Axtardığınızı bizdə tapın

Kurslar, Tədris mərkəzləri, Bağçalar, Məktəblər, Təlimlər, Kolleclər...

Məktəblər Cəmi: 507

Xətai rayon 25 saylı tam orta məktəb
Ətraflı
Məktəblər

Xətai rayon 25 saylı tam orta məktəb

 Bakı şəhəri Xətai rayonu 25 saylı tam orta məktəbin binası 1977-ci ildə tikilib, 1978-ci ildə istifadəyə verilib. Tədris həm Azərbaycan, həm də Rus dilində aparılır. 15.09.2014-cü ildə məktəbimizin nəzdinə 88 saylı tam orta məktəbdən axşam-əyani sinifləri köçürülüb. Məktəbimiz sonuncu dəfə 2012-ci ildə yenidən təmir olunub. Təmir istənilən səviyyədə olunmuşdur. Məktəbimizdə tədris 97 müəllim tərəfindən aparılır. Hal-hazırda məktəbimizin gündüz bölməsində 732 şagird, axşam-əyani siniflərində 135 şagird təhsil alır. Məktəbin məzunlarının artıq son 10 ildə ali məktəblərə test üsulu ilə qəbul faizləri xüsusi ilə Rus bölməsində çox yüksəkdir.

  •   0
Xətai rayon 27 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Xətai rayon 27 nömrəli tam orta məktəb

 Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəb 1959- cu ildən fəaliyyət göstərir. Keçmiş SSRİ Maarif Nazirliyinin əmri ilə İngilis dili dərindən öyrədilən orta ümumtəhsil məktəbi adlanmışdır.Hal hazırda tam orta məktəb adlanır. Məktəb 2008-ci ildən Beynəlxalq layihəyə qoşulduğu üçün “İngilis dilinin intensiv tədrisi” layihəsinə əsasən ingilis dili dərsləri Kembric proqramına uyğun tədris olunur.Məktəbimiz iki dəfə- Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 19 avqust 2008-ci il tarixli 2007/2008-ci tədris ilində və 2-ci dəfə Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2013-cü il tarixli 3043 nömrəli sərəncamı ilə 2012/2013-cü dərs ilində keçirilmiş “ Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbdə 3 nəfər müəllim Azərbaycan Respublikasının “Əməkdar Müəllimi” fəxri adını daşıyır. Məktəbin birinci korpusu 4 mərtəbəli, 2008-ci ildə tikilən 2-ci korpusu isə 3 mərtəbəlidir. Birinci korpus 960, ikinci korpus isə 380 nəfər şagirdin təhsil alması üçün planlaşdırılmışdır. Məktəb, 2012-ci ilin yayında Dövlət Proqramı əsasında əsaslı təmir edilmişdir. Məktəbdə zəngin fənn kabinetləri, Respublika Prezidentinin Təhsil haqqında sərəncamları, Nazirlər kobinetinin qərarları, Təhsil İslahatını əhatə edən, müasir tələblərə cavab verən stendlər hazırlanmışdır ki, bu da öyrədici mühitin yaradılması üçün əsas şərtlərdən biridir. Məktəbdə fənlərin tədrisi innovasiyalar yeni təlim texnologiya və fəal ( interaktiv ) təlim metodları ilə aparıldığına görə müəllimlər mütəmadi olaraq ixtisasartırma ixtisasartırma kurslarından və treninqlərdən keçirlər. Məktəbdə 1775 nəfər şagird, 121 nəfər müəllim çalışır. Müəllimlərin 117 nəfəri ali təhsilli, 4 nəfəri isə orta ixtisas təhsillidir. Siniflərdə şagirdlərin orta sıxlığı 29 nəfərdir.Məktəb 5 günlük iş rejimində , I növbədə işləyir. Hər bir fənn üzrə məktəbdə 2-4 zənginfənn kobineti yaradılmış tədris proqramı əsasında tərtib edilmişdir.

