Axtardığınızı bizdə tapın
Kurslar, Tədris mərkəzləri, Bağçalar, Məktəblər, Təlimlər, Kolleclər...
Məktəblər Cəmi: 507

Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəb
Böyük Azərbaycan şairi Mikayıl Müşfiqin adını daşıyan 18 nömrəli tam orta məktəbin 100-dən artıq yaşı var. Məktəbin tutumu əvvəllər 1236 şagirdlik, 2012-ci ildən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yenidənqurma işləri aparıldıqdan sonra 1503 nəfərlik olmuşdur. Hazırda məktəbdə 1659 şagird təhsil alır. Bu şagirdlərin təlim-tərbiyəsi ilə 155 müəllim məşğul olur. 2008-2009-cu illərdə Resbublikanın Prezidenti İlham Əliyevin sərəncamı əsasında “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbin dünəni:1997-ci il sentyabrin 1-də ulu öndərimiz Heydər Əliyev cənabları məktəbdə keçirilən “Bilik günü”ndə iştirak etmişdir. 70-ci illərdə məktəbdə tanınmış pedaqoq, kimyaçı, Respublikanın Əməkdar müəllimi Mustafa Salamov fəaliyyət göstərmiş, məktəbdə onun rəhbərliyi ilə çox zəngin kimya kabineti yaradılmışdır. 1999-cu ildə məktəb Dünya Bankının ekspert qrupu tərəfindən “Pilot” məktəblər sırasına daxil edilmişdir. Məktəb 1999-cu ildə “İlin yaradıcı fəaliyyəti ilə fərqlənən” ən yaxşı təlim-tərbiyə müəssisəsi kimi II yerə, 2002-ci ildə isə I yerə layiq görülmüşdür. 2008-2009-cu tədris ilində Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında keçirilən “İlin ən yaxşı məktəbi müsabiqəsinin qalibi olmuşdur. Məktəbin bu günü: Təhsilin humanistləşdirilməsi, diferensiallaşdırılması, fərdiləşdirilməsi, şagirdlərin təlim-tərbiyə prosesinin bərabərhüquqlu subyekti kimi qəbul olunması, təlim prosesinin onun meyl, maraq və potensial imkanları əsasında qurulması, müəllim-şagird münasibətlərinin pedaqoji əməkdaşlıq şəraitində qurulması, müasir təlim metodları və yeni texnologiyaların tərbiqi təhsilin keyfiyyət probleminin ön plana çəkilməsi, təhsil müəssisəsi fəaliyyətinin qiymətləndirilməsi məktəbin qarşısında həlli vacib olan məsələdir. Məktəbin əsas devizi: “Məktəb şagirdin dostudur” 2012-ci il sentyabrın 15-də Bilik günündə Ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev cənabları məktəbdə olmuş, şagird və müəllimlərlə görüşmüş, onlara öz tövsiyyələrini vermişdir. Məktəbin sabahı: Məktəbin demokratikləşdirilməsi tam başa çatmalıdır, uşaq hüquqlarının tədrisi ilə bağlı “ UNİCEF-in ümidli gələcək gənclər təşkilatı”nın Valideyn-Müəlim Assosiasiyası layihəsi, Tolerantlıq layihəsi, alman diinin mükəmməl öyrədilməsi üçün 2009-cu il Almaniyanın Höte İnstitutu ilə imzalanmış portnyor layihəsi ilə əlaqədar görülən işlər daha da genişləndirilməlidir. Məktəbdə tərbiyə işi 3 konsepsiya əsasında həyata keçirilir. 1-ci tərbiyəvi konsepsiya - “Müşfiq günləri”, 2-ci tərbiyəvi konsepsiya – “Tarixi unutmağa haqqımız yoxdur”, 3-cü tərbiyəvi konsepsiya isə - “Xatirələr sorağında” adlı görüşün keçirilməsidir.
