Axtardığınızı bizdə tapın
Kurslar, Tədris mərkəzləri, Bağçalar, Məktəblər, Təlimlər, Kolleclər...
Məktəblər Cəmi: 507
Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəb
Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəb 1963-cü ildən fəaliyyət göstərir. Məktəbdə 57 sinifdə 1454 şagird təhsil alır. Məktəbimiz 1 növbəlidir. 2012-ci ildə məktəb əsaslı təmir edilmiş və “İlin məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbdə 58 otaq vardır. Məktəbdə texnologiya kabinetləri, idman zalı, idman meydançası, kitabxana, akt zalı, tədris və təcrübə otaqları, tibb otağı, şahmat və komputer otaqları vardır. Məktəbimizin Azərbaycan bölməsində “Rus dilinin intensiv tədrisi” pilot layihəsi həyata keçirilir. Məktəbdə müxtəlif dərnəklər fəaliyyət göstərir.
- 0
Nərimanov rayon 47 nömrəli tam orta məktəb
Bakı şəhəri Nərimanov rayonu 47 nömrəli tam orta məktəb şəhərin qabaqcıl məktəblərindən biri kimi tanınır.1953-cü ildən fəaliyyət göstərən bu təhsil ocağı bütün dövrlərdə rayonun inkişafda olan, irəliyə gedən təhsil müəssisələri sırasında olub.Məktəb 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən "İlin məktəbi" müsabiqəsinin qalibi olmuşdur.Məktəbdə çalışan pedaqoqların hər biri tədris ocağının bu şərəfli adını daim uca tutmağa çalışır, bir müəllim kimi hər vaxt məharətlə işləyirlər. Məktəb iki dildə Azərbaycan və rus dilində fəaliyyət göstərir.İki bölmədə ümümilikdə 1637 nəfər şagird təhsil alır.Məktəb ikinövbəlidir.Məktəbdə 133 nəfər müəllim işləyir. Pedaqoji kollektivin səyləri nəticəsində məktəbin uğurları ildən ilə artmaqda davam edir.Məktəb öz fəaliyyətini 5 illik dövr üçün nəzərdə tutulmuş “İnkişaf proqramı” əsasında qurur 2014-cü ildə məktəb Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə əsaslı təmir olunmuşdur.Məktəbin maddi-texniki bazası möhkəmləndirilmiş, müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunmuşdur.Məktəbdə yeni kabinetlər, laboratoriyalar yaradılmışdır.Şagirdlərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək üçün mütəmadi olaraq işlər görülür.Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmiş,təhsil prosesinin şagirdlərin meyl və maraqlarına görə qurulması,fənlərarası inteqrasiya və inteqrativləşməyə keçilməsi vasitəsilə əsas hədəfin təhsil verənə və təhsil alana yönəldilməsi,istedadı reallaşdırmaqda hamıya bərabər şərait yaradılması üzrə vəzifələrin həll edilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Məktəbin rəhbərliyi ,pedaqoji kollektivi bundan sonra da idarəetmədə bu və ya digər səviyyədə iştirak etmək hüququ olan təhsil prosesi iştirakçılarının hamılıqla təlimin keyfiyyəti və şagirdlərin müvəffəqiyyətinin təmin edilməsi işinə cəlb olunması sahəsində ardıcıl və məqsədyönlü fəaliyyətini davam etdirmək əzmindədir.
- 0
Nərimanov rayon 73 nömrəli tam orta məktəb
Bakı şəhəri üzrə 73 nömrəli tam orta məktəb 2 korpusdan ibarətdir.Məktəbimizin I korpusu 1975-ci ildə inzibati bina kimi tikilib.1995-ci ildə bu inzibati 3 mərtəbəli binanın yalnız bir mərtəbəsi uyğunlaşdırılaraq ibtidai sinif məktəbi kimi fəaliyyət göstərmiş,1996-cı ilin sentyabrın 2-dən hər 3 mərtəbəsi uyğunlaşdırılmış orta ümumtəhsil məktəbi kimi fəaliyyət göstərmişdir. II yeni korpus isə 2006 cı ildə tikilib.15 sinif otağından ibarət olmaqla 300 yerlikdir. Məktəbin 600-dən yuxarı balla ali məktəblərə qəbul olan məzunları var. Hazırda məktəb üzrə 92 ştatda olan müəllim var. 2017-2018-ci dərs ilinin I yarımilinin əvvəlində məktəb şagirdlərinin sayı 944-dür.
