Axtardığınızı bizdə tapın
Kurslar, Tədris mərkəzləri, Bağçalar, Məktəblər, Təlimlər, Kolleclər...
Məktəblər Cəmi: 507

Xətai rayon 86 nömrəli tam orta məktəb
Məktəbin əsası 1972-cü ildə qoyulmuşdur. Məktəb ərazisinin sahəsi – 5800.00 kv.m – dir. Binanın sahəsi – 3000.00 kv.m , sinif otaqlarının sahəsi – 2200.00kv.m. Otaqların ümumi sayı – 71, bunlardan 57-si sinif otağı, 5 tədris emalatxanası, 1 idman zalı, 1 idman meydançası, 1 kitabxana, 1 akt zalı, 3 tədris və təcrübə otaqları, 1 tibb otağı, 1 yeməkxana. Kabinetlər: Fizika, Biologiya, Kimya, İnformatika. Məktəb 850 şagird üçün nəzərdə tutulmuşdur. Hazırda məktəbdə 1323 nəfər şagird təhsil alır. Həmin şagirdlərin təhsili ilə 75 nəfər müəllim məşğul olur. 2012 – ci ildə Bakı şəhər icra hakimiyyəti tərəfindən təmir olunmuşdur. 2013-2014-cü illərdə məktəbin “Şahin” komandası həmin ad altında keçirilən hərbi-idman oyunlarının Rayon turunda I yerə layiq görülmüşdür. 2014/2015- cı tədris ilində 9-cu sinif şagirdlərimiz Sabahın alimləri IV Respublika müsabiqəsində Riyaziyyat fənni üzrə 2-ci yer qazanmışdır. 2015/2016-cı tədris ilində 10-cu sinif şagirdlərimiz Məmmədova Xumar və Abdurrəhimov Əlfəddin "Gələcək Nəsillərlə Üz-Üzə" VI Ümumrespublika İnşa Müsabiqəsinə öz inşaları ilə qoşulmuşdur və nəticədə hər iki şagirdimiz III yerin qalibi olmuşdur.Aprelin 29-da Hyatt Regency otelində mükafatlandırma mərasimi keşirilmişdir. Şagirdlərimiz diplom və dəyərli mükafatlarla təltif olunmuşdur. 2016/2017-ci tədris ilinin nəticələrinə görə IX sinif şagirdlərindən 97 nəfər şəhadətnamə onlardan 1 nəfər fərqlənmə şəhadətnaməsi almışdır. İlin nəticələrinə görə XI sinfi 65 şagird bitirmiş, 50 nəfəri ali məktəblərə sənəd vermiş, 35 nəfər ali təhsil müəssisəsinə qəbul olunmuşlar. Onlardan 5 nəfəri 600-dən yuxarı bal toplamışdır.
- 0

Xətai rayon 98 nömrəli tam orta məktəb
Bakı şəhəri 98 saylı tam orta məktəb 1978- ci ildə tikilib müəllim və şagirdlərin istifadəsinə verılmişdir. Məktəbdə ayrı-ayrı fənlər üzrə 48 müəllim 564 şagirdin təlim -tərbiyəsi ilə məşğul olur. Fəaliyyət göstərən müəllimlərin 46-sı ali, 2-si isə orta ixtisas təhsillidir. Müəllimlərin 42 nəfəri qadın,6 nəfəri isə kişidir. Tədris kefiyyətinin daha da artırılması məqsədilə bütün müəllimlər kurikulum və İKT təlim kurslarından keçərək peşəkarlıq səviyyələrini artırmışdır. Məktəbdə fizika,kimya,biologiya kabinetləri fəaliyyət göstərir . Məktəbdə fəaliyyət göstərən geniş kitabxanası müəllim və şagirdlərin istifadəsindədir. Şagirdlər arasında sağlam mühit formalaşdırmaq məqsədilə məktəbdə psixoloq fəaliyyət göstərir.Məktəbimiz bir neçə nailiyyətə imza atmışdır. Məktəb 2013-2014-cü tədris ilində keçirilmiş " Ən yaxşı ümumitəhsil məktəbi" müsabiqəsinə qoşularaq müsabiqə qalibi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə on min manat pul mükafatı ayrılmışdır . Ayrılmış vəsaitlə məktəbin dəhliz və sinif otaqlarına kamera quraşdirılmışdır. Həmin ildə məzunlarımızdan Müslümov Osman Məmmədhüseyn oğlu Ali məktəblərə qəbul imtahanlarının nəticəsinə görə 700 bal toplayaraq Prezident Təqaüdünə layiq görülmüşdür. 2014-2015-ci tədris ilində Müslümov Azər Məmmədhüseyin oğlu 695 bal toplayaraq Prezident Təqaüdçüləri siyahsına düşmüşdür . Hər ildə olduğu kimi ali məktəblərə qəbulun nəticələrinə görə 2018-2019- cu dərs ili də uğurlu olmuşdur. Məzunlardan 2 nəfər 600-dən yuxarı ,6 nəfər isə 500 -dən yuxarı bal toplamışdır. Ötən tədris ilində ali məktəblərə qəbul üçün sənəd vermiş məzunların 87%-i ölkəmizin ayrı-ayrı ali təhsil müəssisələrinə daxil olmuşdur.Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2018-2019-cu tədris ili üzrə IX sinif buraxılış imtahanı göstəricilərinin təhlilinə əsasən məktəbimiz BŞTİ məktəbləri arasında 43-cü,tam orta məktəblər arasında isə 28- ci yerdə qərarlaşmışdır.2019-2020 ci tədris ilində də işimizi günün tələbləri səviyyəsində qurmağa çalışırıq .Bu tədris ilində də uğurlu nəticələr əldə edəcəyimizə əminik.
- 0