- 0

Yasamal rayon 13 nömrəli tam orta məktəb
Müstəqil Azərbaycanın gələcək taleyi bu günün məktəbindən, təhsilindən asılıdır. Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndərimiz Heydər Əliyev əbəs yerə deməmişdir: “Təhsil millətin gələcəyidir”! Təhsili olmayan millət həyatda heç bir uğura imza ata bilməz. Möhtərəm prezident İlham Əliyev cənabları təhsilimizə həmişə böyük diqqət və qayğı göstərərək öz çıxışlarında bildirir ki, “Gənc nəslimiz bilikli, savadlı olmalı, vətənpərvərlik ruhunda tərbiyə edilməlidir” “Yeniləşən Azərbaycana Yeni məktəblər” proqramının müəllifi, Azərbaycanın 1-ci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın təhsilimizə göstərdiyi diqqət və qayğı əvəzsiz və misilsizdir. Bu qədər diqqət və qayğının nəticəsidir ki, gündən-günə inkişaf edib, gözəlləşən məktəblərimiz çoxdur və bunların arasında 13№-li tam orta məktəbin öz yeri var. Məktəb 1965-ci ildən Bakı şəhərinin Yasamal rayonunda fəaliyyət göstərir. Məktəbin güclü pedaqoji kadr potensialı var. Hal-hazırda məktəbimizin direktoru Respublikanın Əməkdar müəllimi, “Qızıl qələm” mükafatı laureatıdır. 2019-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən "Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi " yubiley medalı ilə təltif olunmuşdur. Məktəbdə 1389 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 100-ə yaxın müəllim məşğul olur. Hal-hazırda məktəb rus dili fənni üzrə pilot məktəbi kimi fəaliyyət göstərir. Həmçinin Rəqəmsal bacarıqlar layihəsi 4,5,6,7-ci siniflərdə və STEAM layihəsi isə 6-ci siniflərdə tətbiq olunur. DİM tərəfində keçirilən ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən 2019-cu ildə məktəbi bitirən məzunların 80%-dən çoxu yüksək ballarla müxtəlif ali məktəblərə qəbul olmuşdur. 8 nəfər 500-dən yuxarı, 2 nəfər isə 600-dən yuxarı bal toplamışdır. Məktəbin tarixində bir ilk olaraq 11a sinfini bitirən 22 nəfər məzun 100% nəticə ilə tələbə adını qazanmışdır. Belə ki, bu il 600-dən yuxarı bal toplayan 2 nəfər məzunun hər ikisi də 11a sinfinin məzunudur. Məhərrəmova Zeynəb 634 bal ,Salmanov Tural isə 628 bal toplamışdır. 2018-ci il məzunlarından 2 nəfər 600-dən yuksək bal toplamışdır. Əliyeva Sevinc 678 bal, Ramazanova Məryəm isə 607 bal toplamışdır.2017- ci ildə qəbul imtahanlarında cari ildə XI sinfi bitirən şagirdlərimiz Orucov Şahin Çingiz oğlu 673 bal, Aysu Anar qızı isə 645 bal toplayaraq ali məktəbə qəbul olmuşdur.2016- cı ildə XI sinfi bitirən şagirdimiz Abdullayeva Fidan Hikmət qızı qəbul imtahanlarında topladığı 682 balla yüksək nəticə güstərərək Prezident təqaüdünə layiq görülmüşdur.Həmin ildə XI sinfi bitirən məzunlarımız Məmmədova Nərmin 622 bal, Hüseynova Gülnarə isə 600 bal toplayaraq tələbə adını qazanmışdır. 2015-ci ildə XI sinifi bitirən şagirdimiz Qafarlı Elnarə isə fənn olimpiadalarının respublika turunda III yerə çıxaraq Bürünc medalla təltif olunmuşdur. .Məktəbin fiziki tərbiyə sahəsində çox böyük uğurları var. Rayon və şəhər turunda keçirilən spartakiada və yarışlarda məktəbin doğma komandaları qalib gələrək hər zaman I-III yerləri tutmuş, fəxri fərman və diplomlarla təltif olunmuşlar. 2015-ci ildə 50 illiyini qeyd edən bu məktəbin yüzlərlə məzunu ali təhsil alıb respublikamızın ictimai, siyasi, sosial, mədəni həyatına öz tövhəsini vermiş və verməkdədir. Bu gün məktəbin onlarla məzunu müstəqil respublikamızın ali təhsil ocaqlarında, elmi müəssisələrində, icra orqanlarında, sosial sferada ləyaqətlə çalışır. Məktəbi bitirən idmançılarımız doğma məktəblərinin adını uca tuturlar.1982-ci ildə məktəbə şərq klassik ədəbiyyatını mükəmməl mənimsəmiş, görkəmli pedaqoq Şəfiqə Əfəndizadənin adı verilmişdir. Heydər Əliyev fondunun prezidenti, millət vəkili, respublikanın 1-ci xanımı, təhsilimizin hamisi Mehriban Əliyevanın təşəbbüsü ilə 2011-ci ildə məktəb yenidən qurulmuş, əsaslı təmir olunmuş, müasir avadanlıqlarla təmin edilmişdir. Bu gün 13 №li tam orta məktəb XXI əsrin tələblərinə cavab verən,müasir təhsil ocaqlarından biri kimi fəaliyyətini davam etdirir.
