Axtardığınızı bizdə tapın
Kurslar, Tədris mərkəzləri, Bağçalar, Məktəblər, Təlimlər, Kolleclər...
Məktəblər Cəmi: 507

Sabunçu rayon 22 nömrəli tam orta məktəb
25 mindən artıq əhalisi olan Sabunçu rayon Maştağa qəsəbəsinin Savalan yaşayış massivində yaşayanlar üçün tikilmiş məktəbimiz 960 nəfərlik şagird heyəti üçün nəzərdə tutulub. Məktəbimizin ümumi sahəsi 2 hektardır. Məktəbimizin özülü 1 il öncə 2017-ci ilin sentyabr ayında qoyulmuş və vaxtından əvvəl tikinti işləri başa çatmışdır. Məktəbimizdə 72 otaq var. I mərtəbədə 11 sinif otağı, 3 fizika otağı (1 təchizat, 2 laboratoriya), 1 texnologiya otağı və idman zalı var. Hər iki fizika laboratoriya otağı müasir avadanlıqlarla təmin olunmuşdur. II mərtəbədə kitabxana, 9 sinif otağı, 3 kimya otağı (1 təchizat, 2 laboratoriya), 1 GÇH kabineti var və lazımı avadanlıqlarla təmin olunmuşdur. Kitabxanamız 2 hissəlidir: kitabların yerləşdiyi otaq və oxu zalı. Hazırda məktəbdə təhsil alan 1566 şagird ilə 67 müəllim məşğul olur.
- 0

Sabunçu rayon 67 nömrəli tam orta məktəb
Üç əsrin şahidi-67 nömrəli tam orta məktəb birinci iki sinifli Sabunçu–Balaxanı Ramana qarışıq tipli məktəb olub. XIX əsrin II yarısında müstəmləkə əsarəti altında olan Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında mühüm dirçəliş baş verir. Xarici kapital axını ölkənin aparıcı sənaye sahələrindən biri olan neft sənayesinin inkişafına təkan verir. Neft sənayesi və digər sənaye sahələrini əhatə edən dirçəlişi maarif və təhsilin inkişafına da şərait yaradır. Bakı sənaye mərkəzi olmaqla bərabər, imperiyanın Cənubi Qafqazda başlıca mədəniyyət mərkəzinə çevrilir. Qabaqcıl Avropa ölkələrinin universitetlərində təhsil almış demokratik fikirli ziyalıların hakimiyyətin təhsil sahəsinə diqqət artırması yeni dünyəvi məktəblərin açılmasını tələb edirdi. Milli burjuaziyanın qabaqcıl nümayəndələrindən olan Hacı Zeybalabdin Tağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarovun təşəbbüsü və vəsaiti hesabına qabaqcıl Avropa ölkələrinin nümunəsində məktəblərin açılması üçün əməli işlər görür və müsəl
- 0

Z.Bəhmənov adına 68 nömrəli tam orta məktəb
68 №-li tam orta məktəb Sabunçu rayonunun Mehdi Hüseynzadə 31 (Musabəyov 31) ünvanında yerləşir. Məktəb 1914–cü ildə inşa olunub, qızlar məktəbi kimi fəaliyyət göstərmişdir. Müharibə zamanı hərbi hospital kimi istifadə olunub, daha sonra 1948-ci ildə yenidən məktəb kimi fəaiyyət göstərmişdir. 1995-ci ildən məktəbə Ağdam şəhərinin Baş Qərvənd kəndində gedən ağır döyüşlərdə qəhramancasına şəhid olmuş Bəhmənov Zakir Yusif oğlunun adı verilmişdir. Məktəb əsas tədris korpusundan və əlavə korpusdan (idman zalı, akt zalı) ibarətdir. Əlavə korpus olan idman zalı və akt zalı yenidən tikilərək 2016-ci ildən məktəbin fəaliyyətinə verilmişdir. Məktəb 5 günlük iş həftəsində 2 növbə fəaliyyət göstərir. Məktəbdə Azərbaycan və Rus bölmələri var. Hal-hazırda məktəbdə 9-u ibtidai, 14-ü yuxarı sinif olmaqla 23 sinif fəaliyyət göstərir. Məktəbdə hər ay müntəzəm olaraq müxtəlif tədbirlər, Dövlət bayramları, dəyirmi masalar təşkil olunur. Məktəbin kitabxana, informatika, kimya, fizika kabine
- 0

