Axtardığınızı bizdə tapın

Kurslar, Tədris mərkəzləri, Bağçalar, Məktəblər, Təlimlər, Kolleclər...

Məktəblər Cəmi: 507

Tahir Həsənov adına 57 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Tahir Həsənov adına 57 nömrəli tam orta məktəb

 Əsası 1930-cu ildə qoyulmuş şəhid Tahir Həsənov adına 57 N-li tam orta məktəbin məqsədi milli ruhda nümunəvi tərbiyə və təhsil sisteminin inkişafına xidmət etməkdir. Təhsil ocağının foyesində Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə göstərdikləri qayğısını əks etdirən fotostend və məktəbin adını daşıdığı şəhidin büstü qoyulub. Öz uğurlarını getdikcə artırmağa çalışan məktəbimizdə məzunlarımız yüksək nəticə göstərərək müxtəlif nüfuzlu ali məktəblərə qəbul olunublar. Ölkədə insan kapitalının inkişaf etdirilməsi ilə bağlı dövlərimizin həyata keçirdiyi konseptual ideyalar məktəbin timsalında da öz uğurlu bəhrəsini verməkdədir. Məktəbin şagirdləri arasında müxtəlif bilik və idman olimpiadalarının, həmçinin yarışların qalibləri daimi diqqət və qayğı ilə əhatə olunublar. Məktəbimizdə təlim-tərbiyə işi ilə yanaşı tarixi günlər, bayramlar qeyd olunur, fənn gecələri keçirilir, şagirdlərə vətənpərvərlik hissi aşılanır. 2010-cu ildə məktəb ilk dəfə olaraq əsaslı təmir edilib. Məktəb 1 korpusdan ibarətdir və 1 növbəlidir. Hazırda məktəbdə 74 müəllim fəaliyyət göstərir, 878 şagird (məktəbəhazırlıq qrupunda 72 şagird) təhsil alır. Məktəbdə müasir tələblərə uyğun olan sinif otaqları, kitabxana, fənn kabinetləri, idman zalı, tibb məntəqəsi və bufet şagirdlərin istifadəsindədir. Kompüter avadanlıqları ilə təchiz olunmuş siniflər, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı hazır vəziyyətdədir. Şagirdlərimizin təlim-tərbiyəsi ilə məşğul olan fənn müəllimlərindən riyaziyyat müəllimi İlhamiyyə Cəfərova “Əməkdar müəllim” adına layiq görülüb. Digər bir müəllimimiz Vəlizadə Söylü “Qabaqcıl təhsil işçisi” nişanı ilə təltif olunub. Məktəbimizdə təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsini təmin etmək üçün kurikulumun tətbiqinə səyimiz artır. Dövlət başçısının məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı müəyyənləşdirdiyi strategiya nəticəsində ölkəmizdə güclü təhsil infrastrukturu formalaşıb. Bütün bunların nəticəsi olaraq kollektivimiz milli və bəşəri dəyərlər üzərində qurulan təhsil modelinin reallaşdırılmasınının və gənc nəslin nümunəvi vətəndaş kimi formalaşdırılmasının təmin olunmasını qarşısına məqsəd qoyub.

  •   1
Nərimanov rayon 177 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Nərimanov rayon 177 nömrəli tam orta məktəb

