Axtardığınızı bizdə tapın

Kurslar, Tədris mərkəzləri, Bağçalar, Məktəblər, Təlimlər, Kolleclər...

Məktəblər Cəmi: 507

C.Cabbarlı adına 187 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

C.Cabbarlı adına 187 nömrəli tam orta məktəb

 Bakı şəhəri C.Cabbarlı adına 187 nömrəli tam orta məktəb 1936-cı ildən fəaliyyət göstərir. Hal-hazırda 97 sinifdə 2188 şagird təhsil alır. Məktəbdə iki bölmə - Azərbaycan və rus bölmələri vardır. Məktəb iki növbəlidir, altı günlük iş rejimi ilə işləyir.1955-ci ildən etibarən Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin qərarı ilə məktəb görkəmli dramaturq Cəfər Cabbarlının adını daşıyır. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 134 müəllim məşğuldur. Sabunçu rayon RTŞ-nin 40 saylı 2004-cü il tarixli əmri ilə 2004-cü ildə rayon miqyasında məktəbin qabaqcıl iş təcrübəsi öyrənilib yayılmışdır. Məktəb 9 il ardıcıl olaraq “İlin yaradıcı fəalliyəti ilə fərqlənən ən yaxşı təlim-tərbiyə müəssisəsi” adına layiq görülmüş, müxtəlif mükafatlar və diplomlarla, fəxri fərmanlarla təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2010-cu il tarixli, 997 nömrəli sərəncamı ilə Bakı şəhəri 187 nömrəli orta məktəb 2009/2010-cu tədris ilində keçirilmiş “50 ən yaxşı ümumtəhsil məktəbi” müsabiq

  •   0
Sabunçu rayon 188 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Sabunçu rayon 188 nömrəli tam orta məktəb

 Bakı şəhəri Sabunçu rayonu 188 №li tam orta məktəb üç korpusdan ibarət olmaqla, qəsəbə sakinlərinin övladlarını öz qoynuna alaraq onlara bilik verir . İlk korpus 1961- ci ildən fəaliyyət göstərməyə başlamışdır. Qəsəbədə əhalinin çoxalması və qoşa siniflərin artması nəticəsində 1985 –ci ildə böyük idman zalı və akt zalından ibarət səkkiz sinif otaqlı ikinci korpus da istifadəyə verildi. Get- gedə qəsəbə daha da böyüdü. Məktəbin nüfuzu şagirdlərin də sayının artmasına səbəb oldu və bunun nəticəsidir ki, yeddi sinif otağından ibarət üçüncü korpus da 2008–ci ildə tikilərək istifadəyə verildi. Hal -hazırda məktəbdə 41 sinif olmaqla (3 məktəbəhazırlıq qrupu və 1 fərdi qrup) 1024 şagird təhsil alır. 56 nəfərdən ibarət müəllim kollektivi şagirdlərin təlim - tərbiyəsi ilə məşğul olur. Hər il təxminən məktəbin məzunlarının 40 % -i ali məktəblərə daxil olaraq təhsillərini davam etdirirlər. 2015-2016-ci tədris ilində məktəbimizin 2 məzunu ali məktəblərə qəbul imtahanında 600-dən çox bal toplamışdı

  •   0
Sabunçu rayon 192 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Sabunçu rayon 192 nömrəli tam orta məktəb

 Bakı şəhəri Sabunçu rayonunda yerləşən 192 nömrəli tam orta məktəb 1936-cı ildən fəaliyyət göstərir. Məktəbdə təhsil alan ibtidai siniflərimiz üç növbəli, yuxarı siniflərimiz isə II növbəlidir. 6 günlük təhsil sistemi ilə fəaliyyət göstəririk. Məktəbin layihə tutumu 850 yerlikdir. Hazırda məktəbdə 2133 şagird təhsil alır. Xarici dil kimi ingilis və rus dilləri tədris olunur. Pedaqoji kadrların sayı 116 nəfərdir. Məktəbin güclü pedaqoji kadr poteusialı var. Məktəbin yüzlərlə məzunu ali təhsil alıb, respublikamızın ictimai, siyasi, sosial, mədəni həyatına öz töhvəsini vermişdir. Məktəb yetişdirdiyi şagirdlərlə həmişə fəxr edib. 192 nömrəli məktəb ali məktəbə şagird qəbulu üzrə rayonu məktəbləri arasında yüksək nəticələri ilə öndə olmuşdur. Ali məktəblərə qəbul imtahanında 192 nömrəli məktəbin məzunları daim uğurlar əldə edib. Uğurlarımız indi də davam etməkdədir. Bu il şagirdlərimizdən biri IV qrup üzrə 700 bal toplayıb. Bununla yanaşı məzunlarımızdan 8 nəfər 600 bal, ik