Sabunçu rayon 69 nömrəli tam orta məktəb
Məktəb 1907-ci ildə inşa edilmişdir. Görkəmli satirik şair Mirzə Ələkbər Sabir bu məktəbdə dərs demişdir. Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən bu məktəbin fəaliyyəti 1935-ci ildən genişlənmişdir. Məktəb 450 yerlik və üç mərtəbəlidir. Məktəbdə 82 nəfər müəllim və 4 nəfər rəhbərlik çalışır. Onlardan 71 nəfəri ali, 15 nəfəri isə orta ixtisas təhsillidir. Cari dərs ilində məktəbin 56 sinfində 1337 şagird təhsil alır. Siniflərdə şagirdlərin orta sıxlığı 24 nəfərdir. Məktəb üzrə müəllimlərin orta dərs yükü 24 saatdır və bütün fənləri ixtisaslı müəllimlər aparır. Məktəb altı günlük iş rejimində, 3 növbədə işləyir. Sinif komplektlərinin sayı 56 olmaqla birinci növbədə 36, ikinci növbədə 6, üçüncü növbədə 11 sinif yerləşdirilmişdir. Məktəbin binası 2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilmişdir.
- 0

Sabunçu rayon 71 nömrəli tam orta məktəb
Bakı şəhəri Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəb 1980-ci ildə istifadəyə verilmişdir. Məktəb 1993-cü ildə Ağdam cəbhəsində erməni silahlı birləşmələrinə qarşı döyüşdə qəhrəmanlıqla həlak olan Milli qəhrəman Misirxanov Elxan Sərxan oğlunun adını daşıyır. Məktəbin foyesində onun şərəfinə büst ucaldılıb. İki mərtəbəli tədris binasında 67 sinif otağı var. 2033 şagirdin təhsil aldığı məktəb iki növbəlidir. 99 müəllim heyəti çalışır. Üç fənn kabineti, bir İnformatika otağı var. Yeddi sinif otağında “Elektron lövhə”quraşdırılıb. Fənn kabinetləri lazımi təchizatla təmin edilib. Bütün bunlar müəllim və şagirdlərə İKT-nın nailiyyətlərindən istifadə etməyə şərait yaradır. Məktəbin zəngin kitabxanası var. Böyük idman zalı və Akt zalı var. Akt zalında vaxtaşırı tədbirlər keçirilir. Məktəb 2007-ci ildə əsaslı təmir olunub. Şəhidlərin xatirəsinə abidə qoyulub. Böyük idman meydançası şagirdlərin ixtiyarına verilib.
- 0

Fikrət Tağıyev adına 72 nömrəli məktəb-lisey
72 nömrəli məktəb-lisey 1930-cu ildən məktəb kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 1990-cı il tarixli 289 nömrəli Qərarı ilə lisey yaradılmış, Azərbaycan Respublikası təhsil nazirinin 29 sentyabr 1991-ci il tarixli 645 nömrəli əmri ilə ona ixtisaslaşdırılmış “Lisey” statusu verilmişdir. Hazırda riyaziyyat-informatika təmayüllü məktəb-liseyin 78 sinfində 2216 şagird təhsil alır. Məktəb-liseydə 128 müəllimdən ibarət pedaqoji heyət çalışır. Dərslər azərbaycan və rus dillərində aparılır. Məktəb-lisey 1992-ci ildə Füzuli rayonunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Fikrət Tağıyevin adını daşıyır. Məktəb lazımi təchizatla təmin olunmuş 3 tədris korpusundan ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Fikrət Tağıyev adına 72 nömrəli məktəb-lisey əsaslı
- 0

