Axtardığınızı bizdə tapın
Kurslar, Tədris mərkəzləri, Bağçalar, Məktəblər, Təlimlər, Kolleclər...
Məktəblər Cəmi: 507

H.Hüseynov adına 83 nömrəli məktəb-lisey
Bakı şəhəri Sovet İttifaqı Qəhrəmanı Həbibulla Eynulla oğlu Hüseynov adına 83 nömrəli məktəb 1971-ci ildə fəaliyyətə başlayıb.
- 0

C.Cahangirov adına 4 nömrəli tam orta məktəb
C.Cahangirov adına 4 nömrəli tam orta məktəb Bakı şəhəri Sabunçu rayonunda yerləşir. Məktəb binasının I mərtəbəsi 1914- cü, II mərtəbəsi 1927-ci ildə tikilmişdir. 1914-1927-ci illərdə bina qızlar məktəbi, uşaq bağçası, peşə məktəbi kimi fəaliyyət göstərmişdir. 1927-ci ildən etibarən isə bina ümumtəhsil məktəbi kimi fəaliyyət göstərir. 1994-cü ildə məktəbə Balaxanı qəsəbəsində anadan olmuş dahi bəstəkar Cahangir Cahangirovun adı verilmişdir. Bu illər ərzində məktəbi bitirən məzunlar respublikanın müxtəlif ali və orta ixtisas təhsil ocaqlarına daxil olmuşlar. Hal-hazırda məktəb məzunlarından 4 nəfəri təhsil ocağında müəllim kimi gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. Məktəbdə 928 şagird təhsil alır. 51 nəfərdən ibarət pedaqojı kollektiv təlim keyfiyyətlərinin yüksəldilməsini, fənlərin inteqrasiyasını, biliklərin yeni meyarlarla üzə çıxarılıb qiymətləndirilməsini, istedadlı şagirdlərlə işin qüvvətləndirilməsini,yeni təlim metodlarından geniş istifadə edilməsini başlıca vəzifələrdən
- 0

Firuz Bayramov adına 22 nömrəli tam orta məktəb
Bakı şəhəri Firuz Bayramov adına 22 nömrəli tam orta məktəb Sabunçu rayonu Maştağa qəsəbəsi Daş Karxanası yaşayış massivində yerləşir. Məktəbin ibtidai tədris korpusu 1992-ci ildə, əsas tədris korpusu isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 27.02.2006-cı il tarixli Sərəncamına əsasən 01.09.2007-ci il tarixdə istifadəyə verilmişdir. Məktəb Qarabağ döyüşlərində şəhid olmuş Daş karxanası sakini Firuz Əli oğlu Bayramovun adını daşıyır. Əsas korpus üç mərtəbədən, 33 sinif otaqlarından ibarət olaraq 720 nəfər şagirdin təhsil alması, ibtidai korpus isə 2 mərtəbədən və 10 sinif otaqlarından ibarət olaraq 240 şagirdin təhsil alması üçün nəzərdə tutulmuşdur. Hal-hazırda məktəb ikinövbəli, altı (6) günlük iş və tədris rejimində çalışaraq 128 nəfərlik pedaqoji heyətlə 2348 şagirdə xidmət göstərir. Məktəbdə 44 ibtidai və 43 yuxarı siniflər fəaliyyət göstərirlər.
- 0
EduList - Onlayn təhsil
Axtardığınızı bizdə tapın
Axtarış
Bazada olan məktəb, bağça, təlim, kurs və digər bölmələrdə axtarış.
Məlumat
Kurslara "EDULİST"-dən onlayn yazılın.
Rahat seçim
Şəhər və rayonlar üzrə.