Xətai rayon 116 nömrəli tam orta məktəb
Xalqın elmi, mədəni səviyyəsinin yüksəldilməsində maarif və mədəniyyət ocaqlarının rolunun böyük rol oynadığını gözəl bilən H.Əliyev 1969-cu ildə hakimiyyətə gələn kimi respublika ərazisində çoxlu sayda kitabxana, klub, muzey və ümumtəhsil məktəblərinin tikilib istifadəyə verilməsi haqqında sərəncam verdi. 1969-cu ildə tikilib istifadəyə verilən məktəblər sırasında Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsində tikilmiş 116 nömrəli məktəb də vardı. Geniş və işıqlı məktəb vətən övladlarına doğma ana dilində təlim-tərbiyə verirdi. Əvvəllər məktəb iki növbəli iş rejimində işləyirdi. 2008-ci ildə ikinci tədris korpusu tikilib istifadəyə verildikdən sonra məktəb bir növbəli iş rejiminə keçib. Məktəb çox savadlı, təcrübəli və bacarıqlı pedaqoji kollektivə malikdir. Məktəb ilk vaxtlar 116 nömrəli məktəb adlandırılsa da, hal-hazırda məktəb mərd, cəsur, bu məktəbin coğrafiya müəllimi, Qarabağ müharibəsində şəhid olmuş Murad Hacıyevin adını daşıyır.Məktəbimizin adını daşıyan şəhid Hacıyev Murad Hüseyn oğlu 19 noyabr 1961-ci ildə füzuli rayonunun anadan olmuşdur. 23 avqust 1993-cü ildə Füzuli rayonu işğal olunarkən, köçkün kimi ailəsi ilə birgə Bakıya gəlmişdir. Həmin vaxtdan Bakı Şəhəri üzrə Təhsil İdarəsi 116№li tam orta məktəbdə coğrafiya müəllimi vəzifəsində çalışmışdır. Sonradan könüllü olaraq müharibəyə getmiş, Qubadlı, Laçın, Zəngilan rayonlarında gedən vuruşmalarda iştirak etmişdir. 07 yanvar 1994-cü ildə Füzuli rayonunun Kürd Mahmudlu kəndində Vətən uğrunda qəhrəmancasına vuruşarkən, mühasirəyə düşmüş, və şəhid olmuşdur. 12 yanvar 1994-cü ildə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Məktəbdə 2016\2017-ci tədris ilində 1000 nəfər şagird+ 46 nəfər məktəbə hazırlıq təhsil alırdısa, hal hazırda 2019/2020-ci tədris ilində1194 nəfər şagird + 110 nəfər məktəbə hazırlıq təhsil alır . Dərslər müasir texnologiyaya əsaslanır.
- 0