Sabunçu rayon 74 nömrəli tam orta məktəb
Sabunçu rayonu 74 nömrəli tam orta məktəb 1960-cı ildə inşa edilib təhvil verilmişdir.2017-ci ildə məktəb əsaslı təmir olunmuşdur. Məktəbin binası 540 yerlikdir, dərslər 2 növbədə keçirilir. Məktəbdə 92 nəfər müəllim gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. 2016-2017-ci dərs ilində 1133 şagird təhsil alır. Bakı şəhəri 74 nömrəli tam orta məktəb fəaliyyət göstərdiyi illərdə məktəb şagirdlərinin təlim tərbiyəsində bir sıra uğurlara imza atıb. Hər il olduğu kimi məktəbin məzunları Respublika və xariçi ölkələrin nüfüzlu ali məktəblərinə daxil olublar. 500- dən və 600-dən çox bal toplayan şagirdlərimizin sayı ilbəil artır. Belə ki, 2017-cü ildə 7 nəfər 500-dən ,4 nəfər isə 600-dən çox bal toplamışdılar. Onlardan 2 şagird Prezident təqaüdünə layiq görülmüşdür. Şagirdlərimizin idmanda da böyük uğurları var. Onlar futbol, basketbol, şahmat və müxtəlif idman növləri üzrə rayon və şəhər yarışlarından qalib gəliblər. Məktəbdə təsviri incəsənət və bacarıqlı əllər dərnəkləri fəaliyyət gostərir.
- 0

Sabunçu rayon 75 nömrəli tam orta məktəb
Məktəb 1956-cı ildə inşa edilib. 350 yerlik şagird kontingenti üçün nəzərdə tutulub. Birtipli layihə əsasında tikilib, ikinövbəli, 6 günlük iş rejimində fəaliyyət göstərir. Məktəbdə 580 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 45 müəllim məşğuldur. 2007-ci ildə son dəfə əsaslı təmir olunub. Hal-hazırda məktəb üçün yeni tədris korpusu tikilib istifadəyə verilib. Xavər Vəliyev adına 75 nömrəli tam orta məktəbdə təhsil alan şagirdlərin təlim-tərbiyəsinin düzgün formalaşdırılması tədrisin keyfiyyətinin daimi artırılması üçün məktəbin pedaqoji kollektivi bütün imkanlardan bacarıqla istifadə edir. Məktəbdə böyük iş təcrübəsinə malik olan stabil pedaqoji kollektiv var. Məktəbdə şagirdlərin əsaslı təhsil almaları üçün geniş sinif otaqları, laboratoriyalar, idman zalı mövcuddur. Məktəbdə bədii qiraət, rəsm, xalq yaradıcılığı dərnəkləri, musiqi dərnəyi fəaliyyət göstərir.
- 0

Sabunçu rayon 78 nömrəli tam orta məktəb
Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi 63 ünvanında yerləşən 78 nömrəli tam orta məktəbin binası 1882 - ci ildə inşa olunmuşdur. Məktəbdə təhsil beşgünlük və ikinövbəlidir. 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən 4 mərtəbəli, 15 sinif otaqlı, 360 yerlik əlavə yeni korpus tikilib istifadəyə verilmişdir. 2018-ci ildə məktəbin əsas binası əsaslı təmir-bərpa işləri aparılmaqla müasir standartlara uyğun təmir olunaraq təkrar istifadəyə verilmişdir. Məktəbdə 721 şagirdin təlim-tərbiyəsi ilə 48 müəllim məşğul olur. Şagirdlər daim psixoloq nəzarəti altındadır. Onların sağlamlığına məktəbin tibb bacısı nəzarət edir. Məktəb kitabxanasında işlər müasir tələblərə uyğun təşkil edilmişdir. Kitabxanada oxu zalı yaradılmışdır. Hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlər də qənaətbəxşdir. Məktəbin “Şahin” komandası rayon üzrə keçirilən yarışlarda uğurla çıxış edərək Fəxri Fərman və diplomlarla təltif edilmişdir. Təhsilin məzmun və keyfiyyətinin artırılması məqs
- 0