  •   0
Xətai rayon 29 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Xətai rayon 29 nömrəli tam orta məktəb

 Məktəb 1976 –cı ildə istifadəyə verilib. 1176 şagird yeri var. Tədris korpusu, idman zalı, yeməkxanası, kitabxanası, akt zalı, kimya, fizika, biologiya laboratoriyaları, informatika kabineti, müasir tələblərə cavab verən GÇQH kabineti, akt zalı, həyətdə idman meydançaları və idman qurğuları, o cümlədən abad həyətyanı sahəsi var.Məktəb 2012-ci ildə dövlət vəsaiti hesabına əsaslı təmir edilib.Məktəb I növbə 5 günlük iş rejimi ilə işləyir.Məktəb 100% ixtisaslı kadrlarla təmin olunub.Məktəbin pedaqoji kollektivi fənn kurikulumlarının tətbiqindən sonra bir sıra kurslarda o cümlədən kompyuter kurslarında, “İntel”, “Mimio” layihələrində, kurikulumun tətbiqi ilə əlaqədar ixtisasartırma kurslarında iştirak etmişlər.Hazırda məktəbdə olan elektron dərsliklərdən müəllimlər daimi istifadə edir, özləri elektron dərslər qurur və onu uğurla tətbiq edir, məktəb şagirdləri onlara verilən ev tapşırıqlarını layihə şəklində hazırlayırlar.Məktəbdə fənn kurrikulumlarının tətbiqi və yeni qiymətlənləndirmə ilə əlaqədar tez-tez seminarlar, fikir mübadilələri təşkil edilir ki, bu da müəllimlərin bilmədiklərini bir-birindən öyrənməyə kömək edir.Məktəbdə 6-cı sinifdən başlayaraq fakültətiv və fərdi qrup məşğələləriüçün ayrılmış saatlar şagirdlərin arzusu ilə ayrı-ayrı fənnlərə 10-11-ci siniflərdə isə fənn sahələrinə verilir və bu istiqamətdə daha geniş işlər aparılır.Məktəbdə təcrübəli müəllimlərdən ibarət “Qabaqcıl təcrübə məktəbi”, “Metodiki Şura” fəaliyyət göstərir ki, onlar da öz toplantılarında gənc müəllimlərə kömək etməklə yanaşı daimi təcrübə mübadiləsi aparır, mətbuatda çıxan məqalə və yenilikləri müzakirə edir və gündəlik işlərinə tətbiq edirlər.2010-2011-ci illər ərzində məktəbin pedaqoji kollektivi 100% “İntel”, “Gələcəyə yönəlik təhsil” layihəsində kompyuter kurslarındankeçib sertifikat almışlar.2010-2011-ci ildə 30 nəfər müəllimimiz öz hesablarına “Mimio” kurslarına getmiş elektron qələm, ağıllı hövhə kimi vasitələrdən istifadə qaydalarını öyrənmişlər.Bakı şəhər PKİYH-da son 5 ildə 90% müəllimlər ixtisasartırma kurslarından keçmişlər əlavə olaraq 1-4-cü sinif və5-ci siniflərdə işləyən müəllimləri 100% kurrikulum kurslarından keçmişlər.Yuxarıda göstərilən tədbirlərdən əlavə məktəbdə hər həftə sonu mətbuatda çıxan rəsmi sənədlər və ayrı-ayrı fənn müəllimlərinin təcrübələri haqqında mətbuatdakı yazılar müzakirə edilir, üstün cəhətləri qəbul olunaraq təcrübədə tətbiq olunur.2013-cü ildə məktəb "ilin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.

  •   0
Xətai rayon 48 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Xətai rayon 48 nömrəli tam orta məktəb

 Xətai rayonu 48 nömrəli tam orta məktəb 1977-ci ildə istifadəyə verilib.Məktəb 1176 yerlikdir. 1977-ci ildə Azərbaycan bölməsində 41, rus bölməsində 117 şagird təhsilə cəlb edilib.Şagirdlərin təlim-tərbiyəsi ilə 26 müəllim məşğul olub.Məktəbin ilk direktoru Sidenko Klara Yefimova olmuşdur. Məktəbdə 26 sinif var.Azərbaycan və rus bölməsində 686 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 73 müəllim məşğul olur. Məktəb 2014-cü ildə əsaslı təmir olunub.

