Axtardığınızı bizdə tapın
Kurslar, Tədris mərkəzləri, Bağçalar, Məktəblər, Təlimlər, Kolleclər...
Məktəblər Cəmi: 507

Sabunçu rayon 295 nömrəli tam orta məktəb
295 nömrəli tam orta məktəb 2003-cü ildə inşa edilib, istifadəyə verilmişdir. Məktəb üçmərtəbəli binadan ibarət olub, ümumi sahəsi 5600 kvadratmetrdən çoxdur. Məktəbdə 38 sinif otağı, informatika, biologiya, kimya, fizika kabinetləri 2 idman zalı var. Məktəbin müasir standartlara cavab verən kitabxanası, emalatxanaları, yeməkxanası, akt zalı və tibb otağı vardır. Ümumilikdə 1296 şagird yeri olan məktəbdə, hazırda 878 şagird təhsil alır. Şagirdlərin təlim tərbiyəsi ilə 66 müəllim məşğul olur. Burada tədris Azərbaycan dilində aparılır. Beş günlük iş rejimində fəaliyyət göstərən məktəb bir növbəlidir.
- 0

Sabunçu rayon 296 nömrəli tam orta məktəb
Ulu Öndərimiz Heydər Əliyevin 22 avqust 2001 ci il tarixli 562 saylı fərmanı ilə Qərbi Azərbaycandan, zorla qovulmuş əhali Şuşa və Xocalı şəhərində yerləşdirilmişdir və ikinci dəfə məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşan əhali üçün Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu ərazisində 160 yaşayış evi və 192 yerlik məktəb inşa edilmişdir. Bakı şəhərində müvəqqəti sanatoriya, düşərgə və məktəb yataqxanalarında məskunlaşan qaçqınlar 2003-cü ilin iyun-iyul aylarında inşa edilmiş qəsəbədə məskulaşdırıldı. Qəsəbə sakinlərinin əksəriyyəti Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Dağlıq Qarabağdan ermənilər tərəfindən zorla qovulmuş şəhid ailələrindən, Qarabağ əlillərindən və milli münaqişə zəminində əlil olmuş əhalidən ibarətdir.2003-cü ildən məktəb orta təhsil pilləsi üzrə fəaliyyətə başlamışdır. Məktəbdə şagird kontingentinin artımı ilə əlaqədar olaraq Bakı şəhəri İcra hakimiyyətinin sifarişi ilə 2012-ci ildə 300 şagird tutumu olan ikinci korpus tikilib istifadəyə ver
- 0

Sabunçu rayon 305 nömrəli tam orta məktəb
305 nömrəli tam orta məktəb Sabunçu rayon Pirşağı qəsəbəsi Yeni yaşayış massivində yerləşir.Məktəb ümummilli liderimiz Heydər Əliyevin sərəncamı əsasında 2003-cü ildən tikintisinə başlanıb.2004-cü ildə tikinti başa çatdırılıb.2004-2005-ci tədris ilindən fəaliyyət göstərir. Məktəbimizdə 26 nəfər müəllim çalışır və hər bir müəllim öz ixtisası üzrə dərslə təmin olunmuşdur. 2014/2015-ci tədris ilində məktəbdə təhsil alan şagirdlərin sayı isə 281 nəfərdir. Məktəbin hər tədris ilində ali məktəbə qəbul olunan məzunların sayı 50%-dən çox olmuşdur.Belə ki, 2013/2014- cü tədris ilində 12 nəfər məzunumuz ali məktəblərə qəbul olmuşdur. 2015-c ilin yanvar ayında Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən Xocalı faciəsi ilə bağlı keçirilən rəsm sərgi müsabiqəsində məktəbin şagirdlərindən biri 2-ci yerə layiq görülmüşdür.
- 0

Sabunçu rayon 307 nömrəli tam orta məktəb
Bakı şəhəri Sabunçu rayonu 307 nömrəli məktəb. 2006-cı ildə yaranıb. Bir çox lahiyələrdə uğurla iştirak edib. Hal-hazırda məktəbimizdə müəllimlərimizin sayı 100, təhsil alan şagirdlərin sayı isə 2467 nəfərdir. Məktəbimizin hər il ali məktəblərə daxil olan məzunların sayı əvvəlki ildən daha çox olur. Ildən ilə Ali məktəblərə daxil olan məzunlarımızın sayı artır.
- 0