 Bakı şəhəri 177 nömrəli tam orta məktəb 1933-cü ildə tikilib. Məktəb 2010-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən “İlin ən yaxşı məktəbi” adına layiq görülüb. Məktəb 850 şagird üçün nəzərdə tutulub. 2006-cı ildə məktəbyanı boş sahədə 180 şagird yerli əlavə tədris korpusu inşa edilib. 2012-ci ildə məktəb dövlət tərəfindən əsaslı təmir olunub. 2018-2019-cu dərs ilində məktəbdə 1141 şagird 40 sinifdə komplektləşdirilib. Məktəbdə 3 məktəbəqədər hazırlıq qrupu və 2 günüuzadılmış qrup fəaliyyət göstərir. Məktəb 1 növbəli, 5 günlük iş həftəsi ilə işləyir. Məktəbdə təlim Azərbaycan və rus dillərində aparılır. Şagirdlərin təlim tərbiyəsi ilə 87 pedaqoji işçi məşğul olur. Pedaqoji kollektivin 92 faizi təhsilli müəllimlərdən ibarətdir. Onlardan "Qabaqcıl təhsil işçisi" adına, “Tərəqqi medalı”na layiq görülmüş müəllimlərimiz var. Məktəb "Pətək İB" nin "Sağlam qida -Sağlam nəsil" layihəsi, “Ekoloji yönümlü və enerji effektli məktəblərin Yaşıl şəbəkəsi” layihələrinə qoşulub. Məktəb “Ekoloji yönümlü və enerji effektli məktəblərin Yaşıl şəbəkəsi” müsabiqəsinin ən fəal məktəbi seçilib, diplomla təltif olunub. Şagirdlərdə liderlik və yaradıcı təfəkkürü inkişaf etdirən “Kiçik Akademiya” fəaliyyət göstərir. “Sabahın alimləri" VI və VII Respublika Müsabiqəsində iştirak edən şagirdlərimiz II yeri tutaraq gümüş medala, "Sabahın alimləri" VIII Respublika Müsabiqəsində məktəbin 10 "A" sinif şagirdi Nurullayeva Selcan Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Məmmədzadə Vaqif ilə birgə I yeri tutaraq qızıl medala layiq görülmüşlər. Məktəbin zəngin kitabxanası mövcuddur. Şagirdlərin bədii ədəbiyyata marağını artırmaq məqsədilə kitabxananın illik iş planına uyğun olaraq mütəmadi şair və yazıçılarla görüşlər keçirir, şagirdlərin iştirakı ilə səhnələşdirilmiş tamaşalar, kütləvi kitabxanalara ekskursiyalar təşkil edilir. Məktəbin əsas məqsəd və vəzifələri ibtidai təhsil pilləsindən başlayaraq şagirdlərin keyfiyyətli təhsil almalarını təmin etməkdir. Məktəbdə şagirdlərə əsaslı bilik verməklə yanaşı onların yüksək mənəviyyatlı və milli – mənəvi dəyərlərə sadiq şəxsiyyət kimi formalaşdırılmasına, vətənpərvər ruhda tərbiyə olunmasına da xüsusi diqqət yetirilir. Məktəbdə şagirdlərin elmi dünyagörüşünün formalaşması, onların bilik və bacarıqlarının möhkəmlənməsi məqsədi ilə əyləncəli fənn gecələri, viktorinalar, diskusiya klubları və s. bu kimi tədbirlər təşkil edilir. Məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan məqsədyönlü işlərdən biri də fənlərin tədrisi vəziyyətinin müasir tələblərə cavab verən inteqrativ, İKT əsaslı təlim metodlarına uzlaşdırılmasından ibarətdir. Məktəb təhsil sahəsində yeniliklərin reallaşması istiqamətində durmadan çalışır və bu sahədə işini davam etdirir.

  •   1
Etiraf Eyyubov adına 273 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Etiraf Eyyubov adına 273 nömrəli tam orta məktəb

 Etiraf Eyyubov adına 273 nömrəli tam orta məktəb Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşir.

  •   1
Qurban Abbasov adına 288 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Qurban Abbasov adına 288 nömrəli tam orta məktəb

 Məktəb 1993 -cü il 9 yanvar tarixində ilk pedaqoji şurasını keçirmiş və bununla da fəaliyyətə başlamışdır.

  •   1
Xəzər rayon 117 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Xəzər rayon 117 nömrəli tam orta məktəb

 Xəzər rayonunda yerləşən 117 nömrəli tam orta məktəb Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yenidən tikilib.

  •   1
Xəzər rayon 181 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Xəzər rayon 181 nömrəli tam orta məktəb

 Bakı şəhəri 181 nömrəli tam orta məktəb 1965-ci ildən fəaliyyət göstərir. Məktəb 2011-ci ildə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunub.

  •   1
Xəzər rayon 185 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Xəzər rayon 185 nömrəli tam orta məktəb

 Bakı şəhəri 185 nömrəli tam orta məktəb Xəzər rayonunda yerləşir. Məktəbin inşasına 1933-cü ildən qəsəbə sakinlərinin əməyi nəticəsində başlanmışdır.

  •   1
E.Əliyev adına 234 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

E.Əliyev adına 234 nömrəli tam orta məktəb

 Bakı şəhəri Xəzər rayonu E.Əliyev adına 234 nömrəli tam orta məktəb 1953 - cü ildən fəaliyyət göstərir.

  •   1
Səbail rayon 91 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Səbail rayon 91 nömrəli tam orta məktəb

 Səbail rayonu 91 nömrəli tam orta məktəb 1937 -ci ildən fəaliyyət göstərir .

  •   1
Riad Əhmədovun adına 203 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Riad Əhmədovun adına 203 nömrəli tam orta məktəb

 203 №-li tam orta məktəb Azərbaycan Respublikasının Milli qəhrəmanı Riad Əhmədovun adını daşıyır.

  •   1
Nizami rayon 62 nömrəli məktəb-lisey
Ətraflı
Məktəblər

Nizami rayon 62 nömrəli məktəb-lisey

 Bakının Nizami rayonunda yerləşən 62 nömrəli məktəb-lisey 1964-cü ildə inşa edilmişdir

  •   1
Nizami rayon 250 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Nizami rayon 250 nömrəli tam orta məktəb

 Bakı şəhəri Nizami rayonu 250 nömrəli tam orta məktəb 1972-ci ildən fəaliyyət göstərir.

  •   1

EduList - Onlayn təhsil

Axtardığınızı bizdə tapın

Axtarış

Bazada olan məktəb, bağça, təlim, kurs və digər bölmələrdə axtarış.

Məlumat

Kurslara "EDULİST"-dən onlayn yazılın.

Rahat seçim

Şəhər və rayonlar üzrə.