- 0
E.Əliyev adına 93 nömrəli tam orta məktəb
Bizim fəaliyyət göstərdiyimiz məktəb Bakı şəhəri Nərimanov rayonu E.Əliyev adına 93 nömrəli tam orta məktəbdir. Məktəb 1963- cü ildən 1994- cü ilə qədər 8 illik təhsil sistemi ilə işləyib, 1994- cü ildən isə 11 illik təhsil sistemi ilə fəaliyyət göstərməyə başlayıb. Məktəb köhnə olduğundan Azərbaycan Respublikasi Təhsil Nazirliyinin sərəncamı ilə 2005- ci ildə yeni məktəb binası tikildi və 2006 - cı ildə istifadəyə verildi. Məktəb 1 korpusdan ibarətdir, tədris Azərbaycan dilində aparılır. Məktəbimizdə şagirdlər 6 günlük iki növbəli iş həftəsi ilə təhsil alırlar: I- növbədə I, II, VIII, IX, X və XI siniflər II – növbədə III, IV, V, VI və VII siniflər təhsil alır. Məktəbimizdə 896- şagird 39 sinifdə komplektləşdirilmişdir. Məktəbdə 90 müəllim işləyir. Müəllim kollektivimiz savadlı və peşəkar mütəxəsislərdən ibarətdir. Kollektiv üzvlərinin çoxu ali təhsillə yanaşı, magistr təhsili almışlar. Müəllimlərimizin təşkilatçılığı sayəsində şagirdlərimiz müxtəlif ekskursiyalara (muzey, kino,teatr) cəlb olunurlar. Saydıqlarımızdan əlavə mütəmadi olaraq tədbirlər , yarışlar keçirilir ki, bunlar da uşaqların inkşafina və elitar mədəniyyətə yiyələnmələrinə kömək edir. Məktəbimiz burada təhsil almış şagirdimiz - qəhrəman , şəhid Əliyev Eldar Hacırza oğlunun adını daşıyır. Biz müəllimlərin məqsədi ilk növbədə Eldar Əliyev kimi vətənpərvər gənclər yetişdirməkdir
- 0
Dilqəm Nəbiyev adına 178 nömrəli tam orta məktəb
Əsası 1960-ci ildə qoyulmuş şəhid Dilqəm Nəbiyev adına 178 nömrəli tam orta məktəbin məqsədi – milli ruhda nümunəvi tərbiyə və təhsil sistemi yaratmaqdır.Məktəb 2 korpusdan ibarətdir,43 sinifdə 1119 şagird təhsil alır və onların tərbiyəsi ilə 115 müəllim məşğul olur.Məktəb 2010-2011-ci tədris ilində əsaslı təmir olunmuşdur və müasir təlabata tam uyğun olan sinif otaqları, fənn kabinetləri,idman zalı, stadion, akt zalı,tibb məntəqəsi və yeməkxana şagirdlərin istifadəsinə verilmişdir. Məktəbdə uşaqların tərbiyəsi ilə pedaqoqlarla yanaşı, psixoloq da məşğul olur. Onların sağlamlığına həkim nəzarət edir. Yeni dərs ilində 1-ci sinfə daxil olan şagirdlərlə əlavə məşğələlər keçirilir.Bu da onların yeni dərs ilində məktəbə hazırlığına köməklik yaradır. Məktəbəqədər və məktəb təhsili proqramlarında məntiqi bağlılıq və varislik gözlənilir. Məktəb şagirdlər üçün sağlam həyat tərzi və iş intizamı olan rahat, doğma və təhlükəsiz bir “evdir”. Məktəbin əsas üstünlüklərindən biri də burada yüksək ixtisaslı müəllimlərdən ibarət pedaqoji kollektivin olmasıdır.Bizim məktəb milli təhsil ənənələri ilə müasir təlim texnologiyalarını birləşdirir. Dərslər həm ənənəvi formada, həm də mühazirə, diskussiya, laborator məşğələlər, tədqiqatlar, inkişafetdirici oyunlar, ekskursiyalar şəklində aparılır. Günün ikinci yarısında uşaqlar müxtəlif dərnəklərdə: rəqs, idman, musiqi və s. iştirak edirlər. Tez-tez