  •   0
Xətai rayon 55 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Xətai rayon 55 nömrəli tam orta məktəb

 Bakı şəhəri 55 nömrəli tam orta məktəb 1991-ci ildə fəaliyyətə başlamışdır. 2013/2014-cü tədris ilində məktəb yenidən tikilib istifadəyə verilmişdir. Məktəbdə həmçinin xüsusi siniflərdə nitq qüsurlu şagirdlər təhsil alır. Məktəb 5 günlük iş rejimi ilə bir növbədə işləyir və tədris Azərbaycan dilindədir. Məktəbdə 42 sinif otağı, avadanlıqla təchiz olunmuş 2 kompüter otağı, fizika, kimya, biologiya kabinetleri və laboratoriyaları, kitabxana, idman və akt zalı mövcuddur. Bəzi sinif otaqlarında “Prometan” elektron lövhə quraşdırılıb və tədris prosesində onlardan istifadə edilir. Məktəbdə 2019-2020-ci tədris ilində 77 müəllim çalışır, 804 şagird təhsil alır. 2015/2016-cı tədris ilində keçirilən "Ekoerudit" Məktəblilərin Respublika Ekoloji Breyn-Rinq bilik yarışında Xətai rayonu üzrə məktəbin komandası II yerə layiq görülmüşdür. Bundan başqa, şagirdlərimiz müxtəlif şeir və mahnı müsabiqələrində, idman yarışlarında fəal iştirak etmiş və mükafatlara layiq görülmüşlər. 2018-ci ildə "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə "Xüsusi siniflərdə (nitqi qüsurlu) təhsil alan şagirdlərin istedadının müəyyənləşdirilməsi, ilkin peşə ixtisas təhsilinə yönləndirilməsi" adlı layihənin qalibi olmuşdur.

  •   0
Xətai rayon 56 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Xətai rayon 56 nömrəli tam orta məktəb

 Məktəb 1976-cı ildə istifadəyə verilmiş və 1982-ci ildə Ulu Öndər,Ümummilli lider Heydər Əliyev məktəbin az müddətdə qazandığı uğurlarla bağlı məktəbdə olmuş və təhsil işçilərinə öz dəyərli tövsiyələrini vermişdir. 2009-2010-cu tədris ilində keçirilmiş"50 ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində məktəbimiz qalib olmuşdur. Məktəbimiz əsaslı təmir və yenidənqurmadan sonra 4 avqust 2014-cü ildə istifadəyə verilmiş və möhtərəm Prezidentimiz İlham Əliyev cənabları açılışda iştirak etmişdir. Müəllimlərin sayı 73 nəfərdən ibarətdir. Məktəbdə təhsil alan şagirdlərin sayı 727 nəfərdir. Bütün bayramlar,tarixi günlər,görkəmli elm,incəsənət və ictimai xadimlərlə,müharibə veteranları və İcra hakimiyyətinin nümayəndələri ilə təşkil olunan görüşlər təqdirəlayiq olur və mətbuatda işıqlandırılır.Müəllimlərimiz "İlin ən yaxşı müəllimi" müsabiqəsində,şagirdlərimiz isə fənn olimpiadalarında aktiv iştirak edir və idmanın müxtəlif növlərində,hərbi idman oyunlarının fəallarından olurlar.

  •   0
Xətai rayon 58 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Xətai rayon 58 nömrəli tam orta məktəb