Xətai rayon 138 nömrəli tam orta məktəb
Məktəb 1977- ci ildə tikilmişdir. Layihə tutumu şagird sayına görə1176 nəfərdir.Məktəb 05.07.2010 cu il tarixində 997 nömrəli sərəncam ilə 2009/ 2010 сu tədris ilində keçirilmiş "50 Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.Məktəb 2013-cü il tarixində may ayında əsaslı təmir olunmuşdur. Açılışda Respublikanın Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.Müəllimlərin sayı 95 nəfərdir. Hazırda məktəbdə 1102 şagird təhsil alır.6.Məktəb dəfələrlə Respublika və rayon üzrə keçirilən idman, hərbi və bilik yarışlarında birincilik və bir sıra uğurlar əldə etmişdir.Məktəbdə ilk dəfə 6 ədəd elektron lövhə verilmişdir. Bu lövhələr (kompyuter, proyektor dəsti ilə təchiz olunmaqla) 6 sinif otağında quraşdırılmışdır. Bu otaq və kabinetlərdə işləyən fənn müəllimləri kursdan keçmişlər.Məktəbdə qızlar və oğlanlar üçün əmək hazırlığı otaqları yeni avadanlıqlarla təchiz edilmiş, 2014/2015 - ci dərs ilində şagirdlərin istifadəsinə verilmişdir. 2012/2013 - cü dərs ilində etibarən məktəbdə Pilot layihə olaraq "Şahmat" dəsrlərinin keçirilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 01.08.2012-ci il tarixli 261 saylı əmri ilə bu dərslər uğurla davam etdirilir. "Gənc İcma Mikrolayihə" Füzuli rayonu 30 №li məktəbin şagirdləri ilə Bakı şəhəri 138 №li tam orta məktəbin şagirdləri yaradıb, bu işdə uğurla davam etdirilir.Məktəbdə 2 sayda kompyuter sinfinin yaradılması və kadr potensialı informatika və HT əsaslı fənninin tədrisinin şəbəkəsinin genişləndirilməsində imkan yaratmışdır. Müəllimlərin "Sınaq qiymətləndirilməsinin" nəticəsi uğurlu olmuşdur. Belə ki, rayon üzrə göstəricimiz 4 - ü, lisey olmaqla ilk yeddilikdə olmuşdur. Bu və digər uğurlarımızın nəticəsində məktəbimiz Təhsil Nazirrliyi tərəfindən yaxşı dövlət məktəbi kimi dəyərləndirilmiş, bağlanan lisey şagird valideynlərinə müraciət zamanı 138 №li tam orta məktəbə də uşaqları etibar etmələri tövsiyyə olmuşdur.2014/2015 – ci dərs ilində üç məktəblərdən biri olmaqla Oktyabrın 15-də “TOPs proqramı - təhsilalanların fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində müasir təhsil texnologiyalarının tətbiqi” Təhsil Nazirliyi, “British Council” və Bakcell şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən pilot layihədə iştirak etmiş fiziki tərbiyə müəllimləri Məmmədov Rövşən Kamal oğlu, Kürdiyeva Xatirə Məmməd qızı, Məmmədova Şərqiyə İsa qızı, ibtidai sinif müəllimləri Məmmədova Ülviyyə Əbdülrəhman qızı və Hacıyeva Pərvanə Tiflis qızı sertifikat almışlar.2015/2016 – cı dərs ilində Azərbaycan Respublikası Təhsil nazirinin “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası barədə 18.03.2015 – ci il tarixli, 311 nömrəli əmri ilə məktəbdə sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə cəlb olunmaları istiqamətində “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” ilə əmr verilmişdir. Məktəbin direktoru Mirheydərli Mirfaiq Mirabbas oğlu, ibtidai sinif müəllimləri Abdullayeva Gülər İmanqulu qızı, Əliyeva Səbinə Kamandar qızı 21 avqust – 27 avqust 2015 – ci il tarixlərdə Təhsil Nazirliyində Almaniyadan gəlmiş mütəxəssislərlə treninqdən keçmişlər. 30 avqust – 05 sentyabr tarixlərdə isə Almaniyanın Düsseldorf şəhərində Beynəlxalq Menecment və Texnalogiyalar Akademiyasında treninqlərdə iştirak edərək serifikatlar almışlar. 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində müvəffəqiyyət qazandığına görə Xətai rayonu 138 nömrəli tam orta məktəb "Ən yaxşı ümumi təhsil müəssisəsi" seçilmiş və 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılmışdır.
- 0