- 0

M. İbrahimovun adına 153 nömrəli tam orta məktəb
Ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Bakı şəhəri 153 №-li tam orta məktəb 1962-ci ildən fəaliyyət göstərir. Məktəb 3 binadan ibarətdir. Bina 1962-ci ildə, digər binalar 1990-cı ildə tikilmişdir. Məktəb ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olmuş Milli Qəhrəman M. İbrahimovun adını daşıyır. Məktəbdə 1500 şagirdi təhsil ala biləcəyi bütün sinif otaqları, ayrı-ayrı fənnlər üzrə kabinetləri, 70 sinif otağı, iki idman zalı, geniş akt zalı, kitabxana, yeməkxana, tibb məntəqəsi müasir standartlar səviyyəsində yenidən qurulmuşdur. Məktəbdə hal-hazırda 700 şagird təhsil alır. Şagirdlər 32 sinifdə komplektləşdirilmişdir.Məktəbdə 105 müəllim fəaliyyət göstərir. Məktəbdə inkuliziv təhsil həyata keçirilir. Xüsusi qayğıya ehtiyacı olan şagirdlərin təlim-tərbiyəsi ilə 8 köməkçi müəllim məşğul olur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 07 oktyabr 2013-cü il tarixində məktəbdə əsaslı təmir işlərinə start verilmişdir. 01 sentyabr 2014-cü il tarixədək təmir işləri başa çatmışdır. Bu müddət ərzində məktəbin dam örtüyü, istilik sistemi, işıqlanma su kanalizasiyası və sistemləri əsaslı təmir olunmuşdur. Bütün sinif otaqları yeni lazımı avadanlıq və ləvazimatlarla təchiz edilmişdir. Məktəbin həyətyanı sahəsinin asfalt örtüyü yenilənmiş, hasar çəkilmişdir.Hal-hazırda məktəb müasir standartlara cavab verir və yeni tədris ilinə tam hazırdır. Bütün görülən işlərə görə möhtərəm Prezident İlham Əliyev cənablarına dərin təşəkkürümüzü bildiririk.
