Axtardığınızı bizdə tapın
Kurslar, Tədris mərkəzləri, Bağçalar, Məktəblər, Təlimlər, Kolleclər...
Məktəblər Cəmi: 507

Rixard Zorge adına 90 nömrəli tam orta məktəb
Bakı Şəhəri Sabunçu Rayonu Rixard Zorge adına 90 nömrəli tam orta məktəb 3 korpusdan ibarətdir. Əsas bina 1939 -cu ildə tikilib, 282 yerlikdir. 2002-ci ildə Amerika Səfirliyi tərəfindən 160 yerlik və 2006- cı ildə Təhsil Nazirliyi tərəfindən 240 yerlik əlavə korpuslar tikilmişdir. Hal -hazırda məktəbdə 1481 şagird təhsil alır. Şagirdlərin təlim -tərbiyəsi ilə 105 nəfər pedaqoji kadr məşğul olur. Məktəbdə Rixard Zorgenin muzeyi fəaliyyət göstərir. Mütəmadi olaraq muzeyə Yaponiya və Rusiya kimi böyük dövlətlərdən qonaqlar gəlir. 2015-2016- cü dərs ilində məktəbimizi bitirən 73 məzunun 41 nəfəri ali məktəblərə sənəd vermişdir. Onlardan 26 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Onlardan 2 nəfəri 500-dən yuxarı bal toplamışdır.
- 0

Sabunçu rayon 94 nömrəli tam orta məktəb
Bakı şəhəri 94 nömrəli tam orta məktəb 1970-ci ildə keçmiş Lenin, indiki Sabunçu rayonundan SSRİ Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Ümummilli Liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə tikilmiş və elə həmin ilin noyabr ayında istifadəyə verilmişdir. Məktəbin açılışında Heydər Əliyev iştirak etmişdir. Məktəb ikimərtəbəli və dördmərtəbəli olmaqla iki korpusdan ibarətdir. 1076 yerlik şagird tutumuna malikdir. Təlim iki – Azərbaycan və rus dillərində aparılır. Məktəbdə 32 sinif otağı, 3 fənn – fizika, kimya, biologiya kabineti, 3 laboratoriya, 3 informatika kabineti, emalatxana, idman zalı, bufet, tibb otağı, 200 yerlik akt zalı, zəngin fondu olan kitabxana vardır. Məktəb 2008-ci ildə əsaslı təmir edildikdən sonra sinif otaqları, fənn kabinetləri, laboratoriyalar müasir avadanlıqlara təchiz edilmişdir. Məktəbin işçilərinin ümumi sayı 111-dir. Bunlardan 92 nəfəri pedaqoji, 19 nəfəri isə texniki heyətdir. Pedaqoji işçilərin 85 n
- 0

İlqar Əliyev adına 96 nömrəli tam orta məktəb
Bakı şəhəri İlqar Əliyev adına 96 №-li tam orta məktəb 1970-ci ildən fəaliyyət göstərir. Məktəb bir tipli layihə əsasında 960 nəfər şagird tutumu üçün tikilib. Hazırda məktəbin 35sinif komplektində 865nəfər şagird təhsil alır. Məktəbdə dərslər Azərbaycan dilində tədris olunur. Dərslər 1 növbədə 5 günlük tədris həftəsi üzrə keçirilir. 96 nömrəli tam orta məktəb 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2010-cu il tarixli, 997 nömrəli sərəncamı ilə " Ən yaxşı ümumtəhsil məktəbi " müsabiqəsinin qalibi olmuşdur. Məktəb 2012-ci ildə " Bakı və Qəsəbələrinin sosial iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən təmir edilmişdir. Məktəbdə 80 nəfər pedaqoji işçi çalışır. Son üç ildə məktəbin məzunlarının uğurları inkişafa doğru irəliləmişdir. Belə ki, 2015-2016-ci tədris ilində məzunların qəbul faizi 54%, 2016 - 2017-ci tədris ilində qəbul faizi 60% olmuşdur. 2017-2018-ci tədris ilində məktəbi bitirən 62 nəfər məzundan 54 nəfər məzun ali və orta ixtisas məktəblərinə sənə
- 0

