Axtardığınızı bizdə tapın
Kurslar, Tədris mərkəzləri, Bağçalar, Məktəblər, Təlimlər, Kolleclər...
Məktəblər Cəmi: 507

Suraxanı rayonu 318 nömrəli tam orta məktəb
Məktəb 2007-ci ildə Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondunun vəsaiti hesabına tikilmişdir. Fəaliyyətə 37 sinif, 802 şagirdlə başlamış, hazırda 88 sinifdə 1989 şagird təhsil alır. Onlardan 127 şagird məktəbəhazırlıq qruplarında təhsil alır. İkinövbəlidir, 5 günlük iş həftəsi ilə fəaliyyət göstərir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələrinə görə 318 nömrəli məktəbin müəllimləri Suraxanı rayonu üzrə ən yüksək göstəricilərə nail olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli 1581 № li sərəncamı ilə Bakı şəhəri 318 nömrəli tam orta məktəb 2010-2011-ci tədris ilində keçirilmiş “50 ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbin pedaqoji kollektivi təhsil sahəsində səmərəli fəaliyyətinə və rayonun ictimai həyatında fəal iştirak etdiyinə görə Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. Son illərin göstəricilərinə əsasən məktəb rəhbərliyi və müəllim kollektivinin səyi nəticəsində məktəbin ümumi müvəffəqiyyət faizi ildən-ilə artır. 2013-2014-cü tədris ilinin sonunda 10 məzun 300-400, 6 məzun 400-500, 7 məzun 500-600, 2 məzun isə 600-700 arası bal toplamışdır. Onlardan 6 nəfəri xarici ölkələrin universitetlərinə, 38 nəfəri Azərbaycanın Dövlət Universitetlərinə, 9-u isə özəl universitetlərə daxil olmuşdur. İlin müvəffəqiyyət faizi 62% olmuşdur. 2014-2015-ci tədris ilində 10 məzun 200-300, 11 məzun 300-400, 7 məzun 400-500, 7 məzun 500-600, 4 məzun isə 600-700 arası bal toplamışdır. İlin müvəffəqiyyət faizi 64,6% olmuşdur. 2015-2016-cı tədris ilində məktəbin 53 məzunu müxtəlif universitetlərə daxil olmuşdur. Həmin il 9 məzun 500-600, 6 məzun isə 600-700 arası bal toplayaraq tələbə adını qazanmışdır. İlin ümumi müvəffəqiyyət faizi 76, 8% olmuşdur. 2016-2017 - ci tədris ilində 56 şagird qəbul imtahanlarında yüksək bal toplayaraq dövlət universitetlərinə qəbul olmuşlar. Məktəb Təhsil Nazirinin 2015-ci il 8 iyun tarixli əmri ilə 2015-2016-cı dərs ilindən 10-11-ci siniflərdə tədrisin təmayüllər üzrə təşkil olunacağı təhsil müəssisələrinin siyahısına əlavə olunmuşdur.
- 1

R.Ənnağıyev adına 141 nömrəli tam orta məktəb
Suraxanı rayonu Rəsul Ənnağıyev adına 141 nömrəli tam orta məktəb 1935-ci ildə təsis olunmuşdur. 2006-cı ildə məktəbdə yardımçı korpus inşa edilmişdir. Məktəb 2010-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunmuş və əlavə 10 sinif otağı tikilib istifadəyə verilmişdir. Məktəbdə kimya, fizika, informatika kabinetləri, 2 emalatxana var. Məktəbdə azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Məktəbdə 57 sinifdə 1743 şagird təhsil alır. Onlardan azərbaycan bölməsinin 29 sinifində 889 şagird, rus bölməsinin 28 sinfində 854 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 110 müəllim məşğul olur. Müəllim şagird nisbəti 1/16 dır. Məktəbdə "Elektron layihə" həyata keçirilmişdir. Bütün ibtidai siniflər və əksər yuxarı siniflər proyektorlar və elektron lövhələrlə təchiz olunmuşdur.Məktəbin güclü pedaqoji kadr potensialı var. Hər il qəbul imtahanlarına yüksək bal toplayaraq, ali məktəblərə qəbul olan məzunlar var. Məktəbin fiziki tərbiyə sahəsində çox böyük uğurları var. Rayon və şəhər turunda keçirilən və beynəlxalq yarışlarda məktəbin komandaları qalib gələrək hər zaman I-III yerləri tutmuş, fəxri fərman və diplomlarla təltif olunmuşlar.
- 1

N.Yaqubov adına 120 nömrəli tam orta məktəb
Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən N.Yaqubov adına 120 nömrəli tam orta məktəbin əsası, 1924 - cü ildə kənd camaatının əməyi ilə inşa olunmuş binada qoyulmuşdur.
- 1

Xəzər rayon 156 nömrəli tam orta məktəb
Xəzər rayonu 156 nömrəli tam orta məktəb Şüvəlan qəsəbəsində yerləşir.
- 1

Bakı Atatürk Liseyi
Türk Dünyası Bakü Atatürk Lisesinin temel amacı ve görevi “ Birmillet, iki devlet” ilkesinden hareketle Azerbaycan ve Türkiye arasında eğitim ve kültür ilişkileri geliştirmektir. Bu anlamda hedefimiz; ülkesinin bayrağını, vatanını seven, insan haklarına saygılı, bağımsız ve sağlam fikir üretebilen, milli ve manevi duyguları güçlü, topluma ve ailesine saygılı, bilgi çağına ayak uydurabilen, ufku geniş, bilgi ve kültürle donatılmış, yarınından emin, kendine güvenen, Türklüğünden gurur duyan sağlıklı vatandaşlar yetiştirmek; öğrencilerinin ruhsal ve fiziksel yeteneklerinin geliştirilmesine hizmet etmektir.
- 0

Bakı Fransız Liseyi
Liseyin təməli 2011-ci ilin 7 oktyabrında Fransanın sabiq Prezidenti Nikola Sarkozinin Bakıya səfəri çərçivəsində imzalanan "Azərbaycan Respublikasının Hökuməti və Fransa Respublikasının Hökuməti arasında Bakı Fransız Liseyinin yaradılması haqqında" Sazişə əsasən qoyulmuşdur. Sazişi elə həmin gün Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Fransa tərəfdən isə Xarici və Avropa işləri naziri yanında əməkdaşlıq məsələləri naziri Anri de Renkur imzalamışlar.
- 0
EduList - Onlayn təhsil
Axtardığınızı bizdə tapın
Axtarış
Bazada olan məktəb, bağça, təlim, kurs və digər bölmələrdə axtarış.
Məlumat
Kurslara "EDULİST"-dən onlayn yazılın.
Rahat seçim
Şəhər və rayonlar üzrə.