Axtardığınızı bizdə tapın
Kurslar, Tədris mərkəzləri, Bağçalar, Məktəblər, Təlimlər, Kolleclər...
Məktəblər Cəmi: 507

Nizami rayon 62 nömrəli məktəb-lisey
Bakının Nizami rayonunda yerləşən 62 nömrəli məktəb-lisey 1964-cü ildə inşa edilmişdir
- 1

Nizami rayon 250 nömrəli tam orta məktəb
Bakı şəhəri Nizami rayonu 250 nömrəli tam orta məktəb 1972-ci ildən fəaliyyət göstərir.
- 1

Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəb
247 nömrəli tam orta məktəb 1969-cu ildən fəaliyyət göstərir.
- 1

Nərimanov rayon 82 nömrəli tam orta məktəb
82 saylı tam orta məktəb dövlət orta ümumtəhsil müəssisəsi olub, Bakı şəhəri Nərimanov rayonunun ərazisində yerləşir. Nizamnaməyə uyğun olaraq müəssisənin tam adı: 82 № li tam orta məktəb. 82 saylı tam orta məktəb 1966-ci ildən fəaliyyət göstərir. Məktəbin binası 4 mərtəbəli əsas və üçmərtəbəli əlavə korpusdan ibarətdir. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Məktəb 5 günlük və bir növbəli iş rejimində çalışır. Gündəlik dərslərin miqdarı 5-8 saatdır. Bir dərs saatı 45 dəqiqədir. Məktəbdə həyata keçirilən təhsil proqramları aşağıdakı kimidir: 1.I pillə - əyani formada həyata keçirilən dördillik ibtidai təhsil 2.II pillə - əyani formada həyata keçirilən beşillik ümumi orta təhsil 3.III pillə - əyani formada həyata keçirilən ikillik tam orta təhsil. Məktəbdə şagirdlər yaşayış yerinə görə Bakı şəhərinin müxtəlif regionlarını əhatə edirlər. Hazırda məktəbdə 1420 nəfər şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 91 nəfər yüksək ixtisaslı müəllim məşğul olur. Müəllimlərimizdən 1 nəfər "Əməkdar müəllim" və 1 nəfər "Tərəqqi medalı"na layıq görülmüş müəllim vardır. Məktəb 2011-ci ildə “İlin məktəbi” müsabiqəsinin qalibi olmuşdur. 82 saylı tam orta məktəb fəaliyyət göstərdiyi gündən keyfiyyətli təhsil prosesi və uğurları ilə daim seçilmişdir. Ali məktəblərə qəbulun göstəricilərinə görə də 82 saylı tam orta məktəb ön sıralardadır. Belə ki, ötən dərs ilində məktəbi bitirən 84 məzunun bir çoxu Respublikaməzən nüfuzlu ali məktəblərə və xarici ölkələrin ali məktəblərinə daxil olmuşdur. Qəbul olunanlar arasından 7 nəfər 600 baldan yuxarı, 7 nəfər 500 baldan yuxarı nəticə göstərmişdir.
- 4

N.Rəfiyev adına 104 nömrəli tam orta məktəb
Bakı şəhəri Suraxanı rayonu N.Rəfiyev adına 104 nömrəli tam orta məktəb 1969-cu ildə tikilib istifadəyə verilib. 2011-ci ildə "İlin məktəbi" layihəsinin qalibi olub. 2012-ci ildə əsaslı, yüksək səviyyədə təmir olunub. Əsas binadan əlavə 3 yardımçı korpus tikilib şagirdlərin istifadəsinə verilib. Məktəb birnövbəli olaraq, kurator məktəb kimi fəaliyyət göstərir. Məktəbdə 162 nəfər müəllim çalışır, 85 sinifdə 2129 nəfər şagird təhsil alır. Məktəb "Şahin", "Cəsurlar" hərbi idman yarışlarının qalibi olmuşdur. Məktəbdə bir neçə “Filologiya üzrə Fəlsəfə Doktoru” və "Əməkdar Müəllim" adına layiq görülmüş müəllimlər çalışır. Məktəbdə 5 kabinet, 3 laboratoriya şagirdlərin öhdəsinə verilib.
- 1

Hədəf Liseyi
Hədəf Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək arzusuyla “Hədəf Kursları” MMC-nin bazası əsasında təsis edilən təhsil müəssisəsidir. Lisey, STEM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və “toxunaraq öyrənmək” prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır. Hədəf Liseyinin tədris proqramı milli və mütərəqqi beynəlxalq kurikulumların inteqrasiyasından ibarətdir. Şagirdlər üçün müasir tələblərə cavab verən tədris mühitinin yaradılması ilə birlikdə, lisey təhsil proqramında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı və müasirləşməsi strategiyasına müvafiq olaraq, STEM konseptini əsas götürür.
- 7

Qaradağ rayon 320 nömrəli tam orta məktəb
Qaradağ rayonu 320 nömrəli tam orta məktəb Müşfiqabad qəsəbəsində Təhsil Nazirliyi tərəfindən Respublika Prezidentinin sərəncamına əsasən tikilib və 15 sentyabr 2007-ci ildə istifadəyə verilib.
- 5
EduList - Onlayn təhsil
Axtardığınızı bizdə tapın
Axtarış
Bazada olan məktəb, bağça, təlim, kurs və digər bölmələrdə axtarış.
Məlumat
Kurslara "EDULİST"-dən onlayn yazılın.
Rahat seçim
Şəhər və rayonlar üzrə.