- 0

Yasamal rayon 158 nömrəli tam orta məktəb
Bakı şəhərinin ən böyük məktəblərindən biri olan 158 №li tam orta məktəb Yasamal rayon ərazisində yerləşir. İllərdən bəri öz nümunəvi fəaliyyəti ilə fərqlənən təhsil ocaqlarından biri olan 158 № li tam orta məktəb 1961 - ci ildə eyni ünvanda inşa olunmuşdur. Məktəb hər biri 4 mərtəbədən ibarət 3 əsas və 1 yardımçı korpusdan ibarətdir. Təməli qoyulandan yüksək pedaqoji təcrübəsi olan müəllimlərin məktəbə cəlb olunmasının bariz nümunəsidir ki, inşa olunandan bu günə kimi məktəbimiz Azərbaycanda, habelə dünyada öz sözünü söyləmək gücünə malik məzunlar yola salmışdır. 2011 - 2012 - ci tədris ilində ölkə başçısının sərəncamı ilə "İlin ən yaxşı ümumtəhsil məktəbi" olan 158 № li tam orta məktəb hal-hazırda direktor, 5 direktor müavini, psixoloq, UBTR, GÇHR, 179 müəllim və 2 kitabxanaçıdan ibarət pedaqoji kollektivə malikdir və 3022 şagirdi var. Məktəbdə təlim azərbaycan və rus dillərində aparılır. İkinci xarici dil kimi rus, ingilis, alman və italiyan dilləri tədris olunur. Məktəb 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəcamına əsasən ilk dəfə əsaslı təmir olunaraq şagird və müəllim kollektivinin istifadəsinə verilmişdir. Sevindirici, eyni zamanda qürurverici haldır ki, cənab Prezident və xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2013-2014-cü dərs ilinin ilk günü - 16 sentyabrda məktəbin əsaslı təmir və yenidənqurmadan sonra açılışında şəxsən iştirak etmişlər. Məktəbimiz “Bilik Fondu”nun xətti ilə “Qardaşlaşmış məktəblər layihəsi”nə qoşularaq Qax rayonunun 1 saylı məktəb – liseyi və OSEP layihəsi çərçivəsində İtaliya səfirliyinin təşəbbüsü ilə qardaşlaşmışdır. 158 № li tam orta məktəb müxtəlif pilot layihələrin iştirakçısıdır: Təhsil nazirinin 2015-ci il 8 iyun tarixli əmri ilə 2015-2016-cı dərs ilindən X-XI siniflərdə tədrisin təmayüllər üzrə təşkil olunduğu Yasamal rayonunda 3 pilot məktəbdən biridir. Məktəbimizdə ümumtəhsil məktəblərinin pilot məktəbəhazırlıq qrupları təşkil olunub. 2016-cı ilin dekabr ayından Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ölkəmizin təhsil sistemində ilk dəfə olaraq gerçəkləşdirilən "Məktəblinin dostu” pilot layihəsi də uğurla həyata keçirilir. 2016 - ci ildə "Yaz həyəti" layihəsində məktəbimiz "Nümunəvi yaz həyəti" nominasiyası üzrə Cənab nazirin imzası ilə I yerə layiq görülmüşdür. Bir çox layihələrin uğurla icra edildiyi məktəbimizdə ilboyu müxtəlif ali təhsil müəssisələrindən 500 - dən artıq tələbə təcrübə keçmək məqsədilə gəlir. Uğurlu təlim - tərbiyənin, yüksək təhsilin nəticəsidir ki, bu gün məktəbimizin şagirdləri öz sözlərini bir çox sahələrdə deməyə müvəffəq olmuşlar. Məktəb "Gənc Lütfizadələr" yetişdirməkdədir. Bunun əyani sübutudur ki, 6 - cı sinif şagirdi Məmmədov Kamran - məntiq olimpiadasında respublika üzrə 28835 nəfər arasında 83 medalistdən biri olmuşdur. Məktəbin idman sahəsində uğurları da saysızdır. Bakı - 2015 Avropa oyunlarında 21 qızıl medalçıdan 2 nəfəri - Ayxan Tağızadə və Elvin Mürsəliyev məktəbin məzunlarıdır. 2016 - cı ilin dekabr ayında məktəbin şagirdi Qasımov Hacalı sambo üzrə dünya çempionatında erməni idmançıya 6:0 hesabında qalib gələrək dünya çempionu adını qazanmışdır. Məzunlarımız ali məktəbə qəbulu üzrə göstərici daima 60-70% səviyyəsində olmuşdur. Yüksək təhsilləri zirvələri fəth etməyi qarşısına məqsəd qoyan direktor Mehriban Ələkbərova və geniş kollektiv daha geniş uğurların əldə olunması, şagirdlərin daha yaxşı şəraitdə təhsil olunması üçün əlindən gələni əsirgəmir.