Xətai rayon 165 nömrəli tam orta məktəb
Bakı şəhəri Xətai rayonu 165 nömrəli tam orta məktəbin əsası 1930-cu ildə qoyulub. Əvvəllər məktəbdə tədris ancaq rus dilində aparılıb. Hazırda tədris Azərbaycan və rus dillərində aparılır.
- 0

Zakir Yusifov adına 194 nömrəli tam orta məktəb
Bakı şəhəri Xətai rayonu Zakir Tofiq oğlu Yusifov adına 194 nömrəli tam orta məktəb 1941-ci ildə məktəb kimi fəaliyyətə başlamışdır. 2012-ci ildə sokülmüş və yeniden tikilərək 2014-cü tədris ilində təfil verilmişdir. Məktəbimizdə 53 sinif və bu siniflərdə 1281 şagird təhsil alır. Məktəbimizdə məktəbəqədər 3 qrup fəaliyyət göstərir. Məktəbimizdə 118 nəfər müəllim işləyir. Məktəbimizdə yüksək səviyyədə tədbirlər keçirilir. Bu tədbirlər televiziya kanallarinda və mətbuatda işıqlandırılır. Hər il Məktəbimizi yüksək nəticələrlə başa vurmuş şagirdlər bitirir. Son 5 il ərzində 36 şagirdimiz 500-700 bal toplamış və ali məktəblərin yüksək fakultələrinə qəbul olmuşdular.
- 0

Əliyev Ələkbər adına 204 nömrəli tam orta məktəb
Bakı Şəhəri 204 nömrəli tam orta məktəb 1981- ci ildə (Azərbaycan bölməsi) fəaliyyətə başlamışdır. Layihə tutumu (şagird sayı) -1176 yerlik. 204 nömrəli tam orta məktəbə 15 aprel 1994-cü il tarixdən Azərbaycanın Milli Qəhrəmanı Əliyev Ələkbər Həsən oğlunun adı verilmişdir. Cari dərs ilində məktəbdə 1556 şagird 53 sinifdə və 6 məktəbəqədər hazırlıqda komplektləşdirilmişdir. Pedaqoji heyətin 112 üzvü var.Məktəb 5/6 günlük iş rejimi ilə,2 növbəli fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli sərəncamı ilə 2008-2009-cu tədris ilində məktəb "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Məktəbin 1 müəllimi "Əməkdar müəllim" adına layiq görülmüşdür. Məktəb 2014 - cü ildə əsaslı təmir olunub. Hər otaqda 12 ədəd kompyuter,1 ədəd noutbuk,mimio lövhə və proyektor olmaqla 2 informatika otağı yaradılmışdır. Məktəbdə müasir tələblərə cavab verən fizika,kimya,biologiya laboratoriyaları yaradılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin sərəhcamı ilə 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin ikinci dəfə qalibi olmuşdur.
- 0

Xətai rayon 221 nömrəli tam orta məktəb
221 nömrəli tam orta məktəb 1981 - ci ildən fəaliyyət göstərir. Məktəbdə 1933 nəfər şagird təhsil alır. Şagirdlərin təlim tərbiyəsi ilə 161 nəfər müəllim məşğul olur. Məktəb 2013-cü ildə əsaslı təmir olunmuşdur. Avadanlıqla təchiz edilmiş laboratoriyalar,informatika otaqları,idman zalı və akt zalı fəaliyyət göstərir. Məktəbin DİM-nin nəticələri yüksək olmuşdur. Məktəb 2011-2012-ci tədris ilində "ilin məktəbi" layihəsi çərçivəsində qalib olmuşdur.
- 0