Rasim Quliyev adına 107 nömrəli tam orta məktəb
107 nömrəli məktəb 1965-ci ildən məktəb kimi fəaliyyət göstərir. Birtiplidir. Məktəbin 23 sinfində 482 şagird təhsil alır. Dərslər Azərbaycan və rus dillərində aparılır. Məktəb 1992-ci ildə Ağdərənin Kasapet yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq həlak olmuş şəhid Rasim Quliyevin adını daşıyır. Məktəb lazimi təchizatla təmin olunmuşdur, 1 binadan və 1tədris korpusundan ibarətdir. Məktəb 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təmir-Tikinti İdarəsi tərəfindən əsaslı təmir olunmuşdur. Məktəbdə 1 kimya elmləri namizədi, 1 nəfər qabaqcıl təhsil işçisi, 1 ali kateqoriyalı və 48 nəfər I dərəcəli müəllim çalışır. Məktəbin əsas məqsədi və vəzifələri: ibtidai təhsil pilləsindən başlayaraq, şagirdlərin keyfiyyətli tam orta təhsil almalarını təmin etməklə yanaşı, riyaziyyat, fizika, informatika fənlərinə xüsusi maraq göstərən, bu fənnlər üzrə dərin bilik almağa istedad və qabiliyyəti olan şagirdlər seçməklə onların potensial imkanlarının daha da inkişafına ş
- 0

Sabunçu rayon 112 nömrəli tam orta məktəb
1934-cü il bünövrəsi qoyulmuş köhnə bina Heydər Əliyev Fondu tərəfindən tamamilə sökülmüş və yerində 2005-ci ildə iki mərtəbəli yardımçı bina, 2013-cü ildə isə üç mərtəbəli əsas korpus ucaldılımışdır.Bina müasir tələblərə cavab verən infrastruktura malikdir.Məktəbdə 56 müəllim 871 şagirdin tərbiyəsi ilə məşğul olur.Təhsil Nazirliyinin "Heydər Əliyev Uşaqların gözü " ilə inşa müsabiqəsinin I dərəcəli diplom və mükafatına layiq görülmüş ,Bakı Şəhər İcra başçısının I dərəcəli diplomuilə təltif olunmuş,Respublika statistik məlumatlarında ali məktəblərə qəbul üzrə yüksək bal toplamış şagirdlərimiz olmuşdur.Bakı şəhəri üzrə olimpiadanın II turunda tarix fənni üzrə II yeri tutmuş və respublika olimpiadasına vəsiqə almış həmçini ədəbiyyat və biologiya fənləri üzrə II yer tutmuş şagirdlərimiz olmuşdur.İdman üzrə nailiyyətlərimiz çoxdur.Belə ki,beynəlxalq yarışlarda müxtəlif idman növləri üzrə I və II yerləri tutmuş şagirdlərimiz vardır. Bir çox müəllimlərimiz ixtisasartırma kurslarında uğur ser
- 0

Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəb
Bakı şəhəri Kürdəxanı qəsəbəsindəki 113 nömrəli tam orta məktəb 1927-ci ildən fəaliyyət göstərir. Məktəbin hazırkı binası 1971-ci ildə tikilib istifadəyə verilmişdir. Məktəb 850 yerlikdir. 2008-ci ildə məktəbin həyətində 300 yerlik yardımçı bina tikilmişdir. Hər iki korpus birlikdə 1150 yerlikdir. Hazırda məktəbdə 1765 şagird təhsil alır. Məktəb Hüseynbala Ağaverdiyev adını daşıyır. H.Ağaverdiyev 1927-1929-cu illərdə Azərbaycan SSR XTŞ-nin sədri, 1929-1934-cü illərdə Azneft Birliyi rəisinin müavini,1935-ci ildən Azərbaycan SSR XKS-nin sədr müavini, eyni zamanda Xalq yerli Sənaye komissarı vəzifəsində çalışıb. 113 nömrəli tam orta məktəb öz məzunları ilə hər zaman fəxr edib. İkinci Dünya müharibəsindən əvvəl və sonralar da bu məktəbin bir çox məzunları Azərbaycan dövlətinin adını dünya ölkələrində tanıtmış, onun fəxri olmuşlar. Qarabağ uğrunda gedən döyüşlərdə məktəbimizin 9 nəfər məzunu şəhid olmuşdur. Onların xatirəsini əbədiləşdirmək məqsədilə məktəbin həyətində " And yeri " abidəsi
- 0

