Axtardığınızı bizdə tapın
Kurslar, Tədris mərkəzləri, Bağçalar, Məktəblər, Təlimlər, Kolleclər...
Məktəblər Cəmi: 507

Allahverdi Xəlilov adına 263 nömrəli tam orta məktəb
Bakı şəhəri Xətai rayonu 263 nömrəli tam orta məktəb şəhid Allahverdi Xəlilov Sabir oğlunun adını daşıyır. Məktəb 1980-ci ildə inşa edilmiş,1981-ci ildən fəaliyyət göstərir.Məktəbimiz 1 və 3 mərtəbəli olmaqla birtipli tədris korpusundan, böyük akt zalından, bufetdən, kitabxanadan, 1 idman zalından, kimya, fizika, biologiya fənn laboratoriyalarından ibarətdir. Həyətyanı sahəsi olduqca böyükdür. Məktəbin həyətində futbol meydançası var. Məktəb 2013-cü ildə əsaslı təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilmişdir.
- 0

MirYusif Yusifovun adına 263 nömrəli tam orta məktəb
Xətai rayonu 265 nömrəli məktəb 1983-cü ildən fəaliyyət göstərir. Məktəbimiz Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə şəhid olan məzun MirYusif Yusifovun adını daşıyır. Bina üç mərtəbəlidir və 1200 yerlikdir. Məktəbimiz 5 günlük iş rejimi ilə iki növbədə işləyir. Məktəbdə 99 nəfər müəllim çalışır. Onlardan 96 nəfər ali, 8 nəfər orta ixtisas təhsillidir. Cari dərs ilində məktəbin 53 sinfində 1310 şagird təhsil alır. Məktəbimiz 2010/2011-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində "ilin məktəbi" adına layiq görülmüşdür. Bu il Məktəbimiz Dövlət başçısının sərəncamı ilə təsdiq edilən " 2014-2016 cı il Bakı və ətraf qəsəbələrin sosial inkişafı" Proqramına uyğun olaraq əsaslı təmir edilmişdir. 5 sentyabr 2016-cı il tarixində ölkə prezidenti Cənab İlham Əliyev məktəbimizdə olmuş,əsaslı təmirdən sonra görülən işlər və yaradılan şəraitlə yaxından tanış olmuşdur. Təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılması məqsədilə məktəbdə mütəmadi olaraq açıq dərslər, dəyirmi masalar və görüşlər keçirilir. Məktəb "Yeni təlim metodlarının tətbiqi" problemi üzərində işləyir. Milli kurikulumla əlaqədar məktəb müəllimlərinin bir hissəsi treninqlərdən keçirilmiş, "Milli kurikulum", "Kurikulumu öyrənirik" guşələri yaradılmışdır. Məktəbimizin pedaqoji kollektivi ümummilli liderimiz H.Əliyevin gənc nəslin tərbiyəsi ilə bağlı ənənələrinə hər zaman sadiq qalır və şagirdlərin elmə marağının daha da artırılması, onların yaradıcılıq potensialının üzə çıxarılmasında əllərindən gələni əsirgəmirlər.
- 0

Baku Oxford School
Baku-Oxford School was founded in 1998 and quickly established itself as one of the leading international Schools in Baku. Since then the school has gone from strength to strength increasing enrollment year on year while improving facilities and learning opportunities for students.
- 0

Baku Oxford School Şəmkir filialı
Bakı Oksford məktəbinin Şəmkir filialı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.
- 0

SABIS® SUN Beynəlxalq Məktəbi
SABIS® SUN Beynəlxalq Məktəbi (SABIS® SUN) 1 sentyabr 2015-ci il tarixində qapılarını məktəbəqədər təhsil səviyyəsindən 8-ci sinfə qədər olan şagirdlərin üzünə açmışdır və hər il yeni bir sinif əlavə olunur. Hal-hazırda məktəbdə məktəbəqədər təhsil səviyyəsindən 11-ci sinfə qədər olan şagirdlər təhsil alır. Məktəb Xəyal Adası inkişaf layihəsi daxilində 67 000 kvadrat metr sahəyə malik şəhərcikdə yerləşir.
- 0