 Bakı şəhəri 58 nömrəli tam orta məktəb 1926-cı ildə fəaliyyətə başlamışdır. Məktəb 2011/2012-ci tədris ilində möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində qalib elan olunmuşdur. 2014/2015-ci dərs ilində məktəbin binası əsaslı təmir olunmuş və əlavə olaraq yeni tədris korpusu tikilmişdir. 2016-cı ildə Prezident İlham Əliyev açılışda iştirak etmişdir. Məktəb 5 günlük iş rejimi ilə, bir növbədə işləyir. Burada 94 nəfər müəllim çalışır.Şagirdlərin sayı 1235 nəfərdir. 2014-cü ildə keçirilən "Ekoerudit" Məktəblilərin Respublika Ekoloji Breyn-Rinq bilik yarışında məktəbin komandası I yerə layiq görülmüşdür. 2015/2016-cı tədris ilində IX sinflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən yüksək nailiyyət əldə etdiyi üçün Bakı şəhəri üzrə Təhsil idarəsi tərəfindən fəxri fərmanla təltif edilmişdir. 2017-ci ildə "Ekoloji yönümlü və enerji effektli məktəblərin Yaşıl Şəbəkəsi müsabiqəsinin ən fəal məktəbi" diplomuna layiq görülmüşdür. 2016/2017 , 2017/2018-ci dərs illərində XI sinif şagirdlərinin buraxılış imtahan nəticələrinə əsasən "Yaxşı nəticəli məktəb" statusunu almışdır. Bakı şəhəri üzrə 54-cü, Xətai rayonu üzrə isə 5-ci yerdə qərar tutmuşdur. 2017/2018-ci tədris ilində XI sinif məzunların 91%-i ali məktəblərə qəbul oluunmuşdur. 1 nəfər 700 bal, 4 nəfər isə 600-dən yuxarı nəticə göstərmişdir.

  •   0
Tahir Bağırov adına 59 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Tahir Bağırov adına 59 nömrəli tam orta məktəb

 Bakı şəhəri Xətai rayonu Tahir Bağırov adına 59 №-li tam orta məktəbin əsası 1935-ci ildə qoyulmuşdur. 2006-cı ilə qədər 300 şagird yeri olan binada fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Səudiyyə İnkişaf fondunun hesabına məktəbin yeni korpusu inşa olunaraq 2007-ci ilin sentyabrından şagird və müəllim kollektivinin istifadəsinə verilmişdir. Beləliklə məktəb iki korpusdan ibarətdir. Yeni inşa olunmuş 1269 şagird yeri olan əsas korpusda avadanlıqla təchiz olunmuş 2 kompüter zalı, 1 idman zalı, fizika, kimya, biologiya kabinetləri və laboratoriyaları, yeməkxana, hovuz, kitabxana və oxu zalı, 234 yerlik akt zalı, ibtidai sinif şagirdlərinin təhsil aldığı yardımçı korpusda elektron lövhə ilə təchiz olunmuş 19 sinif otağı, 2 kompüter zalı və 1 idman zalı mövcuddur. Məktəbdə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, biologiya, coğrafiya, tarix, fizika kabinetləri müasir tələblərə uyğun tərtib edilmişdir. Təhsil Azərbaycan və rus dilində 6 günlük və ikinövbəli tədris qrafikinə uyğun aparılır. İkinci xarici dil kimi rus və alman dilləri tədris olunur. Məktəbdə 1841 şagird təhsil alır. Məktəbin pedaqoji kollektivi 156 üzvündən ibarətdir. Onlardan 2 nəfəri Elmlər namizədi və 7 nəfəri magistr dərəcəsinə malikdir. Məktəb bir çox layihələrin fəal iştirakçısıdır. 2016-2017-ci tədris ilində Xətai rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən “Milli Nağıl” müsabiqəsinin I yer, "Gənc şahinlər" hərbi idman oyunları yarışında II yer qalibi olmuşdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin” qaliblərindən biri də bizim məktəbimiz olmuşdur. 2016-2017-ci tədris ilində məktəbimizin 10 nəfər məzunu 600 baldan, onlardan 4 nəfəri 650 baldan yüksək nəticə göstərmişdir. 11 nəfər məzun isə 500-600 arasında bal toplayaraq ali məktəbə qəbul olunmuşdur. 2016-2017 ci tədris ilində məktəbimizin ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran 4 nəfər IX sinif məzunu ümumi orta təhsil haqqında fərqlənmə attestatı, tam orta təhsili əla qiymətlərlə başa vuran 8 nəfər XI sinif məzunu tam orta təhsil haqqında fərqlənmə attestatı, təhsildə göstərdikləri nailiyətlərə görə 1 nəfər XI sinif məzunu isə xüsusi nümunəli attestat və medal ilə məktəbimizdən məzun oldu.