Sabunçu rayon 128 nömrəli tam orta məktəb
Məktəb 1896-cı ildən fəaliyyət göstərir.Bu məktəb Sabunçu qəza dairəsində Maştağa qəsəbəsində ilk məktəb kimi fəaliyyətə başlamışdır.1973-cü ildə məktəb yeni binaya köçürülüb.Yaxın buraxılış illərinin məzunlarından Əlibaba Məmmədov, Məmmədbağır Bağırzadə,Qəzənfər Məmmədov kimi yetirmələrin nümunə göstərə bilərik. 2018-2019-cu təsdirs ili üçün I-IV siniflər üzrə 31,V-XI siniflər üzrə 27 sinif komplektləşdirilib.2018-ci il oktyabrın 1-nə məktəbdə I-XI siniflər 1783 şagird,5 məktəbə hazırlıq qrupunda 140 5 yaşlı təhsil alır.Məktəbdə 58 sinif var.Pedaqoji heyəti 83 nəfərdən ibarətdir.Məktəbdə dərslər 2(iki) növbəli keçirilir. Məktəb 2012-ci ildə əsaslı təmir olunub. 2014-2015-ci ildə pedaqoji kollektiv Azərbaycan Respublikasının Təhsil Qanunu əsas götürərək məktəbin ,təhsilin inkişafında rolunu müəyyənləşdirmiş və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan istifadə etmişdir. Məktəb öz işini tənzimləmək üçün pedaqoji kollektivin fəallarından işci
- 0

Sabunçu rayon 130 nömrəli tam orta məktəb
Məktəb 1972- ci ildə inşa olunaraq istifadəyə verilmişdir. Məktəb üçmərtəbəli, birtipli korpusdan ibarət olub, geniş idman zalı, yeməkxana, əyani vəsaitlərlə təchiz olunmuş fizika və kimya laboratoriyası, biologiya, ədəbiyyat, rus dili kabinetləri, akt zalı, geniş və işıqlı sinif otaqları olan tədris müəssisəsidir. İlk məktəb natamam orta məktəb olmuşdur. 1974-ci ildə ilk 17 məzun tam orta təhsil alaraq məktəbi bitirmişlər. Məktəbin ilk direktoru tarix müəllimi Mustafayev Mustafa müəllim olmuşdur. Həmin dövürdə Nardaran kənd sakinləri olan Süleymanov Süleyman, Həsənova Seyidxanim, Zeynalova Balacaxanım, Əliyeva Xatirə, Əliyeva Zərifə də digər müəllimlərlə yanaşı gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuşlar. Hal – hazırda 1974–cu ilin məzunlarından (ilk məzunlar) Qədirova Sədaqət Həsən qızı öz doğma məktəbində ingilis dilini sevə-sevə tədris etməkdədir. Cari ildə 771 şagird məktəbdə təhsil alır. 72 nəfərlik işçi heyəti şagirdlərin kamil təhsil alması üçün əllərindən gələni əsirgəməd
- 0

E.Məhərrəmov adına 137 nömrəli tam orta məktəb
Bakı şəhəri Sabunçu rayonu E.Məhərrəmov adına 137№li tam orta məktəb 1971 -ci ildən fəaliyyət göstərir.1971-2007-ci illərdə əsas,2007-2008-ci tədris ilindən bu günə kimi tam orta məktəb kimi fəaliyyət göstərir.Yeni məktəb 2007-ci ildə Təhsil Nazirliyinin xətti ilə tikilmişdir.Məktəbdə yer tutumu 840 nəfərlikdir və hal -hazırda 1498 nəfər şagird təhsil alır.Bu tədris ocağında 80 daimi işləyən müəllim var.Məktəb 2 növbədə 5 günlük fəaliyyət göstərir.
- 0