- 0

Yasamal rayon 167 nömrəli tam orta məktəb
Məktəb 1963-cü ildən fəaliyyət göstərir. Məktəb 2 korpusdan ibarətdir və əsas korpus 3 mərtəbəlidir. 56 sinif kabineti, 3 kompüter otağı və daimi internet şəbəkəsi var. Şagird tutumu 960 nəfərdir, 2 283 şagird təhsil alır. 145 ixtisas müəllimi var. Məktəb 2 (iki) növbəlidir. Müasir təlim texnologiyalarından istifadə edilir. 2012-ci ildə məktəb təmir edilib, izləmə kameraları ilə təchiz olunmuşdur. Məktəbdə rus bölməsi də faəliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 1634 nömrəli Sərəncamı ilə 2014-2015-ci ildə keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin qalibi olmuşdur. Məktəb IX siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən yüksək nailiyyət əldə etdiyi üçün fəxri fərmanla təltif edilmişdir. 2015- ci ildə prezidentin fərmanı ilə ilin məktəbi adına layiq görülmüşdür. İldən-ilə prezident təqaüdü alan və 600- dən çox bal toplayan şagirdlərimizin sayı artır.
- 0

M.N.Tusi adına 173 nömrəli tam orta məktəb
M.N.Tusi adına 173 nömrəli tam orta məktəb Bakı şəhəri Yasamal rayonunda yerləşir. Məktəb 1935-ci ildə inşa edilmişdir. 1941-1945-ci il Böyük Vətən müharibəsi illərində məktəb binasından hərbi hospital kimi istifadə olunmuşdur. Məktəb birtiplidir. Hörmətli prezidentimiz İlham Əliyevin və ölkəmizin birinci xanımı, vitse-prezident Mehriban Əliyevanın şəhər və regionlarda təhsil ocaqlarının yenidən qurulması, təmir edilməsi, xalqın ixtiyarına verilməsi ilə əlaqədar gördükləri xeyirxah işlər nəticəsində məktəb 2012-ci ildə əsaslı şəkildə təmir edilmiş və prezidentin şəxsən özünün iştiraki ilə açılışı olmuşdur. Müasir avadanlıqlarla təchiz olunmuş kimya, fizika, biologiya fənn kabinələri, laboratoriyalar, informatika otağı fəaliyyət göstərir. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə öz peşəsini gözəl bilən 45 nəfər təcrübəli müəllim heyəti məşğul olur. Onlardan Sara Zeyniyeva Camal qızı Əməkdar müəllim, Ənvər Babayev Salman oğlu “Azərbaycan Respublikasının bədən tərbiyəsi və idman işçisi” fəxri adlarını daşıyırlar Gülsarə İmanova Əsgər qızı isə AMEA-nın Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun dissertantıdır. Məktəbdə 21 sinif fəaliyyət göstərməklə, 442 şagird təhsil alır. Eyni zamanda şagirdlərin əksəriyyətinin idmana marağı olduğunu nəzərə alaraq “Gənc idmançılar dərnəyi”də fəaliyyət göstərir. Bütün lazımi avadanlıqlarla təchiz olunmuş şahmat kabineti mövcuddur. İdmançı şagirdlər rayon, şəhər və Respublika üzrə keçirilən idman yarışlarında fəal iştirak edib, I,II,III yerləri tutaraq müxtəlif medal və fəxri diplomlarla təltif olunublar. Məktəb öz fəaliyyətini valideyn əməkdaşlığı üzərində qurub. Valideynlərin məktəb idarəetməsinə cəlb edilməsi və valideyn məsuliyyətinin artırılması məqsədi ilə vaxtaşırı “Açıq qapı” günləri təşkil olunur. Təhsilin keyfiyyətini yüksəltmək məqsədilə İllik Fəaliyyət planına uyğun olaraq qabaqcıl müəllimlərin iştirakı ilə təqdimatlar, seminar və dəyirmi masalar təşkil olunur, istedadlı şagirdlərlə fərdi iş aparılır, fənn aylıqları keçirilir, açıq dərslər verilir, fənn gecələri, şair və yazıçılarla görüşlər, viktorinalar təşkil olunur. “Məktəb Kiçik Akademiyası”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialı və yaradıcılığı üzə çıxarılır. Müasir dərsə verilən tələblər ödənilir. Fənlərin tədrisində İKT avadanlıqlarından geniş istifadə olunur. Məktəbin uğurlu tarixi vardır. Bir sıra görkəmli şəxsiyyətlər, incəsənət xadimləri bu məktəbin məzunları olmuşlar.