Sabunçu rayon 80 nömrəli tam orta məktəb
1970 - ci illərdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində fəaliyyət göstərən orta məktəblərdən 72,74,169,213 nömrəli məktəblər beynəlmiləl məktəblər kimi fəaliyyət göstərirdi. 1969 - cu ildə Ulu öndər Heydər Əliyevin sərəncamı ilə yeni tikilmiş məktəb sırf milli məktəb kimi fəaliyyətə başladı və yuxarı qeyd olunmuş məktəblərin Azərbaycan bölmələri əsasında 80 nömrəli orta məktəb fəaliyyətə başladı. Bu illər ərzində məktəbimizin bir çox uğurları olmuşdur. 1971 - ci ildən başlayaraq məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin baza məktəbinə çevrilmiş, SSRİ miqyasında, eləcə də xarici qonaqlar bu məktəbin iş təcrübəsi ilə tanış olmaq üçün məktəbin qonağı olmuşlar. Təhsil Nazirliyinin xəttilə məktəbin iş təcrübəsi müxtəlif illərdə aşağıdakı mövzularda respublika miqyasında yayılmışdır: 1. "Şagirdlərlə müstəqil işin təşkili" 2. "Məktəbdə şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınaraq hərbi - vətənpərvərlik və əmək tərbiyəsinin təşkili" 3. "Altıyaşlılarla işin təşkili təcrübəsindən" 1975
- 0

Rixard Zorge adına 90 nömrəli tam orta məktəb
Bakı Şəhəri Sabunçu Rayonu Rixard Zorge adına 90 nömrəli tam orta məktəb 3 korpusdan ibarətdir. Əsas bina 1939 -cu ildə tikilib, 282 yerlikdir. 2002-ci ildə Amerika Səfirliyi tərəfindən 160 yerlik və 2006- cı ildə Təhsil Nazirliyi tərəfindən 240 yerlik əlavə korpuslar tikilmişdir. Hal -hazırda məktəbdə 1481 şagird təhsil alır. Şagirdlərin təlim -tərbiyəsi ilə 105 nəfər pedaqoji kadr məşğul olur. Məktəbdə Rixard Zorgenin muzeyi fəaliyyət göstərir. Mütəmadi olaraq muzeyə Yaponiya və Rusiya kimi böyük dövlətlərdən qonaqlar gəlir. 2015-2016- cü dərs ilində məktəbimizi bitirən 73 məzunun 41 nəfəri ali məktəblərə sənəd vermişdir. Onlardan 26 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Onlardan 2 nəfəri 500-dən yuxarı bal toplamışdır.
- 0

Sabunçu rayon 94 nömrəli tam orta məktəb
Bakı şəhəri 94 nömrəli tam orta məktəb 1970-ci ildə keçmiş Lenin, indiki Sabunçu rayonundan SSRİ Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Ümummilli Liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə tikilmiş və elə həmin ilin noyabr ayında istifadəyə verilmişdir. Məktəbin açılışında Heydər Əliyev iştirak etmişdir. Məktəb ikimərtəbəli və dördmərtəbəli olmaqla iki korpusdan ibarətdir. 1076 yerlik şagird tutumuna malikdir. Təlim iki – Azərbaycan və rus dillərində aparılır. Məktəbdə 32 sinif otağı, 3 fənn – fizika, kimya, biologiya kabineti, 3 laboratoriya, 3 informatika kabineti, emalatxana, idman zalı, bufet, tibb otağı, 200 yerlik akt zalı, zəngin fondu olan kitabxana vardır. Məktəb 2008-ci ildə əsaslı təmir edildikdən sonra sinif otaqları, fənn kabinetləri, laboratoriyalar müasir avadanlıqlara təchiz edilmişdir. Məktəbin işçilərinin ümumi sayı 111-dir. Bunlardan 92 nəfəri pedaqoji, 19 nəfəri isə texniki heyətdir. Pedaqoji işçilərin 85 n
- 0
EduList - Onlayn təhsil
Axtardığınızı bizdə tapın
Axtarış
Bazada olan məktəb, bağça, təlim, kurs və digər bölmələrdə axtarış.
Məlumat
Kurslara "EDULİST"-dən onlayn yazılın.
Rahat seçim
Şəhər və rayonlar üzrə.