Bəhruz Sultanov adına 34 nömrəli li tam orta məktəb
Bəhruz Sultanov adına 34 nömrəli li tam orta məktəb 1959-cu ildə istifadəyə verilmişdir. 2012-ci ildə əsaslı təmir olunub. Məktəb bir növbəli, 5 günlük iş rejimi ilə işləyir. Məktəb dördmərtəbəli və birtiplidir. Məktəbdə şagird sayı 800 nəfərdir. Məktəbdə 27 sinif otağı o, cümlədən fizika, biologiya, kimya, tarix, informatika, əmək kabinetləri, 2 laboratoriya - fizika və kimya, eyni zamanda kitabxana, akt zalı, idman zalı, yeməkxana, tibb otağı fəaliyyət göstərir. Təhsil alanların sayı 589 nəfərdir. Məktəbdə çalışan müəllimlərin sayı 81, fəxri ad qazanan müəllimlərin sayı 2 nəfərdir. Təhsil müəssisəsinin məzunlarının çoxu tələbə adını qazanıb, 4 nəfər 600 - dən yuxarı bal toplayıb.
- 0

Nərimanov rayon 36 nömrəli tam orta məktəb
Nərimanov rayonu 36 N-li məktəb 1930-cu ildə inşa edilmişdir. Məktəb 2 korpusdan ibarətdir, 2013-cü ildə əsaslı təmir edilmişdir sinif sayı 36, şagird sayı 802 nəfər,müəllim sayı 128 nəfərdir. Məktəbdə "Əməkdar müəllim" adına layiq görülmüş insanlar fəaliyyət göstərirlər. Müəllimlərimizdən biri "İlin ən yaxşı müəllimi" adını almış, "Tərəqqi medalı" almış, "Alternativ və dedaktik" materiallar müəllifidir. Beləliklə 36 N-li məktəbdə 5 nəfər müəllim "İlin ən yaxşı yüz müəllimi" müsabiqəsinin qalibləridir. 4 nəfər müəllim "Qabaqçıl Təhsil İşçisi" layiq görülmüşdür.
- 0

Məzahir Məmmədov adına 37 nömrəli tam orta məktəb
Məzahir Məmmədov adına 37 № - li tam orta məktəb Bakı şəhər Nərimanov rayonunda yerləşir. Məktəb 1956-ci ildən fəaliyyət göstərir, 1 korpusdan ibarətdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “2011-2013-cü illərdə Bakı şəhər və şəhərətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramı ” əsasında 37 № li tam orta məktəb əsaslı təmir olunmuşdur. Həftənin 5 günü işləyir, iki növbəlidir. Hal-hazırda 23 sinif, 477 şagird 1-ci növbədə, 5 sinif, 129 şagird isə 2-ci növbədə təhsil alır. 2017-2018-ci tədris ilində məktəbimizdə 60 nəfər müəllim və 17 nəfər texniki işçi fəaliyyət göstərir.
- 0

Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta məktəb
Milli Qəhrəman Rafiq Nəsrəddinovun adını daşıyan 39 nömrəli tam orta məktəb 1959-cu ildən fəaliyyət göstərir. Məktəbdə 93 nəfər müəllim çalışır. Onlardan 89 nəfər ali, 4 nəfər orta ixtisas təhsillidir. Cari dərs ilində məktəbin 37 sinfində 864 şagird təhsil alır. Siniflərdə şagirdlərin orta sıxlığı 20 nəfərdir. Məktəbdə bütün fənləri ixtisaslı müəllimlər aparır. Məktəb beş günlük iş rejimində, 2 növbədə işləyir. Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2013-cü il tarixli 3043 nömrəli sərəncamına əsasən, Bakı şəhəri R.Nəsrəddinov adına 39 nömrəli tam orta məktəb 2012-2013-cü il dərs ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbimiz 14.09.2016-cı il tarixində keçirilən təhsil İşçilərinin ənənəvi sentyabr konfransında Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 9-cu siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən, yüksək nailiyyət əldə etdiyi üçün Fəxri fərmanla təltif edilibdir. 2018-2019-cu dərs ilində məktəb əsaslı təmir edilmiş və müasir avadanlıqlarla təmin olunmuşdur. 2019-2020-ci dərs ilində R.Nəsrəddinov adına 39№-li tam orta məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 3-cü qrant müsabiqəsində “İKT-İRS” lahiyəsi ilə qalib olmuşdur.
- 0

Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəb
Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəb 1963-cü ildən fəaliyyət göstərir. Məktəbdə 57 sinifdə 1454 şagird təhsil alır. Məktəbimiz 1 növbəlidir. 2012-ci ildə məktəb əsaslı təmir edilmiş və “İlin məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbdə 58 otaq vardır. Məktəbdə texnologiya kabinetləri, idman zalı, idman meydançası, kitabxana, akt zalı, tədris və təcrübə otaqları, tibb otağı, şahmat və komputer otaqları vardır. Məktəbimizin Azərbaycan bölməsində “Rus dilinin intensiv tədrisi” pilot layihəsi həyata keçirilir. Məktəbdə müxtəlif dərnəklər fəaliyyət göstərir.
- 0

Nərimanov rayon 47 nömrəli tam orta məktəb
Bakı şəhəri Nərimanov rayonu 47 nömrəli tam orta məktəb şəhərin qabaqcıl məktəblərindən biri kimi tanınır.1953-cü ildən fəaliyyət göstərən bu təhsil ocağı bütün dövrlərdə rayonun inkişafda olan, irəliyə gedən təhsil müəssisələri sırasında olub.Məktəb 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən "İlin məktəbi" müsabiqəsinin qalibi olmuşdur.Məktəbdə çalışan pedaqoqların hər biri tədris ocağının bu şərəfli adını daim uca tutmağa çalışır, bir müəllim kimi hər vaxt məharətlə işləyirlər. Məktəb iki dildə Azərbaycan və rus dilində fəaliyyət göstərir.İki bölmədə ümümilikdə 1637 nəfər şagird təhsil alır.Məktəb ikinövbəlidir.Məktəbdə 133 nəfər müəllim işləyir. Pedaqoji kollektivin səyləri nəticəsində məktəbin uğurları ildən ilə artmaqda davam edir.Məktəb öz fəaliyyətini 5 illik dövr üçün nəzərdə tutulmuş “İnkişaf proqramı” əsasında qurur 2014-cü ildə məktəb Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə əsaslı təmir olunmuşdur.Məktəbin maddi-texniki bazası möhkəmləndirilmiş, müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunmuşdur.Məktəbdə yeni kabinetlər, laboratoriyalar yaradılmışdır.Şagirdlərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək üçün mütəmadi olaraq işlər görülür.Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmiş,təhsil prosesinin şagirdlərin meyl və maraqlarına görə qurulması,fənlərarası inteqrasiya və inteqrativləşməyə keçilməsi vasitəsilə əsas hədəfin təhsil verənə və təhsil alana yönəldilməsi,istedadı reallaşdırmaqda hamıya bərabər şərait yaradılması üzrə vəzifələrin həll edilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Məktəbin rəhbərliyi ,pedaqoji kollektivi bundan sonra da idarəetmədə bu və ya digər səviyyədə iştirak etmək hüququ olan təhsil prosesi iştirakçılarının hamılıqla təlimin keyfiyyəti və şagirdlərin müvəffəqiyyətinin təmin edilməsi işinə cəlb olunması sahəsində ardıcıl və məqsədyönlü fəaliyyətini davam etdirmək əzmindədir.
- 0

Nərimanov rayon 73 nömrəli tam orta məktəb
Bakı şəhəri üzrə 73 nömrəli tam orta məktəb 2 korpusdan ibarətdir.Məktəbimizin I korpusu 1975-ci ildə inzibati bina kimi tikilib.1995-ci ildə bu inzibati 3 mərtəbəli binanın yalnız bir mərtəbəsi uyğunlaşdırılaraq ibtidai sinif məktəbi kimi fəaliyyət göstərmiş,1996-cı ilin sentyabrın 2-dən hər 3 mərtəbəsi uyğunlaşdırılmış orta ümumtəhsil məktəbi kimi fəaliyyət göstərmişdir. II yeni korpus isə 2006 cı ildə tikilib.15 sinif otağından ibarət olmaqla 300 yerlikdir. Məktəbin 600-dən yuxarı balla ali məktəblərə qəbul olan məzunları var. Hazırda məktəb üzrə 92 ştatda olan müəllim var. 2017-2018-ci dərs ilinin I yarımilinin əvvəlində məktəb şagirdlərinin sayı 944-dür.
- 0
EduList - Onlayn təhsil
Axtardığınızı bizdə tapın
Axtarış
Bazada olan məktəb, bağça, təlim, kurs və digər bölmələrdə axtarış.
Məlumat
Kurslara "EDULİST"-dən onlayn yazılın.
Rahat seçim
Şəhər və rayonlar üzrə.