  •   0
E.Ağayeva adına 198 saylı tam orta məktəb
Ətraflı
Məktəblər

E.Ağayeva adına 198 saylı tam orta məktəb

 Azərbaycanın paytaxtı Bakı şəhəri,Sabunçu rayonu, Ramana qəsəbəsi, Haqverdiyev 33 ünvanında yerləşən E.Ağayeva adına 198 saylı tam orta məktəb 1937-ci ildə uyğunlaşdırılmış formada tikilib istifadəyə verilmişdir. 3 mərtəbəli bina 280 şagirdin təhsil alması üçün nəzərdə tutulmuşdur. Kənd ərazisində sakinlərin sayının artması nəticəsində hal-hazırda məktəbdə 885 nəfər şagird 23 sinifdə təhsil alır. Tədris Azərbaycan bölməsi üzrə aparılır və xarici dil kimi ingilis, rus dilləri tədris olunur. Məktəbimizdə təhsil müəyyən tələblərə uyğun təşkil olunur ki, bunlara inkişaf sahələrinə uyğun təlim məşğələləri və müxtəlif fəaliyyət növlərindən istifadə edilməsi, şagirdlərin bərabər inkişafının təmin olunması daxildir. Məktəbin ərazisi 5400 kv.m., binanın ərazisi isə 1032 kv.m.-dir. 1104 kv.m-lik futbol meydançası bu ərazi daxilindədir. İki növbəli və 6 günlük iş rejimi ilə işləyən məktəbdə 17 sinif otağı,5 fənn kabineti,3 laboratoriya,1 akt zalı vardır. Bina istilik sistemi ilə təchiz olunmuşdur

  •   0
Kamal Məmmədov adına 209 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Kamal Məmmədov adına 209 nömrəli tam orta məktəb

 Kamal Məmmədov adına 209 nömrəli tam orta məktəb Bakı şəhəri,Sabunçu rayonu,Maştağa qəsəbəsində yerləşir.1962/1963-cü tədris ilində fəaliyyətə başlayıb. Məktəb binası uyğunlaşdırılmış binadır. Təcrübəli təhsil işçisi Teymur Abbasovun rəhbərlik etdiyi bu təhsil ocağında ilk təhsil ilində şagird sayı 500-dən çox olub. Hazırda yüksək səviyyədə təmir edilmiş və müasir maddi-texniki baza ilə təmin olunmuş bu təhsil ocağı 320 şagird yerlik olsa da, burada 538 şagird təhsil alır. Məktəbdə 39 nəfərdən ibarət pedoqoji heyət çalışır. Onlardan 33 nəfəri ali təhsilli, 6 nəfəri isə orta ixtisas təhsillidir. Məktəbin kitabxanası, akt və idman zalları, futbol meydançası, informatika kabineti var. Üç sinif elektron lövhə ilə təmin olunub. Müəllimlərdən Bağırova Rəfiqə, Əliyev Vahid, Allahverdiyeva Dürdanə, Əliyeva Kəmalə, Quliyev Natiq, Məmmədova Mətanət bu məktəbin məzunlarındandır. Məktəb 03 yanvar 1992-ci ildən etibarən 20 Yanvar şəhidi Kamal Məmmədovun adını daşıyır. O, 21 dekabr 1955-ci ildə Bakı

  •   0
Müşviq Orucov adına 213 nömrəli məktəb-lisey
Ətraflı
Məktəblər

Müşviq Orucov adına 213 nömrəli məktəb-lisey

 Bakı şəhəri 213 nömrəli məktəb-lisey 1963-cü ildən fəaliyyətə başlamışdır.Məktəb 1995-ci ildən şagirdi olmuş Şəhid Müşviq Orucovun adını daşıyır. Bakı şəhəri Təhsil İdarəsinin 02 oktyabr 2007-ci il tarixli 194 №-li əmrinə əsasən məktəbin adı və nömrəsi saxlanılmaqla məktəb-lisey adlandırılmışdır. Məktəb-lisey 2009-2010-cu tədris ilində “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuşdur. 2007-ci il tarixindən Məktəb-liseydə humanitar və texniki təmayüllü lisey sinifləri (7-11 siniflər üzrə) fəaliyyət göstərir. 2012-2013-cü tədris ilində məktəb-lisey əsaslı şəkildə təmir olunmuşdur. Məktəb üçmərtəbəli olmaqla bir korpusdan ibarətdir. 964 yerlik şagird tutumuna malikdir. Dərslər Azərbaycan dilində tədris olunur. V sinifdən yuxarı Rus dili ikinci xarici fənn kimi keçirilir. Məktəbdə 31 sinif otağı, 3 fənn – fizika, kimya, biologiya kabineti, 3 laboratoriya, 2 informatika kabineti, 2 emalatxana, 300 kv.m -lik idman zalı, bufet, tibb otağı, 200 yerlik akt zalı, və kitabxana vardır. Məktəb