Bakının görməli və maraqlı yerlərinə (zooparka, botanika bağına, muzeylərə,teatrlara və s.) tanışlıq ekskursiyaları təşkil olunur. Məktəb daxilində yaradılmış şərait, dostluq və diqqət mühiti günü-gündən inkişaf edir. Təhsil alanların hər biri üçün sərbəst və rahat şərait yaradılmışdır. Biz məqsədyönlü liderlər yetişdirməyə səy göstəririk. Şagirdlərimiz Olimpiada yarışlarında da fəal iştirak edir.Bizim uşaqlar fəal əməyə və yaradıcılığa istiqamətləndirilmişlər. Məktəbdə mehriban, həmrəy şagird kollektivi vardır. Bu mehribanlıq, səmimi münasibət məzunlarla da əlaqəmizi möhkəmləndirir. Hər il bizim məktəbimizə yeni-yeni şagirdlər qəbul edilir. Deməli, bizi yeni kəşflər və nailiyyətlərlə dolu maraqlı həyat gözləyir.
- 0
Alı Mustafayev adına 202 nömrəli tam orta məktəb
Bakı şəhəri Alı Mustafayev adına 202№li tam orta məktəb Nərimanov rayonunda yerləşir.Məktəb 1937-ci ildə inşa edilib,1947-ci ildən orta məktəb kimi fəaliyyət göstərir.Məktəb 750 yerlikdir,I növbəlidir,5 günlük iş həftəsi ilə fəaliyyət göstərir.Məktəb 1 korpuslu,4 mərtəbə və geniş həyətyanı sahədən ibarətdir. Məktəbdə tam avadanlıqlarla təchiz olunmuş bufet,akt zalı,zəngin kitabxana və oxu zalı,2 informatika otağı,kimya,fizika,biologiya kabinetləri,təchiz olunmuş laboratoriyalar,2 ingilis dili otağı,hərbi otağı və 20 sinif otağı var. Məktəbi digər məktəblərdən fərqləndirən əsas müsbət xüsusiyyətlərdən biridə yüksək nizam-intizam,savadlı kadr potensialı,keyfiyyətli təlimin olmasıdır. 2012-ci ildə 202№li tam orta məktəb əsaslı təmir edilmişdir.Mərkəzləşdirilmiş qaydada yeni istilik sistemi quraşdırılmış və müasir təlim avadanlıqlarıyla təmin edilmişdir. Müəllimlərin sayı - 70 nəfər(onlardan;ali təhsilli -64 nəfər,orta ixtisas təhsilli - 6 nəfər). Şagirdlərin sayı - 543 nəfərdir. Son 3 ildə məktəbimiz bir neçə uğura imza atmışdır. Məktəbdə "İlin ən yaxşı fənn müəllimi", "Qabaqcıl Təhsil İşçisi" döş nişanı," Tərəqqi" medalı ilə təltif olunmuş müəllimlər fəaliyyət göstərir. Belə ki,Təhsil Nazirliyi tərəfindən keçirilən "İlin ən yaxşı fənn müəllimi" müsabiqəsində məktəbimizin dil-ədəbiyyat müəlliməsi Xəlilova Gülşən Cəlal qızı bu müsabiqədə iştirak etmiş və müsabiqənin qalibi olmuşdur.Məktəbin riyaziyyat-informatika müəllimi Əliyev Cavanşir Əli oğlu Təhsil Nazirliyi 2014-cü il 25 sentyabr tarixli 11/1109 əmri ilə Azərbaycan Respublikasının "Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif edilmişdir. Eyni zamanda ali məktəbə qəbul sahəsində də yüksək nəticələr əldə etmişik.Belə ki,2014-cü ildə XI sinfi bitirmiş şagirdlərimizdən 3 nəfəri 500 baldan yuxarı,4 nəfəri isə 600 baldan yuxarı nəticə göstərərək ali təhsil müəssisələrinə daxil olmuşlar.Sevindirici haldır ki,Vəliyeva Nigar Əli qızı 650-dən yuxarı bal toplayaraq respublikamızda öz dəsti xətti ilə tanınan ADA Universitetinə daxil olmuşdur. İdman və digər sahələrdə də çoxlu uğurlar əldə etmişik.