- 0

Həzi Aslanovun adına 175 nömrəli tam orta məktəb
Bakı şəhəri Yasamal rayonu 175 №-li tam orta məktəb 2 dəfə Sovet İttifaqı Qəhrəmanı adını alan Həzi Aslanovun adını daşıyır. 1953-cü ildən fəaliyyət göstərir və iki korpusdan ibarətdir. Şagird tutumu 1000 nəfərdir, 1382 şagirdin təlim-tərbiyəsi ilə 121 müəllim məşğul olur, onlardan iki nəfəri fəlsəfə doktoru, iki nəfəri isə qabaqcıl təhsil işçisidir. Məktəb təhsilin məzmun və keyfiyyətinin müasir səviyyədə qurulması istiqamətində daima axtarışdadır, bunun nəticəsidir ki, Yasamal rayonunda olan qabaqcıl məktəblərdən biridir. Tələbə qəbulu üzrə göstərici daima 57-67% səviyyəsində olmuşdur. Məktəbin idman yarışlarında (basketbol, şahmat, çoxnövçülük və s.) nailiyyətləri böyükdür. Rəsm müsabiqələrində dəfələrlə layiqli yerlər tutmuşlar.
- 0

Yasamal rayon 225 nömrəli tam orta məktəb
225 nömrəli məktəb 1964-cü ildən fəaliyyət göstərir. 2011-ci ildə Dövlət proqramına əsasən məktəb Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunmuşdur. Paytaxtın nümunəvi təhsil ocaqlarından sayılan 225 nömrəli məktəb 2009-2010-cu tədris ilinin ən yaxşı məktəbi adına layiq görülüb. Dördmərtəbli, bir korpusludur. Məktəb iki növbəli və beş günlük iş rejimi ilə fəaliyyət göstərir. Məktəbdə dərslər Azərbaycan və rus bölməsində aparılır. Rəhbərlik 2002-2006-cı illərdə məktəb idarəetmə strukturunun öyrənilib tətbiq edilməsi ilə bağlı Türkiyədə 1 ay seminarda olmuşdur. Məktəbin İdarəetmə strukturu müəllim şurası, valideyn şurası və şagird şurasından ibarət komanda olaraq uğurlu fəaliyyət göstərir. Məktəbdə yapon dili və ərəb dili tədris olunur. “Təhsildə İKT-nin tətbiqi, bilik, təcrübə, texnologiya” adlı baxış sərgisində 4 müəllim iştirak edib, onlardan 2 nəfəri I və II yerlərə layiq görülmüşdür. Məktəbimizdə Vergilər Nazirliyinin Metodkabineti yerləşir. Vaxtaşırı keçirilən vergilərlə bağlı olimpiadalarda, müsabiqələrdə şagirdlərimizdən Pərviz Heydərov, Kənan Bağırov I və II dərəcəli diplomlara layiq görülmüşlər. • Məktəbin məqsədi – nümunəvi tərbiyə və təhsil sistemi yaratmaqdır. • 2011-ci ildə tarix müəllimi Vəliyeva Pəri ,2012-ci ildə isə məktəbin direktoru Sevda Eminova “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür • Respublika daxili əməkdaşlıq: Ekologiya Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, qeyri hökumət təşkilatı “Mülk İctimai Assosiasiyası” • Xarici əlaqələr: Yaponiya, Almaniya, Koreya, Rusiya, Gürcüstan • Məktəbin fəxrləri: Səməd Seyidov, Milli qəhrəman Fəxrəddin, şəhid Sədrəddin Seyidəliyev, şəhid Fərman Məlikov və məktəbin adını daşıyan şəhid Telman Abbasov.