Xətai rayon 245 nömrəli tam orta məktəb
1968-ci ilin sentyabrında 245 nömrəli məktəb öz qapılarını Əhmədli qəsəbəsinin gənc sakinlərinin üzünə açdı. 1990-cı ilə qədər məktəbdə dərslər yalnız rus dilində keçirilirdi, amma 1990-cı ilin sentyabrından azərbaycan bölməsi də fəaliyyət göstərməyə başladı. Hal-hazırda məktəbdə təhsil iki dildə: həm azərbaycan, həm də rus dilində aparılır. İldən ilə məktəbin şagird kontingenti artırdı. Və 1994-cü ildə ibtidai siniflər üçün əlavə bina tikildi. Məktəb bir çox pilot layihənin iştirakçısıdır. Bunlardan “Elektron məktəb” və “Rus dilinin ikinci xarici dil kimi intensiv təhsili” layihələrini qeyd etmək olar. 2008-ci ildə məktəb ilk dəfə “İlin məktəbi” müsabiqəsinin qalibi olmuşdur. 1999-cu ildən 2012-ci ilədək məktəb 23 beynəlxalq və yerli proqram və layihələrdə böyük uğurla iştirak etmişdir. Məktəbin “Yol polisinin gənc köməkçiləri” komandası 2009-2010-c illərdə beynəlxalq yol təhlükəsizliyi müsabiqəsində iştirak etmiş və 2 dəfə fəxri yerlərdən (1,3) birini qazanmışdır. Məktəbin komandası 2016 və 2017-ci illərdə Rusiya Federasiyasının Anapa şəhərində MDB dövlətləri komandaları arasında keçirilən “Gənc yol hərəkəti inspektorları"nın toplantısında iştirak edərək toplantı qalibi adını qazanmışdır.
- 0

Xətai rayon 249 nömrəli tam orta məktəb
1972-ci ildə inşa olunan məktəb binası iki korpusdan ibarətdir.Məktəbdə Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də fəaliyyət göstərir.2013-cü ildə məktəbin binası əsaslı şəkildə təmir edilmiş, sinif otaqları, fənn kabinetləri yenidən qurularaq müasir avadanlıqla təchiz olunmuşdur. Məktəbin ətraf ərazisində də abadlıq və quruculuq işləri həyata keçirilmişdir.
- 0

Xətai rayon 254 nömrəli tam orta məktəb
Məktəb 1973-cü ildən fəaliyyət göstərir. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq 2011-ci ildə əsaslı təmir olunmuşdur. Müasir avadanlıqlarla təchiz olunmuş fizika və kimya kabinetləri, 2 ədəd informatika kabineti, 5 ədəd elektron lövhə, geniş, işıqlı idman zalında voleybol, basketbol, həndbol meydançaları, 180 nəfərlik akt zalı şagirdlərin ixtiyarındadır. Hal-hazırda məktəbdə 62 pedaqoji işçi fəaliyyət göstərir ki, onlar da 1000-dən artıq şagirdin təlim-tərbiyəsi ilə məşğuldur. Ötən tədris ilində məktəbin 9-cu sinfini bitirən 80 şagirddən 3 nəfəri, 11-ci sinfi bitirən 48 məzundan 6 nəfəri fərqlənmə attestatı almışdır. 11-ci sinfi bitirənlərdən 24 nəfəri Respublikanın, 3 nəfəri Türkiyənin ali məktəblərinə qəbul olunmuşlar. Qəbul faizi 60.7, orta bal göstəricisi 278.788 olmuşdur.
- 0

Ədalət Abbasov adına 257 nömrəli tam orta məktəb
Şəhid Ədalət Abbasovun adını daşıyan 257 nömrəli tam orta məktəb 1974-cü ildən fəaliyyət göstərir.Məktəbimiz iki dəfə “İlin məktəbi” adını almışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən məktəbimiz 2010 və 2015-ci ildə " Ən yaxşı ümumi təhsil müəssisəsi " müsabiqəsinin qalibi olmuşdur Təhsil Nazirliyi və SOS Uşaq kəndləri Azərbaycan Assosiasiyasının birgə razılığı ilə 2011-ci ildən məktəbdə valideyn himayəsindən məhrum, həm də maddi çətinlikləri olan şagirdlər üçün nəzərdə tutulmuş “Təhsilə dəstək” layihələri tətbiq edilmişdir. Həmin layihələr hazırda məktəbdə uğurla həyata keçirilir.
- 0
EduList - Onlayn təhsil
Axtardığınızı bizdə tapın
Axtarış
Bazada olan məktəb, bağça, təlim, kurs və digər bölmələrdə axtarış.
Məlumat
Kurslara "EDULİST"-dən onlayn yazılın.
Rahat seçim
Şəhər və rayonlar üzrə.