- 0
Sərhəddin Yolçuyev adına 207 saylı tam orta məktəb
Əsası 1960-cı ildə qoyulan Sərhəddin Yolçuyev adına 207 saylı tam orta məktəb Nərimanov rayonunda yerləşir. Məktəbimizin məqsədi milli ruhda nümunəvi tərbiyə təhsil sistemi yaratmaqdır. Məktəb ən son 2014 -cü ildə təmir olunaraq 1100 yerlik yeni tədris korpusu, habelə akt və idman zalları yüksək səviyyədə tikilib şagird və müəllim kollektivinin istifadəsinə verilib. Məktəbdə 98 müəllim kollektivi və 989 şagird təhsil alır.Yeni laborotoriyalar -fizika, kimya və biologiya laborotoriyaları yaradılmış və onlar hər cür vəsaitlər ilə təhciz edilmişdir. Məktəbdə şagirdlərin yüksək səviyyədə dərs keçirilməsi üçün hər cür şərait yaradılıb. Uşaqların tərbiyəsi ilə pedaqoqlarla yanaşı, psixoloq və UBR məşğul olur. Məktəb şagirdlər üçün sağlam həyat tərzi və iş intizamı olan rahat, doğma və təhlükəsiz bir "evdir". Məktəbimiz 2011-ci ildə "İlin məktəbi" seçilib. Bizim məktəb milli təhsil ənənələri ilə müasir təlim texnologiyalarını birləşdirir. Dərslər həm ənənəvi formada, həm də mühazirə, diskussiya, laborator məşğələlər, tədqiqatlar, ekskursiyalar şəkilində aparılır. Günün ikinci yarısında uşaqlar müxtəlif dərnəklərdə - rəqs, idman, xorda iştirak edirlər. Bakının görməli və maraqlı yerlərinə, muzey və botanika bağlarına ekskursiyalar təşkil olunur, hər ay əyləncəli tədbirlər hazırlanılır. Bizim uşaqlar fəal əməyə və yaradıcılığa istiqamətləndirmişlər. Məktəbdə mehriban, həmrəy şagird və müəllim kollektivi vardır.
- 0
Natiq Tağıyev adına 212 nömrəli tam orta məktəb
Natiq Tağıyev adına 212 nömrəli tam orta məktəb 1963-cü ildən fəaliyyət göstərir. 27 avqust 1994-cü ildən 212 nömrəli tam orta məktəbə Ağdərə döyüşlərində şəhid olmuş məktəbin məzunu Natiq Tağıyevin adı verilmişdir. Məktəb 2009-cu ildə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbdə təlim Azərbaycan və rus dillərində aparılır. Məktəbdə “Rus dilinin intensiv təlimi” layihəsi fəaliyyət göstərir. 2019-2020-ci tədris ilinin əvvəlində komplektləşdirilmiş 70 sinifdə 2202 şagird təhsil alır. Məktəb 2 növbəlidir. Hazırda məktəbdə 2 informatika kabineti, fizika, kimya, bilogiya laboratoriyaları, geniş idman zalı və yeməkxana vardır. Yüksək tələbkarlıq və ciddi intizam əsasında qurulan təlim-tərbiyə prosesini məktəbin 184 müəllimi yerinə yetirir. Müəllimlərdən 2 nəfəri “Əməkdar müəllimi “, 2 nəfəri “Qabaqcıl təhsil işçisi “, 1 nəfər “ Tərəqqi” medalı və 2 nəfər “ Fəxri fərman” la təltif edilmişdir. Məktəbin məzunları hər il yüksək nəticələrlə respublikamızın və dünyanın nüfuzlu ali məktəblərinə daxil olurlar. 2018-2019-cu tədris ilində məktəb üzrə ən yüksək nəticə göstərmiş Pərviz Abdullayev 671 balla Azərbaycan Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi fakültəsinə qəbul olmuşdur. Keçən dərs ilində məktəbimizin biologiya müəllimi Həsənova Elmira “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsində II yerin qalibi olmuşdur. Natiq Tağıyev adına 212 nömrəli tam orta məktəbin şagirdləri müxtəlif yerli və beynəlxalq idman yarışlarında yüksək nəticələr göstərirlər. Məktəbimiz 2018-2019-cu tədris ilində “Təhsildə İnkişaf və İnnovasiyalar” III Qrant müsabiqəsində “Maliyyə məktəbi” layihəsi ilə qalib olmuşdur. Şagirdlərimiz hər il müxtəlif sərgi, müsabiqə, bilik yarışları, fənn olimpiadalarında uğurla iştirak edirlər. 212 nömrəli tam orta məktəbin kollektivi ölkəmizdə formalaşan güclü təhsil infrastrukturunun və gənc nəslin əsl vətəndaş kimi formalaşmasına öz layiqli töhfəsini vermək üçün tam məsuliyyətlə çalışır.