Sabunçu rayon 309 nömrəli tam orta məktəb
Məktəb 2007 ci il sentyabrın 15-də istifadəyə verilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindədir. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşir. Məktəbdə 44 sinif otağı var. 2 informatika kabineti, fizika və kimya laboratoriyaları,120 nəfərlik akt zalı, kitabxana fəaliyyət göstərir. 36 ədəd fərdi kompyuter, 3 ədəd notebook və 6 ədəd ağıllı lövhə şagirdlərin istifadəsindədir. Hazırda məktəbdə 29 sinifdə komplektləşdirilmiş 709 şagirdin təhsili ilə 65 müəllim məşğul olur.Məktəbdə iki məktəbəhazırlıq qrupu var. Məktəb bir növbəlidir.Fərdi istilikxanası var. Qaz və su ilə daimi təmin olunmuşdur. Məktəbə 2007-ci ildən Ramiz Osmanov rəhbərlik edir.
- 0

Faiq Rzayev adına 150 nömrəli tam orta məktəb
Bakı şəhəri Yasamal rayonu Faiq Rzayev adına 150 nömrəli tam orta məktəb 1935-ci ildə inşa edilmişdir. İnşa edildiyi ildən bu günə kimi orta məktəb kimi fəaliyyət göstərmişdir. Məktəb iki mərtəbədən ibarətdir. 2013-cü ildə məktəb binası əsaslı təmir olundu və əlavə olaraq yeni bir tədris korpusu da tikildi. Yeni tədris korpusu 3 mərtəbədən ibarətdir. Korpus idman və akt zalları, müasir tələblərə cavab verən və tədris texnologiyaları ilə təzhiz edilən sinif otaqlarından ibarətdir. Məktəbdə 67 işçi çalışır. Onlardan 54 nəfəri müəllim, 13 nəfər isə texniki işçidir. Hal-hazırda məktəbdə 402 şagird təhsil alır. Məktəbin məzunları arasında elm və mədəniyyət sahəsində nailiyyətləri olan tanınmış şəxslər vardır.
- 0

Yasamal rayon 60 nömrəli tam orta məktəb
Məktəbin binası XX əsrin 30-cu illərində inşa edilib. Böyük Vətən müharibəsi dövründə hospital kimi fəaliyyət göstərib. Orta məktəb kimi XX əsrin 50-ci illərindən fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev fondu tərəfindən yenidən tikilib. 2012-ci ildə “İlin məktəbi” adına layiq görülüb. Hal-hazırda məktəbdə 1700-ə yaxın şagird təhsil alır.Onların tərbiyəsi ilə 96 müəlllim məşğul olur. Məktəbimizdə 1 “Əməkdar müəllim”, 1 “Tərəqqi medalı” sahibi, 4 “İlin müəllimi” adını qazanan müəllimlər fəaliyyət göstərir.
- 0

Yasamal rayon 53 nömrəli tam orta məktəb
53 nömrəli məktəb 1961-ci ildən 8 illik məktəb kimi fəaliyyətə başlamışdır.1979-cu ildən 10 illik, 1991-ci ildən isə 11 illik məktəb kimi fəaliyyətini davam etdirmişdir. Məktəbdə təlim Azərbaycan və rus dillərində aparılır. Dövlət proqramına əsasən, 2013-cü ildə məktəb əsaslı təmir olunmuşdur. Məktəbdə 165 müəllim çalışır və 3038 nəfər şagird təhsil alır. 2014-cü ildən məktəb “Bilik Fondu”nun xətti ilə “Qardaşlaşmış məktəblər layihəsi”nə qoşularaq Astara şəhərinin 6 nömrəli məktəbi ilə qardaşlaşmışdır. Məktəb Bakı Dövlət Universitetinin baza məktəbi sayılır. Hər il 500-ə yaxın tələbə təcrübə keçmək məqsədilə məktəbə gəlir. Məktəbdə ikinci xarici dil kimi rus, alman, fransız dilləri tədris olunur. Məktəb müxtəlif pilot layihələrin iştirakçısıdır. "Məktəblinin dostu" pilot layihəsi 53№-li tam orta məktəbdə 2017-ciil tarixindən fəaliyyət göstərir.Məktəbdə eyni zamanda məktəbəhazırlıq qrupları təşkil olunmuşdur.
- 0

