsaslı təmir və yenidənqurma işləri aparılmış, dördmərtəbəli, 650 şagird yerlik binada tədris üçün bütün zəruri baza yaradılmışdır. Məktəbdə 2014-2015-ci tədris ilində, Bakının 50 Pilot məktəbində nəzərdə tutulmuş nümunəvi Hərbi kabinet və xarici dillərin daha intensiv və interaktiv tədrisi üçün 2 linqofon otağı qurulmuşdur. 2015-2016-cı və 2016-2017-ci tədris illərində məktəbin "Mübariz" komandası "Şahin" hərbi-idman oyunlarında Yasamal rayonunda mövcud olan 21 məktəb arasında 2 dəfə I yerə layiq görülmüş, oyunların Bakı şəhəri üzrə keçirilən zona mərhələsində müvafiq olaraq II və III yerlərə çıxmışdır. Yarışların Respublika mərhələsində fəal iştirakına görə Fəxri Fərman və Diplomla təltif olunmuşdur. Məktəbin komandası Yasamal rayon orta ümumtəhsil məktəbləri arasında "Nə?, Harda?, Nə zaman?" intellektual oyun üzrə rayon çempionatında I yeri tutduğuna görə Yasamal Rayonu Gənclər və İdman İdarəsi tərəfindən Diplomla təltif olunmuşdur. 2016-2017-ci dərs ilində təlim-tərbiyyə prosesinin təşkili və idarə edilməsində səmərəli fəaliyyətinə görə məktəb rəhbərliyi BŞTİ-nin Fəxri Fərmanı ilə təltif edilmişdir.

  •   1
Xətai rayon 95 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Xətai rayon 95 nömrəli tam orta məktəb

 Bakı şəhəri Xətai rayonu 95 nömrəli tam orta məktəb 1977-ci ildə tikilmiş və istifadəyə verilmişdir. Məktəb istifadəyə verilərkən 1047 şagird üçün nəzərdə tutulmuş, 3 mərtəbəli, 40 dərs otağı, fiziki tərbiyə, akt zalı və yeməkxanası olan tipik bir məktəb binası idi. 2006-cı ildə 3 mərtəbəli, 35 sinif otaqlı yeni bina tikilərək istifadəyə verilmişdir. Məktəb hal-hazırda 2 növbəli rejimdə 5 gün işləyir. İbtidai siniflərin sayı 34, onlardan 6-sı “Sağlam Təhsil” sinfi, əsas və orta təhsil siniflərin sayı 41, məktəbə hazırlıq sinifləri isə 6-dır. Məktəbdə 2405 şagird təhsil alır, onlardan 36 nəfəri evdə fərdi təhsilə cəlb olunmuşdur. Məktəb şəhid Ayaz Məhərrəmovun adını daşıyır. Məktəbin direktoru Abdullayev Elçin Lətif oğludur. Məktəbimizdə 12 metodbirləşmə və MB sədri, “Sağlam Təhsil” layihəsi, "STEAM" layihəsi, "Rəqəmsal bacarıqlar" layihəsi, “Asan” xidmət və Təhsil Naziliyinin birgə layihəsi olan “Məktəblinin dostu” layihəsi fəaliyyət göstərir. Hər iki binada kompüter otaqları vardır. Məktəbimiz 2009-2010-cu illərdə "İlin ən yaxşı məktəbi" adına layiq görülmüşdür. Şagirdlərimiz öz nailliyyətləri ilə bizi sevindirir. Beləki, X və XI rus dili və ədəbiyyatı olimpiadasında iki şagirdimiz qaib olaraq I yerə layiq görülmüşdür. Məktəbin pedaqoji kollektivi daima sülh, humanizm, Vətənə məhəbbət ruhunda işləyir. Pedaqoji heyət arasında 2 dəfə “İlin müəllimi” fəxri adına, “Tərəqqi” medalına və “Əməkdar müəllim” adına layiq görülən müəllimlərimiz var. Orta hesabla hər il məzunlarımızın 70-75%-i ali məktəblərə qəbul olunurlar. Şagirdlərimizin idman sahəsində də uğurları vardır. Məktəb kollektivi, şagirdlərimiz bu nailiyyətlərlə kifayətlənmir, daim yeni-yeni uğurlara imza atırlar.

  •   1
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəb

 Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəb 1979-cu ildə tikilib, istifadəyə verilmişdir. Keçmiş SSRİ-də tikilmiş 3 ən böyük məktəblərdən biridir. Məktəbimiz 3 və 5 mərtəbəli olmaqla 2 tədris korpusundan, 1 mərtəbəli olmaqla 8 blokdan, böyük və kiçik akt zalından, bufetdən, kitabxanadan, 2 idman zalından, tir zalından ibarətdir. Həyətyanı sahəsi olduqca böyükdür. Məktəbin həyətində süni örtüklü futbol meydançası var. 2008-ci ildə əsaslı təmir olunmuşdur. Böyük və kiçik akt zalı, bufet, kitabxana 2014-cü ildə əsaslı təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilmişdir. 171 saylı tam orta məktəb 2009-2010-cu tədris ilində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə "50 Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə Azərbaycan və Rus bölmələrində dərslər tədris olunur. Məktəbimizdə 101 müəllim 1510 şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Məktəbimizin 3 müəllimi "100 Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir. 3 nəfər müəllim isə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur. 2 məzunumuz "Qızıl medalla" bitirmiş və ali məktəbə yüksək balla qəbul olunmuşdur. Məzunlarımızın əksəriyyəti yüksək balla istədikləri ali məktəblərə qəbul olunmuşlar. Məzunlarımızdan xarici ölkə ali məktəblərində təhsil alanlar da var. Məzunlarımız müxtəlif dövlət və özəl sektorlarda çalışırlar.

  •   1

EduList - Onlayn təhsil

Axtardığınızı bizdə tapın

Axtarış

Bazada olan məktəb, bağça, təlim, kurs və digər bölmələrdə axtarış.

Məlumat

Kurslara "EDULİST"-dən onlayn yazılın.

Rahat seçim

Şəhər və rayonlar üzrə.