- 0
Arif Vəliyev adına 258 nömrəli tam orta məktəb
Nərimanov rayonu Arif Vəliyev adına 258 nömrəli tam orta məktəb 1974-cü ildən fəaliyyət göstərir. Məktəb 2011-ci ildə əsaslı təmir olunmuş, 2012-ci ildə 632 nəfərlik əlavə tədris korpusu tikilmişdir. Məktəb birnövbəli, 5 günlük iş rejimi ilə işləyir. Məktəbimiz 2010 və 2015-ci illərdə “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbdə 148 nəfər pedoqoji işçi fəaliyyət göstərir. Məktəbimizdə fəaliyyət göstərən müəllimlərdən ikisi "Əməkdar müəllim" adına layiq görülmüş, üç nəfər elmlər namizədi adını almış, üç nəfər isə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbdə eyni zamanda iki nəfər "Tərəqqi" medalı ilə təltif olunmuş müəllim fəaliyyət göstərir. 2016-2017-ci tədris ilində 2107 şagird 72 sinifdə komplektləşdirilmişdir. Məktəbin əsas məqsəd və vəzifələri ibtidai təhsil pilləsindən başlayaraq şagirdlərin keyfiyyətli orta təhsil almalarını təmin etməkdir.Son üç ildə bir nəfər 700 ,21 nəfər 600- dən yuxari,62 nəfər 500-dən yuxarı bal toplamışdır.Məzunlarımızdan 6-sı ADA-da,12 nəfər xaricdə təhsil alır.Şagirdlərə əsaslı bilik verilməklə yanaşı, onların yüksək mənəviyyatlı və milli-mənəvi dəyərlərə sadiq şəxsiyyət kimi formalaşdırılmasına, vətənpərvər ruhda tərbiyə olunmasına xüsusi diqqət yetiririk. Məktəbimizdə iki Azərbaycan bölməsi və bir rus bölməsi üzrə "Sağlam təhsil" sinifləri fəaliyyət göstərir. Müəllim, şagird, valideyn münasibətlərinin daha da möhkəmlənməsi, birgə əməkdaşlıq məqsədi ilə “Məktəb icması“ layihəyəsinə qoşularaq bir çox uğur və yeni biliklər əldə etmişik.Bilik və bacarıqlarının formalaşması,dünyagörüşlərinin artması məqsədi ilə"Təhsili dəyərə çevirək" adlı layihəsində şagirdlərimizin fəal iştirakına nail olmuşuq. 2017-2018-ci tədris ilində 74 sinif fəaliyyət göstərir.Ali məktəblərə qəbul üzrə verilən statistik məlumata görə 7 nəfər 600-dən yuxarı bal,19 nəfər 500-dən yuxarı bal toplamışdır.Dörd nəfər şagirdimiz isə beynəlxalq proqramlara uyğun olaraq yüksək balla bir çox xarici ölkələrin müxtəlif universitetlərinə qəbul olunublar.IX sinif şagirdlərinin buraxılış imtahanının nəticəsinə görə ötən ilə nisbətən məktəb 8 pillə irəliləmişdir.XI sinifin buraxılış imtahanlarının nəticəsinə görə qabaqçıl məktəblər sırasında öz yerini tutmuşdur. 2018-2019-cu tədris ilində 75 sinif fəaliyyət göstərir. 98 nəfər müxtəlif ali məktəblərin tələbəsi adını qazanmışdır. Onlardan 5 nəfəri 600-dən çox bal toplamışdır. 6 məzunumuz Beynəlxalq proqramla dünyanın tanınmış universitetlərinə yüksək balla qəbul olunmuşdur. 3 nəfər yüksək balla həm respulikamızın, həm də xarici ölkələrin tibb universitetlərinə daxil olmuşdurlar. Hal-hazırda məktəbin 11-ci sinif şagirdi Şərifli Tənzilə artıq yüksək balla ADA-ya daxil olmuşdur. İdmançıların uğurları ildən-ilə artır. Məktəbin 11-ci sinif şagirdi Fətəli İsmayılov Uşu-Sanda idman növü üzrə 4 qat Dünya çempionu adını qazanmış, dəfələrlə Azərbaycan bayrağını dünyanın bir çox ölkəsində yüksələrə qaldırmışdır.