  •   0
Xətai rayon 63 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Xətai rayon 63 nömrəli tam orta məktəb

 Bakı şəhərinin Xətai rayonunda yerləşən 63 nömrəli tam orta məktəb 1937-ci ildən fəaliyyət göstərir. Məktəb fəaliyyətə başladığı gündən tədris Azərbaycan və rus dillərində aparılır. Məktəbdə 2009-2010-cu dərs ilindən etibarən rus dilinin intensiv tədrisi layihəsi tətbiq edilir. 2013-2014-cü illərdə məktəb əsaslı təmir olunmuş və eyni zamanda məktəbin həyətində yeni 4 mərtəbəli 24 əlavə sinif otaqlı korpus və idman zalı tikilərək istifadəyə verilmişdir. Məktəbdə 120 nəfər müəllim pedaqoji fəaliyyət göstərir. Hal-hazırda məktəbdə 1224 nəfər şagird təhsil alır.

  •   0
Xətai rayon 64 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Xətai rayon 64 nömrəli tam orta məktəb

 Məktəbimiz 1923-cü ildə yaranıb. 1964-cü ildən yeni binası tikilib istifadəyə verilmişdir. Şagird tutumu 1320 nəfərlikdir. Onların təlilm tərbiyəsi ilə 95 pedaqoji işçi məşğul olur. Məktəbimizdə 3 komputer otağı, biologiya, kimya, fizika, Az dili və ədəbiyyat, şahmat otağı şagirdlərin istifadəsindədir. Məktəbimizdə müasir standartlara cavab verən idman zalı da vardır. Şagidlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə akt zalında mütəmadi olaraq geniş tədbirlər keçirilir. Ünvan: Xətai rayonu Əhmədli qəs.N.Mahmudov k.26 Əlaqə telefonu : (012) 374-75-02, (012) 375-03-69

  •   0
Xətai rayon 86 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Xətai rayon 86 nömrəli tam orta məktəb

 Məktəbin əsası 1972-cü ildə qoyulmuşdur. Məktəb ərazisinin sahəsi – 5800.00 kv.m – dir. Binanın sahəsi – 3000.00 kv.m , sinif otaqlarının sahəsi – 2200.00kv.m. Otaqların ümumi sayı – 71, bunlardan 57-si sinif otağı, 5 tədris emalatxanası, 1 idman zalı, 1 idman meydançası, 1 kitabxana, 1 akt zalı, 3 tədris və təcrübə otaqları, 1 tibb otağı, 1 yeməkxana. Kabinetlər: Fizika, Biologiya, Kimya, İnformatika. Məktəb 850 şagird üçün nəzərdə tutulmuşdur. Hazırda məktəbdə 1323 nəfər şagird təhsil alır. Həmin şagirdlərin təhsili ilə 75 nəfər müəllim məşğul olur. 2012 – ci ildə Bakı şəhər icra hakimiyyəti tərəfindən təmir olunmuşdur. 2013-2014-cü illərdə məktəbin “Şahin” komandası həmin ad altında keçirilən hərbi-idman oyunlarının Rayon turunda I yerə layiq görülmüşdür. 2014/2015- cı tədris ilində 9-cu sinif şagirdlərimiz Sabahın alimləri IV Respublika müsabiqəsində Riyaziyyat fənni üzrə 2-ci yer qazanmışdır. 2015/2016-cı tədris ilində 10-cu sinif şagirdlərimiz Məmmədova Xumar və Abdurrəhimov Əlfəddin "Gələcək Nəsillərlə Üz-Üzə" VI Ümumrespublika İnşa Müsabiqəsinə öz inşaları ilə qoşulmuşdur və nəticədə hər iki şagirdimiz III yerin qalibi olmuşdur.Aprelin 29-da Hyatt Regency otelində mükafatlandırma mərasimi keşirilmişdir. Şagirdlərimiz diplom və dəyərli mükafatlarla təltif olunmuşdur. 2016/2017-ci tədris ilinin nəticələrinə görə IX sinif şagirdlərindən 97 nəfər şəhadətnamə onlardan 1 nəfər fərqlənmə şəhadətnaməsi almışdır. İlin nəticələrinə görə XI sinfi 65 şagird bitirmiş, 50 nəfəri ali məktəblərə sənəd vermiş, 35 nəfər ali təhsil müəssisəsinə qəbul olunmuşlar. Onlardan 5 nəfəri 600-dən yuxarı bal toplamışdır.