Sabunçu rayon 142 nömrəli tam orta məktəb
Sabunçu rayonu 142 nömrəli tam orta məktəb 1978 - ci ildə əvvəllər mövcud olan 129 saylı 8 illik məktəbin əsasında yaradılmışdır.1995 - ci ildən şəhid Telman İsgəndərovun adını daşıyır. 2010 - cu ildə "İlin məktəbi" layihəsində iştirak etmişdir. 2012 - ci ildə məktəb əsaslı təmir olunmuşdur. Məktəbin binası 1174 yerlikdir. Məktəbdə dərslər 2 növbədə keçirilir. Məktəbdə 70 nəfər müəllim gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. 2014- 2015 - ci dərs ilində məktəbdə 1093 şagird təhsil alır. Sabunçu rayonu 142 saylı tam orta məktəb fəaliyyət göstərdiyi illərdə məktəb şagirdlərinin təlim tərbiyəsində bir sıra uğurlara imza atıb. Hər il məktəbin şagirdləri respublikanın nüfuzlu ali məktəblərinə daxil olurlar. Çoxlu sayda məzunlarımız orta ixtisas məktəblərinə daxil olurlar. Məktəbimizin şagirdləri müxtəlif illərdə fənn olimpiadalarının respublika turunda uğurlu nəticələr əldə edərək fəxri fərmanlarla təltif olunmuşlar. Məktəbdə şagird özünüidarə orqanları və "Maraq və məntiq" klubu fəaliy
- 0

Akif Qambayzadən adına 148 nömrəli tam orta məktəb
148 nömrəli tam orta məktəb Azərbaycanın Milli qəhrəmanı, məktəbin keçmiş məzunu olmuş Akif Qambayzadənin adını daşıyır. Məktəb Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin 65 ünvanında yerləşir. Məktəb 1935-ci ildə inşa olunub.Əvvəlcə hərbi hospital kimi fəaliyyət göstərib.1937-ci ildən isə məktəb kimi fəaliyyətə başlayıb. Fəaliyyət göstərdiyi illərdə öz məzunları ilə həmişə fərqlənib. Belə ki,məzunları içərisində tanınmış, dövlət və elm xadimləri məktəbin adını həmişə tanıtmışlar.Məktəbdə 2007-ci ildə 360 yerlik əlavə korpus inşa olunub. Əsas korpus isə qəza vəziyyətində olduğu üçün sökülmüş və 2015-ci ildə 528 nəfərlik yeni məktəb binası inşa olunmuşdur.Yeni məktəb binasının açılışında Cənab Prezident İlham Əliyev şəxsən özü iştirak etmışdır. Məktəbdə 952 şagirdin təlim-tərbiyəsi ilə 74 müəllim məşğul olur. Məktəb fəaliyyətində öz keçmiş ənənələrinə daim sadiq qalaraq, təhsil prosesinin təşkili və inkişaf etdirilməsində əzmlə çalışır. Rayon, şəhər və respublika səviyyələrində keçirilən
- 0

Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəb
Məktəb 5 günlük iş həftəsi ilə 2 növbədə fəaliyyət göstərir. Təhsil ocağı 26 yanvar 1996–cı ildən məktəbin şəhid məzunu Cəlal Cavad oğlu Məmmədyarovun adını daşıyır. Məktəbin ikinci korpusu 2013 - cü ildə istifadəyə verilmişdir. Məktəbdə təhsil alan 899 şagirdin təlim - tərbiyəsi ilə 61 nəfər əsas, 1 nəfər əvəzçi pedaqoji işçi məşğul olur. Vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq, müstəqil və yaradıcı düşüncəyə malik, milli-mənəvi keyfiyyətləri dəyərləndirməyi bacaran, hərtərəfli inkişaf etmiş bir vətəndaş, bir şəxsiyyət yetişdirmək məktəb kollektivinin prioritet istiqamətlərindəndir. Məktəb tədris keyfiyyətinin yüksəldilməsi, məktəblilərin bilik, bacarıq qabiliyyətlərinin artırılması, onların asudə vaxtlarının səmərəli təşkili , mənəvi və fiziki tərbiyələrinin, dünyagörüşlərinin , mədəni davranışlarının, kreativ düşüncə tərzlərinin formalaşması məqsədilə bir sıra pedaqoji, mədəni-kütləvi tədbirlər həyata keçirir.
- 0
EduList - Onlayn təhsil
Axtardığınızı bizdə tapın
Axtarış
Bazada olan məktəb, bağça, təlim, kurs və digər bölmələrdə axtarış.
Məlumat
Kurslara "EDULİST"-dən onlayn yazılın.
Rahat seçim
Şəhər və rayonlar üzrə.