Məmməd İsmayıl Cuvarlinskinin adına 52 nömrəli tam orta məktəb
52 N-li tam orta məktəb Bakı şəhəri Yasamal rayonu yerləşir. Məktəb Məmməd İsmayıl Cuvarlinskinin adını daşıyır. 1966-cı ildən fəaliyyət göstərən məktəb 900 yerlikdir. Məktəbin binası bir tipli 3 mərtəbəlidir. 36 sinif otaqı, idman zalı,akt zalı,fənn kabinetləri,laboratoriyaları kompüter otaqları,tibb otağı,kitabxanası, bufeti var.Geniş həyətyanı sahəsi , yardımçı binası var. Məktəbdə hal-hazırda 36 sinif komplekti və 855 şagird təhsil alır . 70 müəllim kollektivi çalışır. Laçın rayonu 19 Nömrəli Məcburi köçkün məktəbi də 1992-ci ilin sentyabr ayından burda fəaliyyət göstərir. Məktəb 2010-cu ildə əsaslı təmir olunmuşdur. Məktəbin 7 şəhidi var. Onlardan biri Milli qəhrəmandır. Pedaqoji kollektivimizin naliyyətləri də az deyil.Məktəbin direktoru Azərbaycan Respublikasının əməkdar müəllimidir.2 nəfər müəllimimiz " İlin Ən Yaxşı" müəllimi müsabiqəsinin qalibidir. Respublikanın müxtəlif Ali məktəblərinə qəbul olunan məzunlarımızın sayı qənaətbəxşdir.Hər il məktəbin məzunlarından 600 dən yuxarı bal yığanları olub. Məktəb idman sahəsində də uğurlar qazanmışdır.Şagirdlərimiz qonşu respublikalardan qalibiyyətlə dönmüşdür. Məktəb öz keçmiş məzunları ilə həmişə fəxr edir. Hal hazırda Respublikanın müxtəlif peşə sahələrində böyük uğurlar əldə edirlər.Onların içərisində bacarıqlı həkimlər,müəllimlər,mühəndislər və s. var.
- 0

A.İ.Məmmədov adına 38 nömrəli tam orta məktəb
Bakı şəhəri A.İ.Məmmədov adına 38 nömrəli tam orta məktəb 1977-ci ildən fəaliyyətə başlamış və Yasamal rayonu D.Bünyadzadə küçəsi 113 ünvanında yerləşir. Məktəb birtipli lahiyə əsasında tikilmiş 1176 yerlikdir. 2012-ci ildə məktəb əsaslı təmir edilmişdir. Məktəbdə 52 sinif otağı, 3 (kimya,biologiya,fizika) kabineti var. Şagirdlərin sayı 692 nəfər,27 sinif komplekti və 2 məktəbəqədər hazırlıq qrupu fəaliyyət göstərir. Məktəb işçilərinin sayı 76 nəfər, müəllimlərin sayı isə 50 nəfərdir. Bütün müəllimlər ali ixtisas təhsillidir. Məktəb 5 günlük iş həftəsi ilə Azərbaycan dilində fəaliyyət göstərir və bir növbəlidir. Məktəb binasında 1 qaçqın : Laçın 34 nömrəli tam orta məktəblər və Laçın Rayon Təhsil şöbəsi fəaliyyət göstəriri. 2016/2017-ci tədris ilində məktəbin XI sinif ini bitirmiş və ali məktəbə qəbul üçün sənət vermiş 22 nəfər məzundan 14 nəfəri ali məktəblərə , 4 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Məktəb məzunlarından 3 nəfər 500-dən yuxarı,1 nəfər İsmixanova Fidan Teymur qızı 624 bal toplayaraq ATU-ya qəbul olmuşdur. Məktəb pedaqoji kollektivi təhsil sistemində tətbiq olunan kurikulum standartlarının reallaşdırılmasına, şəxsiyyətyönümlü, nəticəyönümlü təlimə, təhsil alanların yüksək mənəviyyata, müasir bilik və bacarıqlara , yeni texnologiyalara yiyələnməsinin təmin edilməsinə və Dövlət Strategiyasında qarşıya qoyulan məsələlərin həyata keçirilməsinə nail olmağı bir məqsəd kimi qarşıya qoymuşdur.
- 0