  •   0
Xətai rayon 98 nömrəli tam orta məktəb
Ətraflı
Məktəblər

Xətai rayon 98 nömrəli tam orta məktəb

 Bakı şəhəri 98 saylı tam orta məktəb 1978- ci ildə tikilib müəllim və şagirdlərin istifadəsinə verılmişdir. Məktəbdə ayrı-ayrı fənlər üzrə 48 müəllim 564 şagirdin təlim -tərbiyəsi ilə məşğul olur. Fəaliyyət göstərən müəllimlərin 46-sı ali, 2-si isə orta ixtisas təhsillidir. Müəllimlərin 42 nəfəri qadın,6 nəfəri isə kişidir. Tədris kefiyyətinin daha da artırılması məqsədilə bütün müəllimlər kurikulum və İKT təlim kurslarından keçərək peşəkarlıq səviyyələrini artırmışdır. Məktəbdə fizika,kimya,biologiya kabinetləri fəaliyyət göstərir . Məktəbdə fəaliyyət göstərən geniş kitabxanası müəllim və şagirdlərin istifadəsindədir. Şagirdlər arasında sağlam mühit formalaşdırmaq məqsədilə məktəbdə psixoloq fəaliyyət göstərir.Məktəbimiz bir neçə nailiyyətə imza atmışdır. Məktəb 2013-2014-cü tədris ilində keçirilmiş " Ən yaxşı ümumitəhsil məktəbi" müsabiqəsinə qoşularaq müsabiqə qalibi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə on min manat pul mükafatı ayrılmışdır . Ayrılmış vəsaitlə məktəbin dəhliz və sinif otaqlarına kamera quraşdirılmışdır. Həmin ildə məzunlarımızdan Müslümov Osman Məmmədhüseyn oğlu Ali məktəblərə qəbul imtahanlarının nəticəsinə görə 700 bal toplayaraq Prezident Təqaüdünə layiq görülmüşdür. 2014-2015-ci tədris ilində Müslümov Azər Məmmədhüseyin oğlu 695 bal toplayaraq Prezident Təqaüdçüləri siyahsına düşmüşdür . Hər ildə olduğu kimi ali məktəblərə qəbulun nəticələrinə görə 2018-2019- cu dərs ili də uğurlu olmuşdur. Məzunlardan 2 nəfər 600-dən yuxarı ,6 nəfər isə 500 -dən yuxarı bal toplamışdır. Ötən tədris ilində ali məktəblərə qəbul üçün sənəd vermiş məzunların 87%-i ölkəmizin ayrı-ayrı ali təhsil müəssisələrinə daxil olmuşdur.Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2018-2019-cu tədris ili üzrə IX sinif buraxılış imtahanı göstəricilərinin təhlilinə əsasən məktəbimiz BŞTİ məktəbləri arasında 43-cü,tam orta məktəblər arasında isə 28- ci yerdə qərarlaşmışdır.2019-2020 ci tədris ilində də işimizi günün tələbləri səviyyəsində qurmağa çalışırıq .Bu tədris ilində də uğurlu nəticələr əldə edəcəyimizə əminik.

  •   0

EduList - Onlayn təhsil

Axtardığınızı bizdə tapın

Axtarış

Bazada olan məktəb, bağça, təlim, kurs və digər bölmələrdə axtarış.

Məlumat

Kurslara "EDULİST"-dən onlayn yazılın.

Rahat seçim

Şəhər və rayonlar üzrə.