  •   0
Sabunçu rayon 215 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Sabunçu rayon 215 nömrəli tam orta məktəb

 Məktəbin əsas binası 1995-ci ildə təhsil ocağı kimi fəaliyyətə başlayıb. Məktəbin 3 tədris korpusu var. 2007-ci ildə Təhsil Nazirliyi tərəfindən 140 yerlik yardımçı korpus tikilmiş, 2011-ci ildə isə 15 sinif otağından ibarət 3 mərtəbəli tədris korpusu istifadəyə verilmişdi. Məktəbdə hal-hazırda 968 şagird təhsil alır. Onlardan 1 şagird fərdi və 41 uşaq məktəbəqədər hazırlıq qrupunda təhsil alır. Şagirdlərin təlim tərbiyəsi ilə 72 nəfər müəllim heyyəti məşğul olur. Məktəb 2 növbəlidir. I növbədə 27 sinif və 2 məktəbəhazırlıq qrupu, II növbədə isə 13 sinif fəaliyyət göstərir. Məktəbimizin əsas məqsəd və vəzifələri: ibtidai təhsil pilləsindən başlayaraq, şagirdlərin keyfiyyətli tam orta təhsil almalarını təmin etməklə bərabər, fizika, riyaziyyat, informatika fənnlərinə xüsusi maraq göstərən, bu fənlər üzrə dərin bilik almağa istedad və qabiliyyəti olan şagirdlər seçməklə onların potensial imkanlarının daha da inkişafına lazımi şərait yaratmaq və istiqamət verməkdən ibarətdir.

  •   0
Hacıyev Tahir adına 252 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Hacıyev Tahir adına 252 nömrəli tam orta məktəb

 Hacıyev Tahir Firuz oğlu adına 252 nömrəli tam orta məktəb 1972- ci ildə yaranmışdır. Şagird sıxlığı ilə əlaqəli olaraq dərslər 2 növbəli rejimdə tədris olunur. Şagirdlərin tədrisi üçün 80 otaq, 2 akt zalı, 2 futbol meydançası vardır.Eminova Xədicə Şükür qızı 2012 ci ildə müəssisəyə rəhbərlik edir. Hal- hazırda təhsil alan şagirdlərin sayı 2128, təhsil verən müəllimlərin sayı 145 nəfərdir. Məktəbin 1 müəllimi fəxri ad qazanmışdır.2010 – 11 - ci tədris ilində məzunların 40%-i ali məktəblərə qəbul olub. 3 nəfər də 600-dən yüksək bal toplayıb. 2010 – 11- ci dərs ilində Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.

  •   0
Sabunçu rayon 255 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Sabunçu rayon 255 nömrəli tam orta məktəb

 Bakı şəhəri, Sabunçu rayonu 255 nömrəli tam orta məktəbin binası 1892-ci ildə tikilib,1896-cı ildə istifadəyə verilmişdir. Məktəb istifadəyə verilərkən 400 şagird üçün nəzərdə tutulmuş,14 sinifdən ibarət olmuşdur. 2004-cü ildə əsas binaya əlavə olaraq 120 şagird üçün nəzərdə tutulmuş, 6 sinifdən ibarət yardımçı bina tikilmişdir. 2011-ci ildə isə köhnə bina tamamilə sökülərək yerində, 3 mərtəbəli, 42 sinifdən ibarət yeni bina tikilərək istifadəyə verilmişdir. Məktəb hal-hazırda 2 növbəli rejimdə 5 gün işləyir. Məktəbdə 1468 şagird təhsil alır.Məktəb direktor Məmmədova Mətanət Məmmədsadıq qızının səmərəli fəaliyyəti nəticəsində bir çox uğurlara imza atmışdır. 2016-cı tədris ilində Ali məktəbə qəbulun nəticələrinə görə məktəb rayon üzrə ilk beşliyə düşən məktəblər sırasında olmuşdur. “35 məktəb" layihəsi çərçivəsində IX siniflərin uğurlu nəticələr qazanmasına nail olmaq sahəsində məktəb ən yüksək nəticə göstərərək böyük irəliləyişə nail olmuşdur. "Lütfi Zadə adına Məktəblilərarası Məntiq