E.Məmmədov adına 21 nömrəli tam orta məktəb
E.Məmmədov adına 21 nömrəli tam orta məktəbin əsası 1953-cü ildə qoyulmuşdur. Fəaliyyətinin ilk illərində məktəb binasından fəhlələr üçün axşam məktəbi qismində istifadə olunmuşdur. 1958-ci ildən etibarən 21 nömrəli məktəb 7 illik təhsil verən tədris müəssisəsi kimi fəaliyyət göstərmiş, 1976-cı ildən isə 10 illik orta ümumtəhsil müəssisəsinə çevrilmişdir. 2012-2013-cü illərdə məktəbdə "Bakı şəhəri və Bakı ətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı barədə Dövlət Proqramı" çərçivəsində əsaslı təmir və yenidənqurma işləri aparılmış, məktəbin təmirdən sonrakı vəziyyəti ilə tanış olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa göstərişi ilə məktəbdə daha iki korpus və idman meydançası tikilərək istifadəyə verilmişdir. Məktəb 20 yanvar şəhidi Eldar Məmmədovun adını daşıyır. Məktəbdə 2019-2020-ci tədris ilində 45 sinif fəaliyyət göstərir ki, bunlardan 3-ü "Sağlam təhsil" sinfidir. Məktəbdə 1068 şagirdin təlim-tərbiyəsi ilə 79 nəfər müəllim məşğul olur. 21 nömrəli tam orta məktəbdə həmçinin 1 günü uzadılmış qrup, 4 məktəbəhazırlıq qrupu vardır. Məktəbdə Pedaqoji Şura, metodşura, fənn metodbirləşmələri, kitabxana fəaliyyət göstərir.
- 0

A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-lisey
Parlament prospekti 7/11 ünvanında yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin əsası 1958-ci ildə qoyulmuşdur.O vaxt məktəb 1 korpusdan ibarət olmuş, 1000 nəfər şagird üçün nəzərdə tutulmuşdur. 1988-ci ildə məktəbin daha 3 korpusu tikilib istifadəyə verilmişdir. 2007-ci ildə dövlət başçısı möhtərəm prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə məktəb əsaslı təmir edilmişdir. Məktəbə 1994-cü ildə lisey adı verilmişdir. 2012-ci ildə cənab prezident İlham Əliyevin sərəncamı ilə məhz 20 nömrəli məktəb-liseyin şagirdlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə məktəbin qarşısında yeraltı keçid inşa edilmişdir. 2010-2011-ci tədris ilində məktəbi bir məzun – Quliyeva Fəridə Rauf qızı Qızıl medalla bitirmişdir. 2008-2013-cü illərdə 20 nömrəli tam orta məktəb-lisey 2 dəfə “İlin ən yaxşı məktəbi” adına layiq görülmüşdür. Məktəbdə 3 Əməkdar müəllim, 1 “Tərəqqi” medalına, 2 “Qabaqcıl təhsil işçisi” medaına layiq görülmüş müəllimlər çalışır. A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-lisey hər sahədə tanınmış məzunları ilə fəxr edir. Bunlardan Azərbaycan Respublikasının Milli Qəhrəmanı 1995-ci il metroda törədilmiş partlayış zamanı 300 nəfərə yaxın insanı xilas etmiş Çingiz Babayev, 1991-ci il 21 noyabr tarixində Qarakənd səmasında vertalyotun vurulması nəticəsində şəhid olmuş Arif Hüseynzadə, Milli Elmlər Akademiyasının prezidenti olmuş akademik mərhum Mahmud Kərimov, Prezident Aparatının şöbə müdirləri Fuad Ələsgərov, Zeynal Nağdəliyev, Xalq artisti Afaq Bəşir qızı, Xalq artisti Elçin Əzizli, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Anar Ələkbərov bu məktəbin məzunlarındandır. 2014-cü ilin iyun ayında məktəb-lisey sökülmüşdür. 2017-ci ilin sentyabrın 15-də isə yeni inşa edilmiş məktəb-lisey 2017-2018-ci tədris ili üçün müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Məktəbin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, eləcə də I Vitse Prezident xanım Mehriban Əliyeva iştirak etmişlər. 2019-2020-ci tədris ili üçün ümumi şagird sayı isə 4100-dür. Onlardan 2045-i rus bölməsində, 2055-i isə Azərbaycan bölməsində təhsil alan şagirdlərir. Məktəb-liseydə hal-hazırda 139 sinif fəaliyyət göstərir.
- 0
EduList - Onlayn təhsil
Axtardığınızı bizdə tapın
Axtarış
Bazada olan məktəb, bağça, təlim, kurs və digər bölmələrdə axtarış.
Məlumat
Kurslara "EDULİST"-dən onlayn yazılın.
Rahat seçim
Şəhər və rayonlar üzrə.