- 0

Yasamal rayon 286 nömrəli tam orta məktəb
Bakı şəhəri 286 №-li tam orta ümumtəhsil məktəbi 1992-ci ildən fəaliyyət göstərir. Məktəbdə 2 bölmə, Azərbaycan və Rus bölmələri fəaliyyət göstərir. 2009-cu ildə məktəb göstəricilərinə görə "İlin məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Məktəbi bitirən şagirdlərin böyük əksəriyyəti yüksək nəticə ilə Respublikanın aparıcı ali təhsil müəssisələrinə qəbul olurlar. Məktəb 2008-ci ildə Təhsil Nazirliyi tərəfindən təmir edilmişdir. 2015/2016-cı tədris ilində məktəbdə 94 sinif, 2016/2017-ci tədris ilində 96 sinif (76 Azərbaycan, 20 Rus bölməsi), 2 GUQ fəaliyyət göstərir. Məktəb üzrə şagirdlərin sayı 2351-dir. Onların təlim-tərbiyəsi ilə 284 nəfər pedaqoji işçi məşğul olur. Pedaqoji işçilərdən 5 nəfər "Elmlər namizədi", 1 nəfər isə "Əməkdar müəllim"dir.
- 0

Yasamal rayon 308 nömrəli tam orta məktəb
05.09.2007 ci ildə Yeni Yasamal - II massivi Ə.Əhmədov küçəsində 308 № -li tam orta məktəb fəaliyyətə başlamışdır.1296 yerlik olan məktəb "Azərbaycan Respublikası Təhsil Nazirliyi və Səudiyyə İnkişaf fondu "tərəfindən tikilmişdir. Məktəb 6 korpusdan ibarət 3 mərtəbəlidir.4 korpus tədris,2 korpus isə inzibati bina kimi nəzərdə tutulmuşdur.Məktəbdə 34 kompüter olmaqla 2 informatika kabineti, 37 sinif otağı ,18 kabina ,oxu zalı ,yardımcı otaqlar ,üzgüçülük hovuzu ,idman zalı ,300 nəfərlik akt zalı ,240 yerlik bufet tam istifadə olunmaqla fəaliyyət göstərir.Məktəb Azərbaycan dilində fəaliyyət göstərir və ikinövbəlidir.Tələbə Qəbulunun Dövlət Komisiyasının rəsmi məlumatına əsasən 2008-2009 cu tədris ilində şagird qəbulu 43.47% ,2009-2010 tədris ilində 47.83 % ,2010-2011 ci tədris ilində 49.3% ,2011-2012 ci tədris ilində isə 65 % olmuşdur. Bununla yanaşı Azərbaycan Respublikası Prezidentinin avqust 26.12.2013 -cü tarixli 3043 nömrəli Sərəncamı ilə Bakı şəhəri 308 nömrəli tam orta məktəb 2012 \ 2013-cü dərs ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi " müsabiqəsinin qalibi olmuşdur.Məktəbdə fəaliyyət göstərən müəllim sayı 117, təhsil alan şagird sayı isə 1747 nəfərdir .Məktəbimizdən bir neçə şagird 2013 cü ildə Rəqs üzrə beynəlxalq müsabiqədə ölkəmizi təmsil etmiş və I yerə layiq görülmüş , bununla yanaşı idman sahəsində cudo üzrə bir neçə şagirdimiz İranda məktəbimizi təmsil etmiş və II yerə layiq görülmüşdür."Xüsusi İstedada Malik olan Uşaqların (Gənclərin) Potensialının İnkişafı Üzrə Dövlət Proqramı (2006-2010 cu illər) III dərəcəli diploma layiq görülmüşdür.Həmin şagird hal-hazırda Türkiyənin Ankara şəhərində OTTİ Universitetində təhsil alır.Bununla yanaşı 9 noyabr Azərbaycan Dövlət Bayrağı günü münasibəti ilə "Mənim bayrağım "mövzusunda keçirilmiş şer müsabiqəsində fərqləndiklərinə ,I yer tutduqlarına görə Yasamal rayonu Gənclər idman İdarəsinin xüsusi diplomlarına layiq görülmüşdürlər.2009 -2010 cu tədris ilində şagirdlərimizdən Yasamal rayonu (Riyaziyyat ) fənni üzrə olimpiadasında I yer tutaraq qalib olmuşdur.Müəllimlərimizdən isə (coğrafiya ,İbtidai sinif ,Dil/ədəbiyyat )gənc nəslin təlim -tərbiyəsində "Fəxri Fərman "ilə təltif olunmuşdur.İKT -dən istifadə 95% -dir.Məktəbin foyesində Ulu Öndərin büstü qoyulmuş və mütəfəkkirlərin em ,təhsillə bağlı kəlamları asılmışdır.Şagirdlərlə bağlı qaydalar ,Dövlət rəmzləri foyelərdə və sinif otaqlarında asılmışdır.Daxili intizama nəzarət məqsədi ilə dəhlizdə videokamera quraşdırılmışdır.