  •   0
Mirzə Ələkbər Sabir adına 259 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Mirzə Ələkbər Sabir adına 259 nömrəli tam orta məktəb

 Bakının Balaxanı qəsəbəsində ucaldılmış Mirzə Ələkbər Sabir adına 259 №li tam orta məktəb tədris müəssisəsi kimi 1976-cı ildən fəliyyətə başlamışdır. Məktəbin pedaqoji kollektivi təhsilin sivil inkişaf qanunları və bu sahədə həyata keçirilən islahatlara əsaslanaraq qarşısına pedaqoji prosesin keyfiyyətini yüksəltmək, səmərəliliyi artırmaq və nəticə etibarilə zəmanəmizə layiqli vətəndaşlar yetişdirmək məqsədini qoymuşdur. Dövlətimizin başçısı cənab İlham Əliyevin “Əminəm ki, təhsil sistemində aparılan islahatlar, müasir təlim metodlarının geniş tətbiqi və mərhələli istifadəsi nəticəsində yeni nəslin yetişdirilməsi sahəsində mühüm nailiyyətlər əldə ediləcəkdir”- fikirləri də məktəbin pedaqoji heyətinə stimul verir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən məktəb 2012-ci ildə əsaslı təmir olunmuşdur. Müəllimlər arasında üzərinə düşən məsuliyyəti dərindən də

  •   0
Sabunçu rayon 271 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Sabunçu rayon 271 nömrəli tam orta məktəb

 271№li tam orta məktəb 1985-ci ildə,1080 yerli məktəb kimi istifadəyə verilmişdir.Həmin vaxt məktəbdə yalnız rus bölməsi fəaliyyət göstərirdi.Sonralar şagirdlərin sıxlığını nəzərə alaraq 2008-ci ildə 720 nəfərlik əlavə korpus inşa edildi.Əsas binanın vəziyyəti müasir tələblərə cavab vermədiyinə görə,2012-ci ildə məktəb əsaslı təmir olundu.Hal-hazırda məktəbdə həm Azərbaycan,həm də rus bölməsi fəaliyyət göstərir.Məktəbdə beş nəfər rəhbər işçi,hər iki bölmə üzrə 169 nəfər müəllim,25 nəfər texniki işçi çalışır.76 sinifdə ümumi şagirdlərin sayı 1744 nəfərdir.Son on ildə hər il bir nəfər,2013-cü ildə isə üç nəfər şagird "Bilik yarışı" üzrə Respublika olimpiadasının qalibi olmuşdur.Bu illər ərzində qəbul imtahanlarında 600-700 bal toplayaraq Respublikamızın qabaqcıl ali məktəblərinə qəbul olan məzunlarımız var.

  •   0
Əliağa Vahid adına 293 li tam orta məktəb
Ətraflı
Məktəblər

Əliağa Vahid adına 293 li tam orta məktəb

 Məktəbin binası 1969 - cu ildən inşa edilmişdir və 1991 - ci ilə qədər 2 № li internat məktəbi kimi fəaliyyət göstərmişdir. Nazirlər kabinetinin 7 may 1991- ci li tarixli, 123 saylı qərarına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 23 iyul 1991 - ci il tarixli, 422 saylı əmrinə əsasən internat məktəbinin yerləşdiyi bina eksperimental təmayüllü orta ümumtəhsil məktəbinə verilmiş, 1991-1992 -ci il ilk dərs ilində pedaqoji kollektiv 260 şagirdin təlim- tərbiyəsi ilə məşğul olmuşdur. Eksperimental təmayüllü məktəbin direktoru filologiya elimləri namizədi Məmmədov Məmməd Nuru oğlu olmuşdur. 1996- cı ildən eksperimental təmayüllü məktəbə dahi qəzəlxan "XX əsrin Fizulisi" Əliağa Vahidin adı verildi. Məktəb Ə.Vahid adına 293 li tam orta məktəb adlandırıldı. 2001-ci ildə Rzayeva Xuraman Ələkbər qızı məktəbin direktoru təyin edildi. Rzayeva Xuraman Ələkbər qızının ixtisası biologiya müəllimi olmuşdur. Hal-hazırda məktəbdə 70 pedaqoji işçi var. 70 pedaqoji işçidən 1 nəfəri direktor, 3

  •   0

EduList - Onlayn təhsil

Axtardığınızı bizdə tapın

Axtarış

Bazada olan məktəb, bağça, təlim, kurs və digər bölmələrdə axtarış.

Məlumat

Kurslara "EDULİST"-dən onlayn yazılın.

Rahat seçim

Şəhər və rayonlar üzrə.