- 0
Nərimanov rayon 304 nömrəli tam orta məktəb
1920-ci ildə Dəmir Yolu yanında qiyabi fəhlə-gənclər orta məktəbi kimi yaradılmışdır. 1961-ci ildə bəzi fənləri (biologiya,coğrafiya,texniki tərcümə və s.) ingilis dilində tədris edən 1№li Dəmir Yolu orta məktəbi kimi fəaliyyətə başlayır. 2002-ci ildən Dəmir Yolu İdarəsinin tabeliyindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə keçirilmiş və ingilis dilini dərindən tədris edən 304№li orta məktəb adlandırılmışdır. 2007-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 dekabr 2007-ci il tarixli, 1270 nömrəli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 304 № -li məktəb- lisey kimi fəaliyyət göstərir . Məktəb-liseydə təlim I sinifdən ingilis dili intensiv tədris olunmaqla Azərbaycan və rus dillərində aparılır.Lisey siniflər əvvəllər 5-ci sinifdən ,2014-cü ildən isə 7-ci sinifdən təbiət və humanitar təmayüllər istiqamətində yaradılır. 2008-ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunmuş keyfiyyətli təlim və tədris şəraiti yaradılmışdır.Zəngin kitabxana,kimya,fizika və biologiya laboratoriyaları,informatika kabineti şagirdlərin istifadəsinə verilmişdir.2008-ci ildən geniş zolaqlı internet şəbəkəsinə qoşulmuşdur. Təlim göstəricilərinə,şagirdlərin fənn olimpiadalarında,müxtəlif müsabiqə və sərgilərdə,hərbi idman yarışlarında iştirakına görə Nərimanov rayonu və Bakı şəhəri məktəbləri arasında fərqlənir. Azərbaycan Respublıkası Prezidentinin 05 iyul 2010-cu iltarixli,997 nömrəli Sərəncamı ilə 304 nömrəli məktəb-lisey “ 50 ən yaxşı ümumtəhsil məktəbi “ müsabiqəsinin qalibi olmuşdur.
- 0
Bakı Modern Təhsil Kompleksi (BMTK)
Bakı Modern Təhsil Kompleksinin missiyası innovativ üsullardan istifadə edərək növbəti mərhələyə - ali məktəbə, peşəkar həyata hazır, tənqidi düşüncəli, qlobal vətəndaş yetişdirməkdir.
- 0
Qaradağ rayon 105 nömrəli tam orta məktəb
Bakı şəhəri Qaradağ rayonundakı 105 nömrəli tam orta məktəb 1965-ci ildən orta məktəb, 2010-cu ildən isə tam orta məktəb kimi fəaliyyət göstərir.
- 0
EduList - Onlayn təhsil
Axtardığınızı bizdə tapın
Axtarış
Bazada olan məktəb, bağça, təlim, kurs və digər bölmələrdə axtarış.
Məlumat
Kurslara "EDULİST"-dən onlayn yazılın.
Rahat seçim
Şəhər və rayonlar üzrə.