- 0

Xətai rayon 17 tam orta nömrəli məktəb
Bakı şəhəri Xətai rayonu 17 nömrəli məktəb 1979 - cu ildən fəaliyyət göstərir. Açıldığı ilk 10 il ərzində sırf rus bölməsi kimi fəaliyyətə başlayan məktəbdə 1990 - cı ildən Azərbaycan bölməsi də fəaliyyət göstərməyə başlamışdır. Hal –hazirda məktəbdə həm azərbaycan , həm də rus bölmələri fəaliyyət göstərir. Azərbaycan bölməsində 34 sinifdə 830, rus bölməsində 36 sinifdə 950 şagird təhsil alır. Məktəb son illərdə öz göstəricilərinə görə digər məktəblər arasında xeyli fərqlənmişdir. Belə ki, öz göstəricilərinə görə məktəb 2013 - cü ildə buraxılış imtahanlarındakı göstərdiyi nəticələrə uyğun ilk 50 məktəb , 2014 - cü ilin nəticələrinə görə ilk 30 məktəb sırasına daxil olmuşdur. Qeyd etmək lazımdır ki, bu reytinq cədvəlində Təhsil Nazirliyinin tabeliyində olan məktəblər , liseylər, gimnaziyalar da olmuşdur. Məktəbimiz Azərbaycan Respublikasının Prezidentinin 1 sentyabr 2009-cu il tarixli sərəncamı ilə 2008/2009-cu tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbdə əmələ gəlmiş sıxlığı azaltmaq məqsədi ilə 2005 - ci ildə 480 yerlik ikinci tədris korpusu istifadəyə verilmişdir. 2013 cü ildə məktəbin əsas korpusu əsaslı təmir olunmuşdur. 2014/2015-ci tədris ilində ali məktəblərə qəbul zamanı əldə olunan yüksək nəticəyə görə Xətai rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən məktəbimiz “Fəxri fərman” ilə təltif olunmuşdur. Məktəbdə hal-hazırda təhsil alan 1780 şagirdin təlim–tərbiyəsi ilə 128 müəllim məşğul olur. İl ərzində məktəbdə bütün fənnlər üzrə açıq dərslər təşkil olunur,dəyirmi masalar keçirilir.Milli kurrikkulumun öyrənilməsi və tətbiqi il boyu diqqət mərkəzində saxlanılır.Məktəbin müəllimlərinin silsilə açıq dərsləri keçirilir,məktəb üzrə yayılmaq üçün məsləhət görülür.Dərslərdə müasir texnologiyaya üstünlük verilir.
- 0

Xətai rayon 24 tam orta nömrəli məktəb
Məktəb 1980-cı ildə inşa edilmiş və 1981-ci ildən fəaliyyətə başlamışdır. Məktəb 1178 şagird üçün nəzərdə tutulmuşdur. Məktəbdə fizika, kimya, biologiya laboratoriyaları və kompyuterlə təchiz olunmuş informatika kabineti mövcuddur. Hal-hazırda məktəbdə 1140 şagird təhsil alır və bu şagirdlərin təlim-tərbiyəsi ilə 86 pedaqoji işçi məşğul olur. Məktəbin direktoru Əhmədova Şəhanə Şamil qızıdır.
- 0
EduList - Onlayn təhsil
Axtardığınızı bizdə tapın
Axtarış
Bazada olan məktəb, bağça, təlim, kurs və digər bölmələrdə axtarış.
Məlumat
Kurslara "EDULİST"-dən onlayn yazılın.
Rahat seçim
Şəhər və rayonlar üzrə.